Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-338/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Hüseynov Telman Qulaməli oğlu, (sədrlik edən, məruzəçi hakim), Ibrahimli Ibrahim Adil oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, tərcüməçi X1, şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılmasından imtina edilməsi və şikayətin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılmasından imtina edilməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin verilmiş şikayətə baxılmasından imtina edilməsi və şikayətin geri qaytarılması barədə ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını və barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə nəzarəti qaydasında Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və barəində tədbir görülməsi haqqında məhkəmə nəzarəti qaydasında şikayət etmişdir. Onlar onun işinə baxmırlar. Cinayət qanunu pozurlar, yol vermiş qanun pozuntularına göz yumurlar. Lakin şikayətin digər hissəsi əlyazma ilə tərtib edilməklə, məzmununu aydın oxumaq mümkün olmadığından, şikayət müəllifinin nə barədə şikayət etməsi və Nəsimi Rayon Məhkəməsi tərəfindən hansı qanun pozuntularına yol verilməsini şikayətin məzmunundan müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsinin iclasında Şikayət verən şəxs şikayəti müdafiə etdiyini bildirdi və şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən isə elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından, bilavasitə apelyasiya instansiyası məhkəməsinə; qərarı qəbul etmiş məhkəmənin vasitəsilə; həbs yerinin müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Həmin Məcəllənin 453.1-ci maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir. Məhkəmə kollegiyası verilmiş şikayətlə əlaqədar materialı araşdırıb hesab edir ki, Şikayət verən şəxs şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyataxtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.2-ci maddəsin əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs şikayətində Bakı şəhəri Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkət və hərəkətsizliyindən şikayət etsə də, hazırda Bakı şəhəri Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hansı hərəkətlərindən narazı qaldığı aydın ifadə olunmamış, şikayət əlyazma ilə tərtib edilməklə məzmunu aydın olmadığından, onun konkret olaraq hansı məsələ üzrə hüquqlarının pozulmasını, hansı qərardan, yaxud hərəkət və ya hərəkətsizlikdən şikayət etməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, «Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; - təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir.» Odur ki, Şikayət verən şəxs şikayətində göstərdiyi dəlillər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, Şikayət verən şəxs Bakı şəhəri Nəsimi rayon prokuroru, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və barəsində tədbir görülməsi haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasna dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərarı Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılmasından imtina edilməsi və şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Sədrlik еdən Telman Hüseynov Hаkimlər: Ibrahim Ibrahimli Elnur Nuriyev
Məhkəmə qərarları › İş №6(3-6)-338/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-338/2026
19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver