Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-348/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2, Daxili İşlər Orqanlarının istintaqa nəzarət idarəsinin prokuror X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Mahir Bayramov A.Hacıyevaya məxsus mənzilin satışını həyata keçirmək üçün tanışı X11 ona dəllal tapmasını xahiş etmiş, Yaşar bundan sonra bu işi digər tanışı X5 o, öz tanışı dəllal kimi fəaliyyət göstərən X4 xahiş etmiş o da, alıcı qismində Dina Bədəlovanı tapmış və mənzil sonda D.Bədəlovanın yaxın qohumu Rəsulzadə İradə İsa qızına satılmışdır. Bir müddət keçmiş İradə Rəsulzadə də, mənzili satmaq üçün elan saytlarında yerləşdirdikdən sonra dəllal kimi fəaliyyət göstərən X7 evi digər alıcı X22 təklif etmiş və sonuncu mənzili rəsmi qaydada almışdır. Həmçinin, cinayət işinin materiallarında adları qeyd olunan X15, X12, X13, X9 və xüsusi notarius X8 da Aygün Hacıyevanın mənzilinin ələ keçirilməsi epizodu üzrə cinayətin törədilməsində iştiraklarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Ona görə də, cinayət işi üzrə X11, X5, X4, Rəsulzadə İradə İsa qızının, X7, X22, X15, X12, X9, X13 və xüsusi notarius X8 barəsində Azərbaycan Respublikası CM-in 178- ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməlidir. İstintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Himayəsində 2 övladı var. Təxminən 10 ildir ki, ev alqısatqısı işində vasitəçilik edir. Əvvəllər CMnin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Məhkəmə yekunda onu cərimə etmişdir. 2024-cü ilin may ayının əvvəllərində bərbər kimi 1 tanıdığı Mehti Babayev ona yığaraq bildirmişdir ki, " Yaşar adlı tanışi ona zəng edib başqa bir nəfər tanışına təcili pul lazım olduğuna görə mənzilini satmaq istəyir". ondan evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O da, Mehtiyə maraqlanıb məlumat verəcəyini demişdir. Ev alqı-satqısı ilə məşğul olan tanıdığı şəxs Dina Bədəlova adlı qadına zəng edib bir nəfər tanışının Bakı şəhəri Xətai rayonunda pul lazım olduğundan təcili mənzilini satmaq istədiyini demişdir. Dina ondan dəqiq ünvanı soruşmuş və sonra görüş təşkil etmişdir. Dina ilə Mehdinin ona bildirdiyi ünvanda Həzi Aslanov metrostansiyası tərəfdə, Məhəmməd Hadi küçəsi ** saylı binanın yanında görüşdük. Dəllal kimi razılaşdıq ki, Dina bu işdən ona vasitəçi olduğuna görə 1 faiz zəhmət haqqı verəcək. Sonra, ilk dəfə gördüyü Quba rayonundan olan Mahir adlı şəxs də, gəlmişdi. Aralarında olan söz söhbətdən başa düşmüşdür ki, pulu Mahir nəsə Rusiya Federasiyasına gilas ixrac etmək istəməsi ilə bağlı istəyir. Mahir iş görəcəyini deyirmiş. O, oraya gəlməmiş ev sahibi Aygün adlı şəxs gəlib Yaşar və Mehtiyə ilə birlikdə mənzildə olan kirayəşinə bildirmişdir ki, evə baxmağa adam gələcək. Sonra isə işdən icazə aldığını gözləyə bilmədiyini Yaşargilə deyib çıxıb getmişdir. Mahir Aygünlə yaxın olduğunu, atasını tanıdığını, gediş gəlişləri olduğunu demişdir. Elə bu səbəbdən də, Aygünün ona etibarnamə verdiyini bildirmişdir. Dina gələndən sonra onunla birlikdə evə qalxıb baxmışlar. Evə baxıb ona bildirmişdir ki, ev sahibi ilə gəlsinlər notariusa sənədləşdirək. Sonra ** saylı notariusa getmişlər. Notariusa o, Dina, Dina ilə gələn adını bilmədiyi bir xanım, Mahir, Mehti və Yaşar birlikdə getmişdir. Notariusa çatandan sonra notarius da, ev sahibini tələb etdikdən sonra Dina Aygünün gəlməsini tələb etmişdir. Mahir zəng edib Dina Aygünlə danışandan sonra, Aygün bir neçə dəqibqə sonra notariusa gəlmişdir. Aygün özü evi Dinayla birlikdə olan sonradan adını İradə kimi bildiyi qadın ilə alqı-satqı etmişdir. Dina notariusa 100.000 manat pul köçürmüş və həmin pulu kassadan Aygünə vermişlər. Aygün də, həmin pulu elə götürdüyü kimi Mahir adlı şəxsə uzatmışdır. Dina da, ona vasitəçi kimi 1.600 manat pul vermişdir. Alqı-satqı sənədləşmə bitəndən sonra Dina və Aygün birlikdə getmişlər. Mahir də, 100.000 manatını götürmüş və onunla birlikdə notariusun aşağısında kafedə onları gözləyən Mehdi və Yaşarın yanına düşmüşlər. Orada çörək yedikdən sonra o, işi ilə bağlı çıxıb getmişdir. İki ay sonra Mahir ona zəng edib bildirmişdir ki, pul lazım olduğundan rayonda olan gilas bağlarını, evini banka qoyub pul götürmək istəyir, ona bu işdə köməklik etsin. O, Mahirdən əmlakın sənədlərini istəmişdir. Sənədləri bank əməkdaşına göstərmiş və bankdan etiraz gəlmişdir ki, razı deyillər. Lakin bununla bağlı qeyd etməliyəm ki, məndə kifayət qədər sübutlar var ki, X4 təqsirləndiriləndirilən şəxslərlə əlbir olmuş və bununla da mənim əmlakımı əlimdən almışlar. İş üzrə həm təqsirləndirilən şəxslərin ifadələri həmdə məndə olan səsə yazıları sübut edir ki, X4 birbaşa olaraq bu işdə əlaqəli şəxsdir. Belə ki, o təqsirləndirilən şəxslərə faizə pul verməsinə görə məne məxsus olan əmlakı ilk öncə X10 bacısı qızı Rəsulzadə İradə İsa qızın adına keçirtmişdir. Lakin sonradan təqsirləndirilən şəxslər ona pul vermədiyi üçün o, mənim əmlakımı tanışı X22 formal olaraq satmışdır. Əslində isə qeyd edir ki, bu şəxs də təqsirləndirilən şəxslərin adamıdır. Bununla bağlı da onda kifayət qədər sübutlar var və məhkəmə prosesi zamanı həmin sübutları məhkəməyə təqdim edəcək. Onda olan səs yazmada Araz etiraf edir ki, o evlərin faizə qoyularaq faizlə pul verilməsi ilə məşğuldur, bu işə görə müəyyən faiz əldə edir. Bundan əlavə Araz etiraf edir ki, Mahir ona təklif etmişdir ki, Aygünün evini girov qoyularaq pul götürülməsi ücün ona köməklik etsin və Aygünün aldadılmasından xəbərdardır. Bu o işə görə müəyyən miqdarda faiz əldə etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin baş müstəntiqi, R X2 tərəfindən ## ####### 2025-ci il tarixdə qəbul edilmiş, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə sübutların qiymətləndirilməsi haqqında qərarın ləğv edilməsini və iş materiallarının şikayətin mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv araşdırılması, təqdim edilmiş sübutlara hüquqi qiymət verilməsi və qanuni qərarın qəbul edilməsi üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən şikayətçi Şikayət verən şəxs nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Daxili İşlər Orqanlarının istintaqa nəzarət idarəsinin prokuror X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edilməsidir. Həmin Məcəllənin 450 və 451-ci maddələrində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması müəyyən edilmişdir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən isə sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərə həyata keçirilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. İş materiallarına əsasən ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarına əsasən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Mahir Bayramov A.Hacıyevaya məxsus mənzilin satışını həyata keçirmək üçün tanışı X11 ona dəllal tapmasını xahiş etmiş, Yaşar bundan sonra bu işi digər tanışı X5 o, öz tanışı dəllal kimi fəaliyyət göstərən X4 xahiş etmiş o da, alıcı qismində Dina Bədəlovanı tapmış və mənzil sonda D.Bədəlovanın yaxın qohumu Rəsulzadə İradə İsa qızına satılmışdır. Bir müddət keçmiş İradə Rəsulzadə də, mənzili satmaq üçün elan saytlarında yerləşdirdikdən sonra dəllal kimi fəaliyyət göstərən X7 evi digər alıcı X22 təklif etmiş və sonuncu mənzili rəsmi qaydada almışdır. Həmçinin cinayət işinin materiallarında adları qeyd olunan X15, X12, X13, X9 və xüsusi notarius X8 da Aygün Hacıyevanın mənzilinin ələ keçirilməsi epizodu üzrə cinayətin törədilməsində iştiraklarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Ona görə də, cinayət işi üzrə X11, X5, X4, Rəsulzadə İradə İsa qızının, X7, X22, X15, X12, X9, X13 və xüsusi notarius X8 barəsində Azərbaycan Respublikası CM-in 178ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən ## ####### 2025-ci il tarixli qərar qəbul edilərkən qanun pozuntusuna yol verilməmiş və şikayətdə göstərilmiş X4 dələduzluq əməlində iştirak etməsini təsdiq edən obyektiv sübutlar müəyyən edilmədiyindən ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi qərara alınmışdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müstəntiq prosesual qanunvericiliyin tələblərinə əməl edərək sübutların toplanması, araşdırma apararaq və digər prosessual hərəkətlər həyata keçirərək, əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Buna görə də ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi məqsədə müvafiq deyil. Məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından məhkəmənin qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454 -cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №6(3-6)-348/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-348/2026
23.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver