Məhkəmə qərarları › İş №6(3-6)-346/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-346/2026

19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-346/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Şikayətçi şikayət verən şəxs1, Tərcüməçi – X5 iştirakı ilə, Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Səyyad Abbasovun ##.##.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsini, istintaqın bərpa edilməsini və məcburi istintaq hərəkətlərinin aparılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmənin həmin qərarından şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qanunsuz, əsassız və prosessual normaları kobud şəkildə pozan qərarının tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsi tərəfindən rəsmi məhkəmə baxışı iclası (Baxış iclası) keçirildikdən sonra şikayətin "geri qaytarılınası" barədə qərar çıxarılmasının qanunsuzluğu, bununla da şikayətçilərin effektiv məhkəmə müdafiəsi və məhkəməyə çıxış hüququnun (Bakı Şəhər Prokurorluğunun ##.##.2025-ci il tarixli № ****-Ş-25 rəsmi cavabı ilə təsdiq olunmuş yeni faktlara hüquqi qiymət verilməsindən qəsdən yayınmaqla) kobud şəkildə pozulması faktının rəsmən tanınması, Azərbaycan Respublikası CPM-nin 452-454-cü maddələrinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə araşdırma aparmaqdan qanunsuz yayınmasının aradan qaldırılmasın, ədalətli məhkəmə araşdırması prinsipini təmin etmək məqsədilə materialın (şikayət) Yasamal Rayon Məhkəməsinə mahiyyəti üzrə baxılınası üçün geri qaytarılması, (mahiyyəti üzrə yenidən baxılınası üçün göndəriməsi), Azərbaycan Respublikası CPM-nin 65.5 və 355-ci maddələrinə uyğuıı olaraq, şikayətçilərin Azərbaycan Respublikası CPM-nin 177 və 442-ci maddələrində nəzərdə tutulmuş hüdudlarını kobud səkildə pozduqlarına, iş üzrə əhəmiyyət kəsb edən mühüm sübutların gizlədilməsinə və məcburi istintaq hərəkətlərinin aparılmasında ifadə olunan qanunsuz fəaliyyətsizliyə yol verdiklərinə görə, Bakı şəhəri Yasamal Rayon Prokurorluqunun prokuroru və müstəntiqi barəsində xüsusi qərar çıxarılması və qanunla nəzərdə tutulmuş intizam tənbehi tədbirlərinin görülməsi üçün yuxarı prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya məhkəmə icraatı zamanı şikayətçi şikayət verən şəxs1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Fomina Iyubov İvanovna və Bakı şəhər Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, EMİS-dən əldə edilərək iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarından görünür ki, Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 hazırda şikayət etdikləri Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Səyyad Abbasovun ##.##.2023cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə bir dəfə artıq baxılaraq ona qiymət verilmiş və şikayət təmin edilməmişdir. Həmin qərardan şikayətçilər tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)***/**** nömrəli, ## ####### 2023cü il tarixli qərarı şikayətçi Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırkı müraciətin predmeti olan məsələ artıq məhkəmə yoxlamasından keçmiş və həmin məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Azərbaycan Respublikası CPM-in 449-cu maddəsi cinayət prosesini həyata keçirən orqanın yalnız qanunda birbaşa nəzərdə tutulmuş prosessual qərar və hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsini mümkün hesab edir. Lakin həmin institut eyni predmet üzrə artıq məhkəmə tərəfindən qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının təkrar mübahisələndirilməsi vasitəsi kimi çıxış edə bilməz. Əks yanaşma instansiya nəzarəti mexanizmini mənasızlaşdırmaqla yanaşı, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipini də pozmuş olardı. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Səyyad Abbasovun ##.##.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi, istintaqın bərpa edilməsi və məcburi istintaq hərəkətlərinin aparılmasına dair Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 tərəfindən verilmiş şikayət ərizəsi (şikayət edilən qərara münasibətdə artıq qüvvədə olan qərarların mövcud olması səbəbindən) baxılmadan geri qaytarılmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Fomina Iyubov İvanovna və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar