Məhkəmə qərarları › İş №6(3-6)-330/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-330/2026

16.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-330/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs – Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində onun barəsində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində onun barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsinə dair Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və şikayətin icraata qəbul edilərək təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin artıq məhkəmələr tərəfindən həmin şikayətə hüquqi qiymət verilməsi ilə əsaslandıraraq icraata qəbulundan imtina etmişdir. Halbuki, istər məhkəmə nəzarəti qaydasında, istərsə də inzibati məhkəmə icraatı qaydasında Azərbaycan Respublikası DIN-ə qarşı belə bir tələb qoyulmamışdır, belə bir tələb irəli sürülmədiyi halda, sonuncunun hərəkətlərinə hər hansı hüquqi qiymət verilməsindən söhbət gedə bilməz. Hazırki şikayətinin Azərbaycan Respublikası DIN-ə qarşı yönəldilməsinin səbəbi isə çoxsaylı məhkəmə araşdırmalarının nəticəsində ölkə hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi üzrə şikayətinin təmin olunması barədə çıxarılmış və hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının faktiki icrasının mümkün olmamasıdır. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, ölkədən çıxışına məhdudiyyət Azərbaycan Respublikası DIN tərəfindən qoyulmuş və həmin məhdudiyyətin götürülməsi isə DSX-nın səlahiyyətinə aid deyildir. Məhkəmənin imtinanın hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə gəlincə isə, həmin prosessual norma hazırki işlə bağlı preyudisial əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, sözügedən iş üzrə Azərbaycan Respublikası DIN istər məhkəmə nəzarəti qaydasında, istərsə də, inzibati məhkəmə icraatı qaydasında məhkəmədə tərəf olmamış və iştirak etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 65.2-ci maddəsinə əsasən aşağıdakı qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə, ... onlara ləğv edilmədən yenidən baxıla bilər: 65.2.4 - sübutların və cinayət təqibi üzrə icraatın digər materiallarının axtarıb tapılması... məsələləri haqqında. Barəsində ölkə hüdudlarını tərk etməyə və sərhəd keçməyə qadağanın ## #### 2018-ci il tarixində Azərbaycan Respublikası DIN tərəfindən qoyulması 2020-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxıldıqdan sonra həmin sübutun inzibati məhkəmə icraatı qaydasında işə məhkəmələrdə baxılarkən müəyyən olunması (tapılması) işə yenidən məhkəmə nəzarəti qaydasında baxılmasını mümkün edir. “xxxx” Istehsal Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının ## ### 2019-cu il qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il qərarında göstərilir: Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) özünün bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir göstərə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tədbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsil mahiyyətinə xələl gətirə bilər (“Valçili Fransaya qarşı” iş üzrə 2007-ci il ## #### tarixli və “Laberger Fransaya qarşı” iş üzrə 2006-cı il ## ######## tarixli qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı” iş üzrə 2011-ci il ## ###### tarixli qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyrimütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayırlmaz tərkib hissəsi olmaqla, demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (“X1” işi üzrə 1975-ci il ## ###### tarixli qərar). Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında vurğulamışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinispinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Məhkəmə iclasında, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə material Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Şikayət verən şəxs iddiası təmin olunmamış və həmin qərardan verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin olunmadığından, sonuncu qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, 2-1(102)-386/ **** nömrəli qərarı ilə təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilmiş, həmin qərarla cavabdeh Azərbaycan Respublikası DIN BMCMI-nə qarşı iddia mümkün sayılmamış və mümkün sayılmamanın səbəbi kimi həmin cavabdehə qarşı artıq məhkəmə nəzarəti qaydasında Nərimanov Rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılıb qüvvədə olan məhkəmə qərarının mövcud olması əsas gətirilmiş, cavabdeh Azərbaycan Respublikası DSX-nə qarşı tələb üzrə işə isə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Inzibati işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətini təmin edərək Bakı Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv etmiş və onun Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyəti qanunsuz hesab edərək, məhdudiyyətin götürülməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası DSX-nin üzərinə qoymuşdur. Məhkəmə qərarı cavabdeh Azərbaycan Respublikası DSX tərəfindən icra olunmadığı üçün Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası DSX 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/**** nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi ikinci icraatda da ## #### 2025-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətini təmin etməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, Şikayət verən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində barəsində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsi”nə dair məhkəmə nəzarəti qaydasında verdiyi hazırki şikayətində qeyd olunanlara hüquqi qiymət verildiyindən və bununla bağlı qüvvədə olan qərar mövcud olduğundan şikayət ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarında olan ## ####### 2013-cü il tarixli, *-**-**/*-*****/** nömrəli məktubdan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək, məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası DSX-nin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı icra edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə göndərilmiş, lakin sonuncu qeyd etmişdir ki, iddiaçı Şikayət verən şəxs barəsində ##.##.2018-ci il tarixdə Daxili Işlər Nazirliyi tərəfindən "Çıxışı Qadağan" statusu ilə tətbiq edilmiş məhdudiyyət mövcud olduğundan və həmin məhdudiyyətin yalnız Daxili Işlər Nazirliyi tərəfindən götürülməsi mümkün olduğundan qeyd olunan məhkəmə qərarının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən icra olunması qeyri-mümkün olduğundan qeyd olunan məhkəmə qərarının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən icra olunması qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddəsi ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası, həmçinin şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Məhkəmə nəzarəti təsisatının əsas mahiyyəti ondan ibarətdir ki, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının cinayət təqibi orqanları tərəfindən hər hansı formada qanunsuz məhdudlaşdırılmasının qarşısı vaxtında və effektiv şəkildə alınsın. Işin hallarından göründüyü kimi, şikayətçinin hüdudlardan kənara çıxışına qoyulmuş məhdudiyyətin əsaslılığı və qanuniliyi məsələsi müxtəlif məhkəmə instansiyalarında uzunmüddətli araşdırma predmeti olsa da, icraatların mürəkkəbliyi və aidiyyəti dövlət orqanlarının daxili elektron sistemlərinin ("Giriş-çıxış və qeydiyyat" sisteminin altsistemləri) funksional səlahiyyətlərinin qeyri-müəyyənliyi səbəbindən vətəndaşın hüquqlarının bərpası faktiki olaraq çıxılmaz vəziyyətə dirənmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən şikayətin ilkin mərhələdə icraata qəbulundan imtina edilməsi şikayətçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat altına alınmış hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnu mütənasib olmayan şəkildə məhdudlaşdırır. Məhkəmələr formal xarakterli əsaslara istinad edərək ədalət mühakiməsinə əlçatanlıq prinsipini zəiflətməməli, əksinə, qanun pozuntularının aradan qaldırılması üçün effektiv mexanizm rolunda çıxış etməlidirlər. Qeyd olunanlara əsasən, Şikayət verən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi həll edilərək, mahiyyəti üzrə baxılması üçün material Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-451 və 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət verən şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində onun barəsində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunauyğunluğu yoxlanılması üçün materiallar birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar