Məhkəmə qərarları › İş №6(3-6)-358/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-358/2026

24.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-358/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi X1 iştirakları ilə, müəyyən e t d i: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək Daxili Işlər Nazirliyinin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R X2 icraatında olmuş ********* nömrəli cinayət işi üzrə X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bunu onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Mahir Bayramov A.Hacıyevaya məxsus mənzilin satışını həyata keçirmək üçün tanışı X11 ona dəllal tapmasını xahiş etmiş, Yaşar bundan sonra bu işi digər tanışı X3 o, öz tanışı dəllal kimi fəaliyyət göstərən X4 xahiş etmiş o da, alıcı qismində Dina Bədəlovanı tapmış və mənzil sonda D.Bədəlovanın yaxın qohumu X5. Bir müddət keçmiş Iradə Rəsulzadə də, mənzili satmaq üçün elan saytlarında yerləşdirdikdən sonra dəllal kimi fəaliyyət göstərən X6 evi digər alıcı X18 təklif etmiş və sonuncu mənzili rəsmi qaydada almışdır. Həmçinin, cinayət işinin materiallarında adları qeyd olunan X15, X12, X13, X8 və xüsusi notarius X7 da Aygün Hacıyevanın mənzilinin ələ keçirilməsi epizodu üzrə cinayətin törədilməsində iştiraklarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Ona görə də, cinayət işi üzrə X11, X3, X4, X5, X6, X18, X15, X12, X8, X13 və xüsusi notarius X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməlidir. Lakin bununla bağlı qeyd etməliyəm ki, məndə kifayət qədər sübutlar var ki, X11 təqsirləndiriləndirilən şəxslərlə əlbir olmuş və bununla da mənim əmlakımı əlimdən almışlar. Iş üzrə həm təqsirləndirilən şəxslərin ifadələri həmdə məndə olan səsə yazıları sübut edir ki, X11 birbaşa olaraq bu işdə əlaqəli şəxsdir. Belə ki, o təqsirləndirilən şəxslərə faizə pul verməsinə görə ona məxsus olan əmlakı ilk öncə X9 bacısı qızı X5 adına keçirtmişdir. Lakin sonradan təqsirləndirilən şəxslər ona pul vermədiyi üçün o, şikayətçinin əmlakını tanışı X18 formal olaraq satmışdır. Əslində isə qeyd edilməlidir ki, bu şəxs də təqsirləndirilən şəxslərin adamıdır. Bununla bağlı da onda kifayət qədər sübutlar var və məhkəmə prosesi zamanı həmin sübutları məhkəməyə təqdim edəcəkdir. Işin hallarına, qanunvericiliyin tələblərinə əsasən # ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarında X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi barədə Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Daxili Işlər Nazirliyinin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Daxili Işlər Nazirliyinin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində qərarı qanuni hesab edilmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarında X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınında lazımı qaydada məlumatlandırılmış müstəntiq iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarına görünür ki, təqsirləndirilən şəxs Mahir Bayramov A.Hacıyevaya məxsus mənzilin satışını həyata keçirmək üçün tanışı X11 ona dəllal tapmasını xahiş etmiş, Yaşar bundan sonra bu işi digər tanışı X3 o, öz tanışı dəllal kimi fəaliyyət göstərən X4 xahiş etmiş o da, alıcı qismində Dina Bədəlovanı tapmış və mənzil sonda D.Bədəlovanın yaxın qohumu X5. Bir müddət keçmiş Iradə Rəsulzadə də, mənzili satmaq üçün elan saytlarında yerləşdirdikdən sonra dəllal kimi fəaliyyət göstərən X6 evi digər alıcı X18 təklif etmiş və sonuncu mənzili rəsmi qaydada almışdır. Həmçinin cinayət işinin materiallarında adları qeyd olunan X15, X12, X13, X8 və xüsusi notarius X7 da Aygün Hacıyevanın mənzilinin ələ keçirilməsi epizodu üzrə cinayətin törədilməsində iştiraklarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Ona görə də, cinayət işi üzrə X11, X3, X4, X5, X6, X18, X15, X12, X8, X13 və xüsusi notarius X7 barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 bildirmişdir ki, Mahir Yaşarı tanıyan adamdır və Mahir artiq evin satılacağını bilib Yaşara deyib ki, satılmalı olan bir evin var və tanış makler tapmasını istəyib, Yaşar isə tanışı Mehdi ilə əlaqə saxlayıb, ona tanış makler olub-olmamasını soruşur, Mehdi isə Araz adında bir makler tapır. Araz isə Fidan adında maklerlə əlaqə saxlayır daha sonra isə Pərviz isə evi alır, gedişatda isə Dina xanımı tapıllar. Yaşar sadəcə evin satılması üçün vasitəçilik edən adamdır və cinayətlə əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi hissəsində qərarı qanuni hesab edilməli və Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. 138-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2- ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, X11 da təqsirləndirilən şəxslərlə birlikdə cinayətin törədilməsində iştirak edib-etməməsinin müəyyən edilməsi hallarının araşdırılması, sübutların birgə qiymətləndirilməsi və şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyinə hüquqi qiymət verilməsi məhkəmə nəzarəti qaydasında baxılan icraatın predmeti deyil. Bu məsələlər cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən bütün sübutlar bilavasitə tədqiq edildikdən sonra həll edilə bilər. Hazırda iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır, həmin iş üzrə sübutların və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsinin qiymətləndirilməsi yalnız həmin məhkəmənin səlahiyyətindədir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-102)-1145/2026 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar