Məhkəmə qərarları › İş №6(3-6)-321/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-321/2026

10.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-321/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Şikayət verən şəxs Asif oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Asif oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixdə ona qarşı törədilən cinayət ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən daxil olmuş şikayətə dair cinayət ilə bağlı Prokurorluq qərar qəbul etməlidir ya cinayət işinin başlanması haqqında ya da ki, rədd edilməsi haqqında. Artıq 1 ay keçməsinə baxmayaraq hansı qərarın qəbul edilməsi məlum deyildir. Belə olan halda ya onun şikayət ərizəsi baxılmamış qalmış ya da hansı qərar qəbul edilibsə məlum deyildir. Hər iki halda onun Konstitusion hüquqları pozulmuş, prokurorluq isə hərəkətsizliyi ilə CPM-nin normalarını pozmuşdur. Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rauf Daşdəmirov) *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Asif oğlunun şikayəti təmin edilməmiş, Bakı Şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətləri qanuni hesab edilmişdir. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs Asif oğlu apellyasiya şikayəti verib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və şikayətinin əsaslı hesab edilərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı şikayətçi Şikayət verən şəxs Asif oğlu apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026cı il tarixli qərarının ləğv edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış prokurorun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.1-ci və 449.2-ci maddələrinə əsasən, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməs; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şikayəti, eləcə də cinayət işinin materiallarını tədqiq edərək şikayətçi Şikayət verən şəxs Asif oğlu tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsi barədə yekun qənaətə gəlmişdir. Belə ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusundan müəyyən olunur ki, Bakı Şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətləri qanuni hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. CPM-in 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. CPM-in 449.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. CPM-in 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs Asif oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Şikayət verən şəxs Asif oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar