Məhkəmə qərarları › İş №6(3-6)-325/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-325/2026

11.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-325/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi R Quliyev Mahmud İsmayıl oğlunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Orqanlarının nəzarət idarəsinin prokuroru X4, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, Mahmud Quliyev tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokol qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R Quliyev Mahmud İsmayıl oğlunu hərəkətlərinin və onun tərəfindən hüqularını müdafiə etdiyi şəxs Şikayət verən şəxs barəsində tərtib edilmiş ##.##.2026- cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” Protokolun qanunsuz hesab edilməsi və şübhəli şəxsin həbsdən azad edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməsi, Şikayət verən şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, Mahmud Quliyev tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokol qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən apellyasiya protesti verilərək ##.##.2026-cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolun qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həmin protokolun qanuni hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş olunmuşdur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi ## ###### 2025-ci il tarixdə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi R Fərid Şükürlü tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmışdır. ## ###### 2025-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi həmin Şöbənin baş müstəntiqi, R Mahmud Quliyevə həvalə edildiyindən, tərəfindən icraata qəbul edilərək, ibtidai istintaqı aparılır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Şikayət verən şəxs uzun müddət ərzində müxtəlif sosial şəbəkə platformalarında və kütləvi informasiya vasitələrində rəhbərlik etdiyi “ACOB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətini təmir-tikinti sahəsində “təcrübəli, etibarlı, peşəkar və böyük nüfuza malik şirkət” kimi reklam etdirməklə aktiv şəkildə təbliğat işlərini apardıqdan və geniş izləyici kütləsi topladıqdan sonra təklif etdiyi xidmətlərdən yararlanmaq məqsədi ilə həmin şirkətə müraciət etmiş X3 yüksək maddi imkana sahib olmasını öz cinayətkar maraqları baxımından nəzərə alaraq inam və etibarını qazanıb tamah niyyəti, özgənin xüsusilə külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2014 P saylı ünvanda yerləşən 0,12 hektar ölçüdə olan torpaq sahəsinin üzərində, habelə ünvan 2 ünvanında yerləşən 0,6 hektar ölçüdə torpaq sahəsinin üzərində, yəni ümumilikdə 02 (iki) ünvanın hər birində müasir üslubda və yüksək keyfiyyətlə fərdi yaşayış evlərinin tikintisini və təmirini həyata keçirməklə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı üçün cinayətkar niyyətini pərdələmək və törətdiyi cinayət əməlinə gələcəkdə “mülki münasibətlərdən əmələ gələn mübahisə” səciyyəsi vermək məqsədilə ilk əvvəl Xəzər rayonu ərazisində inşa edilməsini vəd etdiyi fərdi yaşayış evinin tikintisi ilə əlaqədar icraçı direktoru olduğu “ACOB İnşaat" MMC-nin adından Eldar Rəhimovla ## ###### 2022-ci il tarixdə podrat müqaviləsinin bağlanmasına, eləcə də sonradan Səbail rayonu ərazisində inşa edilməsini vəd etdiyi fərdi yaşayış evinin tikintisi ilə əlaqədar şifahi razılaşma əldə etməyə nail olub vahid niyyətlə əhatə olunmuş qəsdlə 2023-cü ilin yanvar ayında 50.000 manat, 2023-cü ilin fevral ayında 50.000 manat, 2023-cü ilin mart ayında 50.000 manat, 2023-cü ilin aprel ayında 50.000 manat, 2023-cü ilin may ayında 50.000 manat, 2023-cü ilin iyun ayında 50.000 manat, 2023-cü ilin iyul ayında 50.000 manat, 2023cü ilin avqust ayında 50.000 manat, 2023-cü ilin sentyabr ayında 50.000 manat, 2023-cü ilin oktyabr ayında 50.000 manat, 2023- cü ilin dekabr ayında 50.000 manat, 2024-cü ilin mart ayında hissə-hissə 100.000 manat, 2024-cü ilin aprel ayında hissə-hissə 150.000 manat, 2024-cü ilin may ayında hissə-hissə 150.000 manat, 2024-cü ilin iyun ayında hissə-hissə 130.000 manat, 2024-cü ilin iyul ayında hissə-hissə 170.000 manat, 2024-cü ilin avqust ayında hissə-hissə 150.000 manat, ## ######## 2024-cü il tarixdə 50.000 manat, ## ###### 2024-cü il tarixdə 50.000 manat, 2025-ci ilin yanvar ayında 50.000 manat, 2025-ci ilin fevral ayında hissə-hissə 100.000 manat və 2025-ci ilin mart ayında 15.000 manat pulu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” biznes mərkəzində “ACOB İnşaat” MMC-nin ofisində aldıqdan sonra vəd verdiyi tikinti və təmir işlərinin aparılmasını rəsmi əmək münasibətlərində olmadığı qohum və tanışlarından ibarət işçi heyətinə həvalə etməklə yanaşı “tikinti və təmir xərcləri” adı altında zərərçəkmiş şəxsdən mütəmadi şəkildə qəbul etdiyi ödənişləri razılaşma əsasında təyinatı üzrə sərf etmək imkanında olduğu halda verdiyi vədlərə zidd şəkildə davranaraq tamahkar məqsədləri naminə dəyərini sonradan ödəmək şərti ilə müxtəlif sahibkarlardan tikinti materiallarının nisyə alınmasını təşkil edib hazırkı vaxtadək aldığı mallara görə ödənişləri yerinə yetirməyərək, eləcə də işçi qüvvəsinin zəhmət haqlarına və istifadə ediləcək tikinti materiallarına görə Eldar Rəhimova əvvəlcədən təqdim edilən tikinti smetasında qeyd olunan qiymətlərdən əhəmiyyətli dərəcədə az məbləğlərdə ödənişlər etməklə, ucuz materiallardan istifadə edib keyfiyyətsiz tikinti-təmir işlərini apararaq nəticə etibarı ilə əldə etdiyi ümumilikdə 1.665.000 manat pulun 767.516,60 manat məbləğini tikinti-təmir işlərinə sərf edib, qalan 897.483,40 manatdan ibarət hissəsini etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Eldar Rəhimova ümumilikdə 897.483 (səkkiz yüz doxsan yeddi min dörd yüz səksən üç) manat 40 (qırx) qəpik məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. ## ###### 2026cı ilililtarixdə Prosessual ci tarixdə iltarixdə maddəsinə il təzələnmiş, tarixdə təzələnmiş, ilMəcəlləsinin Şikayət tərəfimdən tarixdətəzələnmiş, verən tarixdə yenidən həmin əsasən cinayət şəxs tarixdə Azərbaycan həmin 53.1.1-ci işi şübhəli maddəsinə yenidən tarixdə üzrə dayandırılaraq təzələnmişdir.## eyni şəxstarixdə əsasən icraat eyni eyniRespublikası qismində əsasla əsasla Azərbaycan dayandırılaraq dayandırılaraq, yenidən dayandırılaraq, tutulmuş, ## Respublikası ##### CM-in CPM-in ##### ## ## ## ## ##### ##### ####Cinayət- ####53.1.1- 178.4- 2026nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən Bakı şəhər prokurorluğu tərəfindən imtina edildiyindən, eyni tarixdə Şikayət verən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi X2 verdiyi şikayətə Xətai Rayon Məhkəməsinin hakimi Zəfər Ramazanov tərəfindən baxılaraq iş üzrə ibtidai istintaqı aparan, Bakı şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R Mahmud Quliyev tərəfindən Şikayət verən şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolun qanunsuz hesab edilməsinə dair ##.##.2026- cı il tarixli *(*-**)-**/**** nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiəçinin şikayətində göstərdiyi əsasları təkrar etməyərək vurğulayır ki, indiki halda şəxsin tutulması üçün CPM-in 148-ci maddəsində nəzərdə tutulmuş əsasların heç biri, yəni, nə şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandığı, nə də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallara aid əsaslar olmamışdır. Azərbaycan Respublikası CPM-in 148.2.2-ci maddəsində şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması halı kimi zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərməsi qeyd edilmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs X3 və digər şahidlər cinayət əməlinin Şikayət verən şəxs tərəfindən törədilməsini birbaşa verdikləri ifadələrində təsdiq etmişlər. Azərbaycan Respublikası CPM-in 148.3-cü maddəsində şəxsin hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməsi, daimi yaşayış yeri olmamaması və ya başqa ərazidə yaşaması və şəxsiyyətinin müəyyən edilməməsi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar kimi qeyd edilmişdir ki, Məhkəmə qərarında həmin əsasların olmamasını da göstərmiş, halbuki, Şikayət verən şəxs şübhəli şəxs qismində tutulmasına əsas verən yuxarıda qeyd edilən, yəni, CPM-in 148.2.2ci maddəsində göstərilmiş bilavasitə şübhə yaranması əsası tam olaraq mövcud olmuş, bu da onun şübhəli şəxs qismində tutulmasına səbəb olmuşdur. Şikayət verən şəxs daimi yaşayış yerinin olması, istintaqdan qaçıb gizlənmə ehtimalının olmaması və şəxsiyyətinin məlum olması əsaslarına isə artıq Bakı şəhər prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “vəsatətin müdafiəsindən imtina edilməsi haqqında” qərarla qiymət verilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. Məhkəmə öz qərarında müdafiəçinin verdiyi şikayətə əsaslanmış, müdafiəçi şikayətində tutulmanın mahiyyətinin Şikayət verən şəxs aydın olmamasını qeyd etmişdir. Halbuki, Şikayət verən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ##.##.2026-cı il tarixli verdiyi ifadəsində tutulmasının səbəbi və şübhənin mahiyyətinin ona aydın olmasını göstərmişdir. Lakin, Məhkəmə qərarından da göründüyü kimi, Xətai Rayon Məhkəməsinin hakimi Zəfər Ramazanov məhkəmə iclası zamanı yalnız müdafiəçinin verdiyi şikayətə əsaslanmış, tərəflərdən heç biri məhkəmə iclas zalında iştirak etməmiş, şikayətə baxılması zamanı cinayət işinin bütün materialları tələb edilərək, öyrənilməsi və təhlil edilməsi yolu ilə Şikayət verən şəxs şübhəli şəxs qismində tutulmasının əsasları tam olaraq aydınlaşdırılmamış, sadəcə bir cümlə işə “Şübhəli şəxsin tutulması haqqında” protokol “əsaslandırılmışdır”. Apellyasiya baxışı zamanı iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi R Quliyev Mahmud İsmayıl oğlu apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Orqanlarının nəzarət idarəsinin prokuroru X4 apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol qanuni hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icratının vəzifələridir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 147.1.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma cinayəti törətməkdə şübhəli olan şəxsə tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2.1-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə şübhə yarandıqda tutulma tətbiq edilir. Həmin Məcəllənin 148.2.2-ci maddəsinə əsasən zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını tətbiq edə bilər. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən isə hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, Şikayət verən şəxs ## ##### 2026-cı il tarixdə saat 17:45-də tutulmuşdur. Cinayət işi üzrə icraatın dayandırılması haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə ## ##### 2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs - # ######## 1991-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “ACOB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru vəzifəsində işləyən, Lerik rayonu, Şingdulan kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki yaşamış Şikayət verən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R Mahmud Quliyevin ## ##### 2026-cı il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Şikayət verən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Şikayət verən şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, Mahmud Quliyev tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokol qanunsuz hesab edilməsi qənaətinə gələrkən ona əsaslanmışdır ki, indiki halda şəxsin tutulması üçün CPM-nin 148-ci maddəsində nəzərdə tutulmuş əsasların heç biri, yəni, nə şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandığı, nə də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallara aid əsaslar olmamışdır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-in 148.2.2-ci maddəsində şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması halı kimi zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərməsi qeyd edilmişdir. Belə ki, hazırki işin materiallarının araşdırılması nəticəsində müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə fakta görə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmuş, habelə iş üzrə zərərçəkmiş şəxs X3 və şahidlərin ifadələrindən cinayət əməlinin məhz Şikayət verən şəxs tərəfindən törədilməsi barədə dəlillər irəli sürülmüş və cinayət prosessual qanunvericiliyin müddəalarına əsasən Şikayət verən şəxs tərəfindən ona istinad olunan cinayəti törətməsinə əsaslı şübhələr yarandığından barəsində ## ##### 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmaqla tutulmuşdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və şahid ifadələri əsasında Şikayət verən şəxs istinad olunan cinayət əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin mövcudluğu faktına münasibətdə qeyd edir ki, ## ####### 2025-ci il tarixli, CVN/O **-***/** nömrəli mütəxəsis rəyin görünür ki, X3 məxsus Bakı şəhəri şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2014 P saylı bağ evində Şikayət verən şəxs tərəfindən aparılmış tikinti işlərinin həcmi və dəyəri, tikinti işlərinə sərf olunmuş materialların həcmi və dəyəri, işçilərin əmək haqqı, nəqliyyat və əlavə xərclər daxil olmaqla ümumilikdə sərf olunmuş pulun məbləği 593,396.20 (beş yüz doxsan üç min üç yüz doxsan altı) manat, 20 qəpik, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evində Şikayət verən şəxs tərəfindən aparılmış tikinti işlərinin həcmi və dəyəri, tikinti işlərinə sərf olunmuş materialların həcmi və dəyəri, işçilərin əmək haqqı, nəqliyyat və əlavə xərclər daxil olmaqla ümumilikdə sərf olunmuş pulun məbləği: 174,120.40 (bir yüz yetmiş dörd min bir yüz iyirmi) manat, 40 qəpik, təşkil edir. Həmçinin rəydə qeyd olunmuşdur ki, Bakı şəhəri şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2014 P saylı bağ evində və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisində keyfiyyətsiz tikinti materiallarından istifadə etməklə keyfiyyətsiz təmir işləri aparılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****P saylı bağ evində və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tikinti obyektində aparılmış vizual və texniki müşahidələr nəticəsində bir sıra konstruktiv və texnoloji uyğunsuzluqlar aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarına nəzər saldıqda məhkəmə prosesində itttiham tərəfinin iştirakı təmin olunmadan, həmin tərəfin mövqeyi öyrənilmədən və cinayət işinin materialları tələb olunmaqla hərtərəfli araşdırma aparılmadan, yalnız müdafiə tərəfinin şikayətində göstərilənlərə əsaslanmaqla yekun qərar qəbul olunduğu məlum olur. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4cü maddəsi ilə fakta görə başlanmış cinayət işi üzrə Şikayət verən şəxs tərəfindən ona istinad olunan cinayət əməlini törətməsinə yaranmış əsaslı şübhələrin, xüsusilə də zərərçəkmiş şəxs və şahid ifadələrinin mövcudluğunun aşkar olunması hazırki vəziyyətdə “Şübhəli şəxsin tutulması haqqında” ## ##### 2026-cı il tarixli protokolun əsassız olması qənaətinə gəlməyi istisna edir. Məhkəmə kollegiyası yaranmış mübahisənin mülki xarakterli olması, bununla əlaqədar tərəflər arasında mülki mühakimə icraatı qaydasında məhkəmə prosesinin davam etməsi barədə müdafiə tərəfinin dəlillərinə, habelə həmin dəlillərlə razılaşan birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə onu da qeyd edir ki, hazırda eyni tərəflər arasında və eyni predmet barəsində mülki məhkəmə icraatının başlanması və davam etməsi cinayət işinin başlanması üçün səbəblərin və cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olduğu təqdirdə cinayət təqibinin həyata keçirilməsində, habelə iş üzrə cinayəti törətməkdə şübhəli olan şəxsə tutulmanın tətbiq olunmasında maneə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol qanuni hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci və 454-cü maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şikayət verən şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, Mahmud Quliyev tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Bakı şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol qanuni hesab edilsin. Şikayət verən şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ## ##### 2026-cı il tarixli qərarı ilə Xətai RPİ-nin MSY-dən azad edilməsi nəzərə alınsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan protest və ya şikayət verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar