Məhkəmə qərarları › İş №6(3-6)-329/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-329/2026

16.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-329/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi X1 iştirakları ilə, müəyyən e t d i: Şikayətçi Şikayət verən şəxs məhkəməyə məhkəmə nəzarəti qaydasında şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək Quba rayon Polis Idarəsinin müstəntiqinin fəaliyyətində qanun pozuntularına yol verilməsinin əsassız sayılması barədə ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsini xhaiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Şikayət verən şəxs Quba rayon Polis Şöbəsinin müstəntiqinin fəaliyyətində qanun pozuntularına yol verilməsinin əsassız sayılması barədə ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Şikayətimdə Quba rayon X4 Bölməsinin müstəntiqi Anar Hacıəbdülhəlimzadənin fəaliyyətində qanun pozuntularına yol verilməsi, maddi sübutların dəyişdirilməsi, sübutların iş materiallarından çıxarılması, habelə istintaqın qərəzli aparılması ilə bağlı irəli sürdüyü halların istintaq orqanı tərəfindən lazımi qaydada araşdırılmadığını və həmin halların əsassız olaraq rədd edildiyini göstərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixdə qəbul edilmiş qərarla şikayətim baxılmadan geri qaytarılmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Həmin qərarda həmçinin vurğulanmışdır ki, məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləridir və belə şikayətlərin verilməsi digər cinayət icraatına müdaxilə hesab edilə bilməz. Şikayətində irəli sürdüyü tələblər konkret olmuş, təqdim etdiyi dəlillər və hüquqi əsaslar isə məhkəmə tərəfindən araşdırılmalı və onların hüquqi qiymətləndirilməsi aparılmalı idi. Lakin birinci instansiya məhkəməsi şikayətin mahiyyətinə toxunmadan onu baxılmadan geri qaytarmışdır ki, bu da onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyasının icalsında şikayətçinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Şikayət verən şəxs Quba rayon Polis Şöbəsinin müstəntiqinin fəaliyyətində qanun pozuntularına yol verilməsinin əsassız sayılması barədə ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmə nəzarəti qaydasında baxıla bilmədiyindən şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilən şikayətlərin kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən xüsusat həmin maddənin təsir altına düşmür. Bu səbəbdən də, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalısı barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Şikayət verən şəxs Quba rayon Polis Şöbəsinin müstəntiqinin fəaliyyətində qanun pozuntularına yol verilməsinin əsassız sayılması barədə ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar