Məhkəmə qərarları › İş №6(3-6)-337/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-337/2026

19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-337/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şikayət verən şəxs hüquqlarının pozulması ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət vermiş müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət verərək Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X1 qəbul etdiyi ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şikayət verən şəxs ## #### 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evlidir, AXCP-nın üzvüdür, təşkilat şöbəsinin işçisidir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. Ərizəçi 20 may saat 12:10-da övladını məktəbdən götürmək istəyərkən mülki formada 4 nəfər sənəd göstərmədən polis işçisi olduqlarını bildirərək, onu saxlayıblar, saat 20:00-a qədər əli qandallı şəhərdə gəzdirilib, sonra Yasamal rayon Polis İdarəsinə gətirilib, yenə əli qandallı ifadə verib. Qandal yalnız əllərindən 24.50-də, müvəqqəti saxlama yerinə aparıldıqda açılıb. Ərizəçi bu barədə Baş Prokurorluğa müraciət etmiş, prokurorluq cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən X2) müdafiəçinin verdiyi həmin şikayət təmin edilməmişdir. Müdafiəçi həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini və ilkin şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Apellyasiya şikayəti ilkin şikayətin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin hər hansı araşdırma aparmaması obyektiv həqiqətin müəyyən edilməsini mümkünsüz etmişdir. Apellyasiya məhkəməsi iclasında Şikayət verən şəxs və onun müdafiəçisi izahatında şəxsin saat təxminən günorta saat 12-də saxlanılıdığını və axşam saat 8-ə qədər şəhərin müxtəlif yerlərində gəzdirildiyini, qolu qandallı işgəncəyə məruz qaldığını bildirərək və apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi, onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 453.1-ci maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir. Məhkəmə iş üzrə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X1 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas olmamasına və verilmiş şikayətin dəlillərinin iş materialları ilə sübut edilməməsinə əsaslanmışdır. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar İdarəsinin ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış materiallarla, yəni Şikayət verən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilmişdir. - Həmin qərarda qeyd olunmuşdur ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-nin Yasamal rayon şöbəsinin ## ####### 2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, Şikayət verən şəxs ##.##.2025-ci il tarixdə həbs olunduqdan sonra ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ##.##.2025-ci il tarixdə "Tibb Baş İdarəsi"-də “praktiki sağlam” diaqnozu qoyulmuşdur. Şəxsin müayinəsi zamanı ##.##.2025-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət (qançır, sıyrıq yara və s.) olması qeyd edilməmişdir. Şikayət verən şəxs və onun müdafiəçisi iş üzrə məhkəmə kollegiyasına ilkin şikayət və apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sübutu təqdim etməmişdir. Beləliklə, Şikayət verən şəxs və onun müdafiəçisi, həmçinin apellyasiya instansiyası məhkəməsində də ilkin şikayətin və apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişlər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, nümayəndənin verdiyi apellyasiya şikayəti əsassızdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 122, 449-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar