Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-357/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçılarının hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayəti əsasında Nizami RPİ-nin 25-ci PŞ-də başlanmış ****/** saylı araşdırma üzrə təhqiqatçı Ramal Quliyev tərəfindən ##.##.2026cı il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Nizami rayon prokurorluğu həmin qərarı qanunsuz hesab edərək, ##.##.2026-cı il tarixdə ləğv etmişdir, əlavə araşdırma aparılması üçün qərar qəbul etmişdir, lakin araşdırma hərəkəti qəti aparılmır, hərəkətsiz qalmaqda davam edir. Qeyd olunanlara əsasən şikayətinə hüquqi qiymət verilməsini, Nizami RPİ-nin 25-ci PŞ-nin iş üzrə etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsini və prosessual hərəkətlərin məcburiliyinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Emin Axundov) *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış təhqiqatçı və prokurorun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin Şikayət verən şəxs iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, HK*-**** nömrəli materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Şikayət verən şəxs oğlunun müraciəti əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, R X1 ##.##.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar Bakı şəhəri Nizami rayon prokurorunun müavini, R Gülüstan Abdullayeva tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. Şikayət verən şəxs müraciəti əsasında toplanmış material Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, R Ramal Quliyevin icraatına daxil olmuş, araşdırma nəticəsində Ramal Quliyev əvvəlki qərarda göstərilmiş əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. Şikayət verən şəxs oğlunun müraciəti əsasında toplanmış HK*/**** nömrəli material üzrə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin təhqiqatçısı, R Sadiq Həsənov tərəfindən ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorunun müavini, ədliyyə müşaviri Gülüstan Abdullayeva tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarlarla Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, R Sadiq Həsənov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, R Ramal Quliyev tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar material öyrənilərkən Şikayət verən şəxs izahatının alınmaması, pul verərkən başqa şəxslərin iştirak edib-etməməsi, pulu verməsinə dair qəbz alıbalmaması, sonuncunun ünvanı, iş yeri, istifadəsində olan mobil telefon nömrəsi barədə məlumatların araşdırılmaması, hadisənin şahidlərinin izahatlarının alınmaması, X2 əməlinə hüquqi qiymət verilməməsi müəyyən edildiyindən ləğv edilmiş, materiallar bir icraatda birləşdirilərək əlavə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25ci PŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.1-ci və 449.2-ci maddələrinə əsasən, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməs; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şikayəti, eləcə də cinayət işinin materiallarını tədqiq edərək şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsi barədə yekun qənaətə gəlmişdir. Belə ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, Şikayət verən şəxs oğlunun müraciəti əsasında qəbul edilmiş qərarlar qanunsuz və əsassız olduğundan Bakı şəhəri Nizami rayon prokurorunun müavini, ədliyyə müşaviri Gülüstan Abdullayeva tərəfindən qəbul edilmiş qərarlarla ləğv edilmiş, materiallar bir icraatda birləşdirilmiş və müvafiq göstərişlər verilərək əlavə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. Bu isə öz növbəsində təhqiqat üzrə zəruri prosessual tədbirlərin davam etdirildiyini və araşdırmanın yenidən aparılmasının təmin olunduğunu göstərir. Belə olan halda, hazırkı mərhələdə təhqiqatçının hərəkətsizliyinin mövcud olması qənaətinə gəlmək mümkün deyildir. Çünki ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş qərar əsasında əvvəlki qərarlar ləğv olunmuş, iş üzrə əlavə araşdırmanın aparılması tapşırılmışdır ki, bu da prosessual fəaliyyətin həyata keçirildiyini təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır; CPM-in 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. CPM-in 449.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. CPM-in 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-357/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-357/2026
24.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver