Məhkəmə qərarları › İş №6(3-6)-353/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-353/2026

22.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-353/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri – Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Səfərova Ülkər Asim qızının katibliyi və şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Polis Idarəsi Istintaq Idarəsinin müstəntiqi R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)Mürşüd oğlunun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və işin ibtidai istintaqa qaytarılaraq araşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Polis Idarəsi Istintaq Idarəsinin R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)Mürşüd oğlunun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” ## #### 2026cı il tarixli qərarı qanuni hesab edilmişdir. Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Şübhəli şəxs fiziki zor tətbiq edərək ona yüngül dərəcəli xəsarət yetirmiş və 1800 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini əvvəllər inkar etsə də, amnistiya elan edildikdən sonra etiraf etmiş, lakin ona dəymiş maddi ziyanı bu günədək ödəməmişdir. Hesab edirə ki, ona dəymiş maddi ziyan ödənilmədən cinayət işinin icraatına CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir və istintaq orqanının həmin qərarı qanunsuz və əsassızdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarın 7.4-cü bəndinə əsasən, amnistiyanın tətbiqi üçün cinayət nəticəsində maddi ziyanın tam ödənilməsi konkret olaraq məcburi tələb qoyulmuş və bu normada cinayətlərin kateqoriyalarına, ağırlıq dərəcələrinə (böyük ictimai təhlükə törətməyən və.sair ) və yaxud da konkret cinayət maddələrinə tətbiq edilməsi üçün istisnalar müəyyən edilməmişdir. Məhkəmə qərar qəbul edərkən Milli Məclisin amnistiya elan edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarının tələblərini düzgün tətbiq etməmiş, Milli Məclisin ##.##.2025-ci il tarixli qərarında qeyd olunmadığıhalda, amnistiya tətbiq edilməsi üçün dəymiş ziyanın ödənilməsi tələbinin böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilmədiyini əsas göstərmiş, bununla da əsassız və qanunsuz qərar qəbul etmişdir. Şikayətçi Şikayət verən şəxs məhkəmə kollegiyasının iclasında çıxış edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Bakı şəhəri Yasamal rayon Polis Idarəsi Istintaq Idarəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)Mürşüd oğlu iştirak etməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar şikayətçinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis Idarəsi Istintaq Idarəsinin R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)Mürşüd oğlunun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” ## #### 2026-cı il tarixli qərarından görünür ki, ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarın 4-cü bəndinə əsasən bu Qərarın 1.1-1.16cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmış, başlanmış cinayət təqibinə isə xitam verilir. Odur ki, təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində olan cinayət işi üzrə amnistiya tətbiq edilməklə bəraətverici əsaslar olmadan xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarın 4-cü bəndinə əsasən bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmış, başlanmış cinayət təqibinə isə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində olan cinayət işi üzrə amnistiya tətbiq edilməklə bəraətverici əsaslar olmadan xitam verilməsi qərara alınmışdır. Şikayət verən şəxs ona dəyən ziyanın ödənilmədiyini və buna görə də, Şübhəli şəxs amnistiya aktının tətbiq edilməməsini dəlil kimi göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dəymiş ziyanın ödənilməsi ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən cinayət işi üzrə icraata müstəntiqin əsaslandırılmış qərarına əsasən bu Məcəllənin 39-41 və 46.5-ci maddələrindən nəzərdə tutulmuş hallarda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar