Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-342/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-94)-67/2026 nöməli qərarından şikayət verən şəxs2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: şikayət verən şəxs2 İvanovna və Fomin Vadim Nikolayeviç məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan ****/** saylı materialın (cinayət işinin materiallarının) tələb olunaraq məhkəməyə təqdim edilməsini, ****/** saylı material üzrə Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan və təhqiqat orqanlarının təkrar qanunsuz hərəkətsizliyinin qanunsuz hesab olunmasını, ****/** saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qanunsuz qərar aşkar edilərsə, həmin qərarın ləğv edilməsini, onun qanunsuz hesab edilməsini və şikayətçilərin hüquq və azadlıqlarını pozan akt kimi tanınmasını, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı və ##.##.2026-cı il tarixli, *(***)***/**** saylı qərarlarında göstərilmiş tələbləri dərhal və tam həcmdə icra etməyə məcbur edilməsini, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan ****/** saylı material üzrə cinayət işinin başlanması məsələsinə baxılması da daxil olmaqla tam, obyektiv və effektiv araşdırmanın aparılmasını və qanuni, əsaslandırılmış prosessual qərarın qəbul edilməsinin təmin olunmasını, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sistemli, uzunmüddətli və qərəzli şəkildə icra edilməməsi faktları ilə əlaqədar Bakı şəhəri Xətai rayon prokurorunun ünvanına xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət verən şəxs2 İvanovna və Fomin Vadim Nikolayeviç şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 6(011)- ***/**** saylı işi üzrə qərarı ilə Xətai RPİ-nin 36cı polis bölməsinin təhqiqatçısı, R Faiq Şahverdiyevin və Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan qanunsuz hərəkətsizliyi təkrarən müəyyən edilmişdir. Məhkəmə tərəfindən birbaşa göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı əvvəlki qərarında göstərilmiş tələblər və məcburi göstərişlər icra edilməmişdir. Beləliklə, Hərəkətindən (qərarından) şikayət verilən orqan və təhqiqat orqanları qanuni qüvvəyə minmiş məhkəmə aktını faktiki olaraq görməzlikdən gəlmişdir ki, bu da təkcə birdəfəlik prosessual pozuntu deyil, məhkəmə qərarlarının icrasından davamlı və şüurlu şəkildə yayınmanı göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikasının bütün ərazisində bütün dövlət orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər üçün məcburidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinə uyğun olaraq prokurorluq qanunların icrasını təmin etməli və qanunvericiliyin dəqiq və vahid tətbiqinə nəzarəti həyata keçirməlidir. Lakin baxılan halda Hərəkətindən (qərarından) şikayət verilən orqan özü sistemli qanun pozuntularının və məhkəmə aktlarının icra edilməməsinin mənbəyinə çevrilmişdir. Məhkəmə təhqiqat orqanlarına və prokurorluğa Dadaşova D.T. tərəfindən törədilmiş dələduzluq, sənədlərin saxtalaşdırılması, hədələr və digər qanunsuz hərəkətlər faktları üzrə tam, hərtərəfli, obyektiv və effektiv araşdırmanın aparılmasını təmin etməyi tapşırmışdır. Məcburi xarakter daşıyan məhkəmə aktının mövcudluğuna baxmayaraq, təhqiqat orqanları və Hərəkətindən (qərarından) şikayət verilən orqan məhkəmənin göstərişlərini icra etməkdən yayınmış, zəruri istintaq və prosessual hərəkətləri həyata keçirməmiş, əvvəllər müəyyən olunmuş pozuntuları aradan qaldırmamış və faktiki olaraq qanunsuz vəziyyəti saxlamışdır. Prokurorluğun prosessual rəhbərliyi məhkəmənin göstərdiyi pozuntuların real aradan qaldırılması olmadan təhqiqat orqanlarının qanunsuz qərarlarının formal və mexaniki şəkildə təsdiqlənməsinə gətirib çıxarmışdır. Məhkəmə tərəfindən hərəkətsizliyin qanunsuzluğunun təkrar tanınması onu göstərir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan yalnız məhkəmə qərarını icra etməmiş, həm də faktiki olaraq məhkəmə hakimiyyətinə nümayişkaranə etinasızlıq göstərmişdir. Məhkəmə qərarlarının icra edilməməsi uzun müddətdir üç ildən artıqdır ki, şikayətçilərin çoxsaylı müraciətlərinə, məhkəmə qərarlarına və tamhüquqlu araşdırmanın aparılması və cinayət işinin başlanması üçün kifayət qədər əsasların olmasına baxmayaraq davam edir. Prokurorluq və təhqiqat orqanlarının vəzifəli şəxslərinin bu cür davranışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 286, 306, 308, 313 və 314-cü maddələri ilə nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma və məhkəmə aktının icra edilməməsi əlamətləri mövcuddur. Faktiki olaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan özünü məhkəmədən və qanundan üstün tutaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qaldığı və şikayətçilərin hüquqlarının kobud şəkildə pozulmasının davam etdiyi bir vəziyyət yaratmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-94)-67/2026 nöməli qərarı ilə şikayət verən şəxs2 İvanovna və onun nümayəndəsi Fomin Vadim Nikolayeviç tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli və *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarlarının icrasına münasibətdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin, həmin qərarın icrasına nəzarətin həyata keçirilməsinə münasibətdə Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, qərarın surətinin şikayətçiyə, təhqiqatçıya və ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi qərara alınmışdır. şikayət verən şəxs2 İvanovna və Fomin Vadim Nikolayeviç məhkəmənin həmin qərarından apellyasiya şikayəti verib Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı hakim tərəfindən yol verilmiş prosessual pozuntular və AR CPM-nin 355-ci maddəsinin tətbiq edilməməsi hissəsində dəyişdirilməsi, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin və Hərəkətindən (qərarından) şikayət verilən orqan fəaliyyətində müəyyən edilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi məqsədilə AR CPM-nin 355-ci maddəsinə uyğun olaraq xüsusi qərar çıxarılması, həmin xüsusi qərarın aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntulara apellyasiya instansiyası məhkəməsi tərəfindən ayrıca hüquqi qiymət verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Orxan Əlizadənin sədrliyi ilə məhkəmə nəzarəti qaydasında baxılmış iş üzrə ## #### 2026-cı il tarixli qərarla şikayət verən şəxs2 İvanovnanın və onun nümayəndəsi Fomin Vadim Nikolayeviçin şikayəti qismən təmin edilmiş, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısının və Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətsizliyi növbəti dəfə qanunsuz hesab edilmişdir. Lakin birinci instansiya məhkəməsi aşkar edilmiş qanun pozuntularına tam hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin imperativ tələblərini tətbiq etməmiş və nəticədə qəbul edilmiş qərar pozulmuş hüquqların effektiv bərpasını təmin etməmişdir. İş materiallarından açıq şəkildə görünür ki, Xətai RPİ-nin 36-cı Polis Bölməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən X2 əməlləri ilə bağlı təqdim edilmiş məlumatlar uzun müddət ərzində tam, hərtərəfli və obyektiv araşdırılmamış, zəruri prosessual hərəkətlər həyata keçirilməmiş və qanunvericiliyin tələblərinə uyğun yekun prosessual qərarlar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi həmin hərəkətsizliyi qanunsuz hesab etdiyi halda, AR CPM-nin 355-ci maddəsində nəzərdə tutulmuş hüquqi reaksiya tədbirini tətbiq etməmiş və xüsusi qərar çıxarmamışdır. Hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin və Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətsizliyi məhkəmə tərəfindən ilk dəfə müəyyən edilmir. Şikayətçilərin müraciətləri əsasında əvvəllər də məhkəmə nəzarəti qaydasında qəbul edilmiş məhkəmə qərarlarında həmin dövlət orqanlarının hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Buna baxmayaraq, məhkəmə qərarlarından sonra da faktiki vəziyyət dəyişməmiş, araşdırma aparılmamış, zəruri prosessual qərarlar qəbul edilməmiş və məhkəmə nəzarətinin məqsədi həyata keçirilməmişdir. Beləliklə, söhbət ayrı-ayrı prosessual nöqsanlardan deyil, uzun müddət davam edən sistemli və davamlı hərəkətsizlikdən gedir. Məhkəmə tərəfindən hərəkətsizliyin təkrarən qanunsuz hesab edilməsinə baxmayaraq xüsusi qərarın çıxarılmaması həmin qanun pozuntularının davam etməsinə şərait yaradır və məhkəmə nəzarətinin effektivliyini aradan qaldırır. Birinci instansiya məhkəməsi hərəkətsizliyi qanunsuz hesab etsə də, həmin qanunsuzluğun aradan qaldırılmasına yönəlmiş təsirli prosessual tədbirlər görməmişdir. Nəticədə şikayətçilər eyni hərəkətsizliklə bağlı dəfələrlə məhkəməyə müraciət etməyə məcbur olmuş, məhkəmə müdafiəsi hüququ formal xarakter almışdır. Təhqiqat və prokurorluq orqanlarının uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirməsi, məhkəmə qərarlarının nəticələrinin təmin edilməməsi və cinayət xarakterli məlumatların lazımi qaydada araşdırılmaması həmin konstitusion vəzifələrin yerinə yetirilmədiyini göstərir. “Elektron Məhkəmə” sisteminin materiallarının yoxlanılması zamanı müəyyən edilmişdir ki, iş üzrə prosessual rəhbərliyi həyata keçirən prokuror və təhqiqatçı məhkəmə iclasına lazımi qaydada çağırılmamışdır. Müvafiq bildirişlər və müşayiət məktubları elektron sistemdə qeydə alınmamışdır. Bundan əlavə, əvvəlki məhkəmə iclaslarında da tərəflərin məlumatlandırılması ilə bağlı ciddi pozuntular mövcud olmuşdur. Bu hal çəkişmə prinsipinin, tərəflərin bərabərliyi prinsipinin və işin tam, hərtərəfli və obyektiv araşdırılması tələblərinin pozulmasına səbəb olmuşdur. Təhqiqatçı və prokurorun iştirakı təmin edilmədən onların hərəkətsizliyinin səbəblərinin araşdırılması mümkün olmamışdır. Məhkəmə nəzarəti institutunun əsas məqsədi qanunsuz hərəkət və ya hərəkətsizliyi sadəcə müəyyən etmək deyil, həmin pozuntuların aradan qaldırılmasını təmin etməkdir. Hazırkı işdə məhkəmə hərəkətsizliyi qanunsuz hesab etsə də, həmin qanunsuzluğun aradan qaldırılmasına yönəlmiş təsirli hüquqi mexanizmlər tətbiq edilməmişdir. Bu isə eyni qanun pozuntularının təkrar-təkrar baş verməsinə şərait yaratmış, şikayətçilərin yenidən məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Belə vəziyyət hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, məhkəmə nəzarətinin effektivliyini də aradan qaldırır. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı və Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə şikayət verən şəxs2 İvanovna və onun nümayəndəsi Fomin Vadim Nikolayeviç tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai RPİnin 36-cı PŞ-nin təhqiqatçısı, R Ramin Ələskərov tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, şikayət qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)**/**** saylı qərarından görünür ki, şikayət verən şəxs2 İvanovna və onun nümayəndəsi Fomin Vadim Nikolayeviç tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026cı il tarixli qərarının icrasına münasibətdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin, həmin qərarın icrasına nəzarətin həyata keçirilməsinə münasibətdə Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifəsidir; 85.2.1 və 85.2.7-ci maddələrinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək və prokurorun göstərişlərini icra etmək müstəntiqin vəzifələrinə aid edilmişdir. 86.2.1 və 86.2.9-cu maddələrinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək prokurorun və müstəntiqin göstərişlərini və qərarlarını icra etmək təhqiqatçının vəzifələrinə aid edilmişdir. 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)***/**** saylı ##.##.2026-cı il tarixli və *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarları icra edilməmiş, istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Bu səbəbdən məhkəmə nəzarəti qaydasında şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi və Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmənin qərarında vurğulanan xüsusatlar araşdırılıb iş üzrə qanunamüvafiq qərar qəbul edilməli olduğundan verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçilər şikayət verən şəxs2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-94)-67/2026 nöməli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-342/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-342/2026
18.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver