Məhkəmə qərarları › İş №6(3-6)-352/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-352/2026

22.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-352/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakı ilə, Şikayət verən şəxs müdafiəçisinin Azərbaycan Respublikası Baş prokurorluğunun hərəkətindən verdiyi şikayətin rədd edilərək Şikayət verən şəxs şikayətinin baxılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş prokurorluğun prosessual hərəkətinin qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayətçinin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs müdafiəçisi Nümayəndə məhkəmə nəzarəti qaydasında şikayət verərək Şikayət verən şəxs şikayətinin baxılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayətin araşdırlmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyul ayı ərzində müxtəlif nüfuzlu xarici mətbuat orqanları tərəfindən dərc edilmiş "Pegasus layihəsi" ("X1") adlı beynəlxalq jurnalistika araşdırması təşəbbüsünün yaydığı məlumatla əlaqədardır. "Pegasus layihəsi" araşdırması tərəfindən müəyyən edilib ki, şikayətçinin də adı həmin onlayn izlənən və "Pegasus" cəsus proqramı vasitəsilə telefonu dinlənən və istifadəsində olan texniki rabitə kanallarından (vasitələrindən) məlumatları çıxarılan şəxslər arasındadır. Şikayətçi bu xüsusatla (faktla) əlaqədar aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna və Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edib və ona qarşı törədilmiş bu əməllərin Cinayət-Prosessual Məcəlləsilə nəzərdə tutulmuş qaydada və şərtlərlə araşdırılmasını tələb edib. Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsinin ## #### 2023-cü il tarixli, 3-39-9/2- ****/** nömrəli məktubundan məlum olur ki, Baş Prokurorluq tərəfindən şikayət araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ("DTX") göndərilib. Şikayətçi şikayətinin DTX-ya göndərilməsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında bu şikayəti təqdim edir. Şikayətçi hesab edir ki, onun şikayəti aidiyyəti üzrə prokurorluq orqanlarının araşdırma səlahiyyətinə aiddir və şikayətin DTX-ya göndərilməsi şikayətin səmərəli araşdırılma ehtimalını azaldır, eləcə də qanunaziddir. Şikayətçi Şikayət verən şəxs şikayət ərizəsinin baxılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayətçinin şikayət ərizəsi araşdırılmaq üçün Baş prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs müdafiəçisinin Azərbaycan Respublikası Baş prokurorluğunun hərəkətindən verdiyi şikayətin rədd edilmişdir. Şikayət verən şəxs şikayətinin baxılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş prokurorluğun prosessual hərəkətinin qanuni hesab edilmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs müdafiəçisi Nümayəndə şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Şikayət verən şəxs şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında lazımı qaydada məlumatlandırılmıəş tərərflər iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -## #### 2023-cü il tarixli məktubdan görünür ki, “Pegasus" proqramı vasitəsilə mobil telefonunun dinlənilməsi və istifadəsində olan digər texniki rabitə vasitələrindən məlumatlarınızın çıxarılması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı ərizə baxılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir.Müraciət üzrə aparılan araşdırma ilə əlaqədar olaraq ## ##### 2022- ci ildə DTX İstintaq baş idarəsinə dəvət olunmasına baxmayaraq izahat vermək üçün gəlməyərək hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şikayət verən şəxs şikayətini baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayətçinin şikayət ərizəsi araşdırmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2- ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, hərəkətlərindən şikayət edilmiş Baş Prokurorluq müraciəti aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərimiş, şikayət əsasında heç bir qərar qəbul etməmiş və onun hərəkətlərində məhkəmə nəzarəti qaydasında şikayət verilməsi üçün heç bir əsas yaranmamışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi müraciətlə əlaqədar müraciət müəllifini dəvət etmiş, lakin şikayət verən şəxs gəlməmiş və sübutlarını təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-102)-112/2026 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs müdafiəçisinin Azərbaycan Respublikası Baş prokurorluğunun hərəkətindən verdiyi şikayətin rədd edilərək Şikayət verən şəxs şikayətinin baxılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş prokurorluğun prosessual hərəkətinin qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov, Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar