Məhkəmə qərarları › İş №6(3-6)-339/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-339/2026

19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-339/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri – Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət verərək, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Bakı Istintaq Təcridxanası tərəfindən Şikayət verən şəxs telefon danışıqlarına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi, X1 Konvensiyasının 8, 10, 11 və 18-ci maddələrinin pozulması faktı tanınması, Şikayət verən şəxs telefon danışıqlarına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanası tərəfindən Şikayət verən şəxs telefon danışıqlarına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilməsi, X1 Konvensiyasının 8, 10, 11 və 18-ci maddələrinin pozulması faktı tanınması, Şikayət verən şəxs telefon danışıqlarına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının təmin edilməsinə dair Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin olunmamışdır. Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, vəkil Müdafiəçi və hərəkətindən şikayət edilən Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Bakı istintaq təcridxanasının rəhbərliyi tərəfindən Şikayət verən şəxs telefon danışıqları hüququ məhdudlaşdırılır - ona zəng etmək imkanı yaradılsa da, yalnız ailəsi ilə danışmağa icazə verilir, xəttə başqa şəxs qoşulan anda zəngə nəzarət edən əməkdaş əlaqəni kəsir. Şikayət verən şəxs hesab edir ki, bu məhdudiyyət qanunsuzdur və onun hüquqlarını pozur. Həmin halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına sorğu ünvanlanaraq, Şikayət verən şəxs telefon danışıqlarına məhdudiyyət qoyulub qoyulmaması, məhdudiyyətin qoyulması ilə bağlı hər hansı qərar mövcud olduğu halda, həmin qərarın məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanası məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavabında göstərmişdir ki, Bakı Istintaq Təcridxanasında saxlanıldığı müddət ərzində həbs edilmiş şəxs Şikayət verən şəxs telefon danışıqlarına təcridxana rəhbərliyi tərəfindən hər hansı məhdudiyyət qoyulmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq telefon danışıqları hüququndan maneəsiz istifadə edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcludur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsinin VII-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-ci maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayətində Bakı Istintaq Təcridxanası tərəfindən Şikayət verən şəxs telefon danışıqlarına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilməsini göstərsə də, bu hal öz təsdiqini tapmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanası məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli məktubu ilə hər hansı məhdudiyyətin qoyulması təkzib olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq verilmiş şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən xüsusatlar üzrə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual araşdırma aparılmış, lakin toplanmış materiallarla şikayətdə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs müdafiəçisinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, şikayətə baxan birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar