Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-331/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, X5 tərəfindən Bakı şəhər Binəqədi rayon prokurorunun köməkçisi, R İsgəndərov Murad Məmməd oğlu tərəfindən ***-C-** saylı material üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın ləğv edilməsinə dair şikayət baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Şikayət verən şəxs şikayətində göstərmişdir ki, ***-C-** saylı material üzrə faktiki olaraq hadisə Bakı şəhəri Yasamal rayonu ərazsisində baş verdiyindən AR Cinayət Qanunvericiliyinə əsasən yurisdiksiya anlayışına görə törədilən cinayətə dair ərizəsinin araşdırması Yasamal rayon prokurorluğunda aparılmalıydı. Həmin qərar AR CPM-nin 1.2.1, 2, 3, 11, 12, 28, 48, 84, 204 və 209-cu maddələrin normalarııyla uzlaşmadığından ***-C-** saylı materiallara dair qəbul edilmiş qərarın ləğv edilərək aidiyyatı üzrə Yasamal rayon prokurorluğuna göndərilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Zamiq Bağırov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə X5 tərəfindən Bakı şəhər Binəqədi rayon prokurorunun köməkçisi, R İsgəndərov Murad Məmməd oğlu tərəfindən ***-C-** saylı material üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan verilmiş şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Şikayət verən şəxs məhkəmənin həmin qərarından şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə icraatı zamanı şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Bakı şəhər Binəqədi rayon prokurorunun köməkçisi, R İsgəndərov Murad Məmməd oğlu məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sənədlərdən müəyyən edilir ki, X5 həmin ***-C-** saylı material üzrə qəbul edilmiş ##.##.2025ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan verdiyi məhkəmə nəzarəti qaydasında şikayətə artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə baxılmış və şikayət təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırkı müraciətin predmeti olan məsələ artıq məhkəmə yoxlamasından keçmiş və həmin məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Azərbaycan Respublikası CPM-in 449-cu maddəsi cinayət prosesini həyata keçirən orqanın yalnız qanunda birbaşa nəzərdə tutulmuş prosessual qərar və hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsini mümkün hesab edir. Lakin həmin institut eyni predmet üzrə artıq məhkəmə tərəfindən qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının təkrar mübahisələndirilməsi vasitəsi kimi çıxış edə bilməz. Əks yanaşma instansiya nəzarəti mexanizmini mənasızlaşdırmaqla yanaşı, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipini də pozmuş olardı. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, hazırkı halda şikayətin məzmunu ilə əvvəllər baxılmış şikayətin müqayisəli təhlili göstərir ki, şikayətçi eyni prosessual qərarın ləğvini tələb edir, eyni faktiki hallara və mahiyyət etibarilə eyni hüquqi arqumentlərə istinad edir. Bu isə mahiyyətcə artıq məhkəmə tərəfindən qiymət verilmiş məsələnin təkrar qaydada məhkəmə nəzarətinə çıxarılmasına yönəlmiş müraciət hesab edilməlidir. Məhkəmə hesab edir ki, eyni predmet, eyni prosessual qərar və eyni hüquqi əsaslar üzrə artıq yekun məhkəmə aktlarının mövcud olduğu halda həmin məsələyə yenidən məhkəmə nəzarəti qaydasında baxılması hüquqi müəyyənlik, prosessual qənaət və məhkəmə qərarlarının stabilliyi prinsipləri ilə uzlaşmır. Buna görə də X5 tərəfindən verilmiş şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-331/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-331/2026
16.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver