Məhkəmə qərarları › İş №6(3-6)-335/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-335/2026

16.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-335/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs Şikayət verən şəxs, onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarı onun hüquqlarını pozur. Həmin qərarda sübutla ziddiyyətlidir. Yuxarıdakıları nəzərə alıb, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Emin Axundov) Şikayət verən şəxs Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarı qanuni hesab edilmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ərizəsinin təmin edilməməsinin səbəbi cinayət işinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmasıdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, həmçinin Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahil etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi və prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxsin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış və əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 180-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxslər Şikayət verən şəxs, X8, X3 və X4 əməllərində Azərbaycan Respublikası CM-nin 23-cü maddəsində nəzərdə tutulan cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılıb Bakı şəhəri Nizami RPInin 25-ci PŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Qeyd olunan Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3). Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan mövcud qanunvericilikdə, yəni CPM-nin 449.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilməsi nəzərdə tutulan qərarların dairəsi dəqiq müəyyən olunmuş, hazırki halda təqsirləndirilən şəxsin şikayət verdiyi “sübutların qiymətləndirilməsi haqqında” qərardan şikayət vermək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin ********* nömrəli cinayət işi hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin digər hakiminin icraatında olmaqla mahiyyəti üzrə baxılma mərhələsindədir. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət işi məhkəmənin icraatında olduqda sübutların mötəbərliyi, aidiyyəti, mümkünlüyü və onların məcmu halında qiymətləndirilməsi məsələləri işə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aiddir və bu məsələlər yalnız işin mahiyyəti üzrə araşdırılması zamanı qiymətləndirilə bilər. Ayrı qaydada sübutların qiymətləndirilməsinə dair verilmiş şikayətə baxılması, faktiki olaraq digər hakimin icraatında olan iş üzrə sübutların qabaqcadan qiymətləndirilməsi ilə nəticələnə bilər ki, bu da məhkəmələrin müstəqilliyi və hakimlərin daxili inamına əsaslanan qiymətləndirmə prinsipinə ziddir. Həmçinin məhkəmə araşdırması zaman şikayət verən şəxs Şikayət verən şəxs tərəfindən qərarın ləğvi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yenidən araşdırma zamanı bütün zəruri tədbirlər həyata keçirilmiş, həmçinin, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Kollegiya belə hesab edir ki, birinci instaniya məhkəməsi barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai istintaq aparmış şəxs kifayət qədər araşdırma aparmışdır, bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlar araşdırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini yoxlayarkən düzgün, əsaslı və qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə və müstəntiq tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Adil Əzimli tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6(5-99)-32/2026 saylı, ## ### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Anar Ibrahimov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar