Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-345/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Suraxanı RPİ-nin polis əməkdaşlarıyla bağlı “vəzifə saxtakarlığı, qanunsuz psixiatriya müdaxiləsi, təhqir və qeyri-insani rəftar barədə” xüsusi ittiham qaydasında şikayət başlığı ilə verdiyi məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs Suraxanı RPİ-nin polis əməkdaşlarıyla bağlı “vəzifə saxtakarlığı, qanunsuz psixiatriya müdaxiləsi, təhqir və qeyriinsani rəftar barədə” xüsusi ittiham qaydasında şikayət başlığı ilə verdiyi məhkəmə nəzarəti qaydasında şikayəti ## ### 2026-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli (hakim P.Muradov) qərarına əsasən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, onun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icrata qəbul edilməsini, iş materiallarının yenidən baxılması üçün başqa tərkibdə məhkəməyə göndərilməsini, şikayətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsini, 102 xidmətinin audioyazılarının, polis şöbəsinin mü.ahidə kameralarının görüntülərinin, psixatriya briqadasının sənədlərinin, həkim rəylərinin və digər sübutlarının tələb olunmasıının təmin edilməsinin, ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın müəyyən olunmasına əsas verən hallara hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırki apellyasiya şikayəti baxışdan çıxarılmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 3 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Hazırki məhkəmə nəzarəti qaydasında materialdan görünür ki, şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026cı il tarixli qərarı elan olunduqdan 09 (doqquz) gün müddət keçdikdən sonra, yəni apellyasiya şikayəti Şikayət verən şəxs tərəfindən ## #### 2026-cı il tarixdə imzalanaraq poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və ## #### 2026-cı il tarixdə həmin məhkəmənin dəftərxanasına daxil olmuşdur. Göründüyü kimi, şikayətçi Şikayət verən şəxs müvafiq qərardan apellyasiya şikayəti vermək üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş 3 (üç) günlük müddəti ötürmüş və ötürülmüş müddətin bərpası ilə bağlı vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsatətin verilməsi və müddətin ötürülməsi məsələsinin həlli üçün apellyasiya şikayəti baxışdan çıxarılaraq məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti baxışdan çıxarılsın və məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılsın. Şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair vəsatət vermək hüquqlarının olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elnur Nuriyev
Məhkəmə qərarları › İş №6(3-6)-345/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-345/2026
19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver