Məhkəmə qərarları › İş №6(3-6)-340/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-340/2026

19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-340/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayəti onunla əsaslandırmışdır ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Fuad Piriyev ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Bakı İstintaq Təcridxanasında ondan dəfələrlə izahat almış, maddi sübutlar toplamış, istintaq eksperimentləri, tanınma və s. istintaq hərəkətləri həyata keçirmişdir. Lakin artıq 1 il 6 aydır ki, iş üzrə icraat aparılmır və işin yekunlaşması üçün hər hansı hərəkətlər edilmir. Bununla bağlı o, dəfələrlə Ombudsmana, Baş Prokurorluğa yazılı şəkildə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Onun tərəfindən bütün maddi sübutlar təqdim edilmiş, xətşünaslıq ekspertizası keçirilmişdir. O, cinayət əməlini könüllü etiraf etmişdir. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə bağlı iş ayrıla bilər. Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Fuad Piriyev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli (hakim V.Tağıyev) qərarına əsasən şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan vermiş olduğu şikayəti təmin edilməmişdir. Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və onun şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən onun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan vermiş olduğu şikayəti təmin edilməmişdir. Hesab edir ki, qərar qanunsuz və ədalətsiz olduğundan onun şikayəti isə əsaslı olduğundan Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsinin tələblərinə əsasən şikayəti təmin olunmalı idi. Şikayət vermiş şəxs Şikayət verən şəxs məhkəmə kollegiyasının iclasında çıxış edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və onun şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar şikayətçinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarənda olan ##.##.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarənda olan ##.##.2023-cü il tarixli qərardan görünür ki, İlyasov Heydər Sultan oğlu ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarənda olan ##.##.2023-cü il tarixli qərardan görünür ki, İlyasov Heydər Sultan oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 4(001)- ****/**** nömrəli qərarından görünür ki, İlyasov Heydər Sultan oğlu barəsində 03 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu andan hesablanmışdır. İş materiallarənda olan ##.##.2024-cü il tarixli qərardan görünür ki, İlyasov Heydər Sultan oğlu ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 273-2, 29,294.3, 294.3, 310, 32.4,312.2, 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarənda olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarənda olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 hərəkətsizliyindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarənda olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 6(5-93)- ***/**** nömrəli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edilməsidir. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2 və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1.4 və 449.1.5-ci maddələrinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2 və 449.2.3-cü maddələrinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin Məcəlləsinin 451.1 və 451.1.1-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. İş materiallarından və cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılaraq İlyasov Heydər Sultan oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmamışdır. ##.##.2023-cü il tarixli qərarla İlyasov Heydər Sultan oğlunun barəsində axtarış elan edilmiş, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə İlyasov Heydər Sultan oğlu barəsində 03 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu andan hesablanmışdır. ********* nömrəli cinayət işi üzrə icraat ##.##.2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Göründüyü kimi, cinayət işinin istintaqı Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun aparılmış, təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirilmiş və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Ona görə də məhkəmə, Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır və həmin qərar cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunduğundan qərarı qanuni hesab etmişdir. Bundan başqa, sözügedən cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən istintaq aparılan zaman Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulması halı məhkəmədə müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar