Məhkəmə qərarları › İş №6(3-6)-327/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-327/2026

12.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-327/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prossesual hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətə baxılmasından imtina edilmiş və şikayət geri qaytarılmışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026cı il tarixli qərarından apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi haqqında Şikayət verən şəxs tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsi və vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətlərini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini və verdiyi müddət bərpa vəsatətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclsında iştirak etməmişdir. Məhkəmə kollegiyası gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Şikayət verən şəxs tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə vəsatətə yenidən baxılması üzrə baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, iş üzrə şikayətçi mübahisələndirdiyi məhkəmə qərarından apellyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin şikayətçi eyni zamanda apellyasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən Şikayət verən şəxs tərəfindən verilmiş ərizəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə razılaşaraq qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi dair ərizə ##.##.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə, həmin qərardan verilmiş apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə birbaşa Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi dair Şikayət verən şəxs tərəfindən verilmiş ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən yenidən baxılmalıdır. Odur ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi dair Şikayət verən şəxs tərəfindən verilmiş ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi dair Şikayət verən şəxs tərəfindən verilmiş ərizə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsn. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar