Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-356/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami RPI-nin Istintaq Şöbəsinin baş müstəntiqi, R Ayxan Təhməzli barəsində olan cinayət işini qeyriobyektiv araşdırmış, ədalətsiz qərar qəbul etmiş, həmin qərarı bu günədək ona göndərməmişdir. O, qərardan narazıdır, ondan mötəbər sübutlar var, məhkəmə nəzarəti qaydasnda şikayət ərizəsinin icraata qəbul edilməsini, ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət təmin edilməmişdir. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra üç gün müddətində verilə bilər. Işin materiallarından göründüyü kimi, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə imzalanmaqla cəza çəkdiyi müəssisəyə təqdim olunmuşdur. Göründüyü kimi, Şikayət verən şəxs apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, buraxılmış müddətin bərpası məsələsinə baxmaq isə qərarından şikayət verilmiş məhkəmənin səlahiyyətinə aid olduğundan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilibedilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmadan material Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-356/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-356/2026
24.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver