Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-360/2026 25.06.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd‑oğlunun‑katibliyi‑ilə M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, R X1 ## ### 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarını ləğv edərək, ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul‑edilməsini‑xahiş‑etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şikayət verən şəxs saxlanılma vaxtı və yeri ittihamda göstərildiyi kimi olmamışdır. Ittihamda onun ##.##.2024-cü il tarixdə, saat 18:30-da Binə qəsəbəsində yerləşən "Depo” adlandırılan aptekin yaxınlığında saxlanıldığı göstərilsə də, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şikayət verən şəxs əslində həmin saatdan bir neçə saat əvvəl, Xəzər rayonu, Binə qəsəbəsində Şamil Həşimovun evində, onu xəstə olduğuna görə digər şəxslərlə birlikdə ziyarət edərkən polis əməkdaşları tərəfindən faktiki olaraq evə basqın edilməklə saxlanılmış və sonradan polis bölməsinə aparılmışdır. Bu hal məhkəmədə dindirilmiş şahidlərin, o cümlədən Sefullayeva Nuranənin və digər şəxslərin ifadələri ilə təsdiqlənmişdir. Bundan başqa, Şamil Həşimov sonradan vəfat etdiyindən, onun sağlığında çəkilmiş və hadisənin məhz həmin evdə baş verdiyini göstərən video müraciəti də məhkəməyə təqdim olunmuşdur. Beləliklə, ittihamın “Depo” apteki yaxınlığında saat 18:30-da saxlanılma barədə versiyası sonradan qurulmuş hüquqi konstruksiya olmaqla, həmin versiyaya bağlanan şəxsi axtarışın, baxışın, götürmənin və digər prosessual sənədlərin etibarlılığını ciddi şəkildə sarsıdır. Şikayət verən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə iddiaları təkcə onun bəyanatları ilə deyil, obyektiv tibbi məlumatlarla da təsdiqlənir. Mübahisələndirilən prokurorluq qərarında da göstərilmişdir ki, Mehdi ilkin izahatında polis əməkdaşları tərəfindən döyüldüyünü, ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını etiraf etməsinin tələb edildiyini, məcbur olaraq etirafedici məzmunlu izahat verməyə vadar olunduğunu bildirmişdir. Lakin bu iddialar formal qaydada rədd edilmiş, işgəncə ilə bağlı məlumatların həqiqi mənbəyi və başvermə şəraiti səmərəli araşdırılmamışdır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ Xəzər rayon şöbəsinin ## ##### 2024-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, M.A. Rzayevin bədənində sağ gözətrafı nahiyədə, sağ qulaqda, sol kürəkdə, sol bazuda qançırlar və sol baldırda səthi əzilmiş yara aşkar edilmişdir. Rəydə həmin xəsarətlərin küt alətin təsirindən yarandığı, törənmə müddətinin 4-5 gün əvvəl olmaqla ##.##.2024-cü il tarixi ilə uyğun gələ biləcəyi göstərilmişdir. Başqa sözlə, Şikayət verən şəxs xəsarət alması mübahisəsiz faktdır. Bu halda prokurorluq qərarında qəbul edildiyi kimi, hər şeyin guya tam qanuni və problemsiz baş verdiyini iddia etmək mümkün deyildir. Əgər saxlanılma və sonrakı hərəkətlər qanuni qaydada aparılmışdırsa, onda həmin xəsarətlərin mənşəyi barədə inandırıcı və ziddiyyətsiz izah verilməli idi. Bundan əlavə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasının ##.##.2025-ci il tarixli *-**-**-**/*-** saylı məktubu müstəqil dövlət mənbəyi kimi xüsusi əhəmiyyət daşıyır. Həmin məktubda göstərilir ki, Şikayət verən şəxs ##.##.2024-cü il tarixdə * saylı istintaq təcridxanasına daxil olmuş, sorğu zamanı xəsarət aldığını bildirmiş və bədən səthinin müayinəsi zamanı sol kürəkaltı nahiyədə, sol bazunun arxa səthində, sağ göz ətrafı nahiyədə, hər iki qulaq seyvanında və hər iki qulaq seyvanının arxa nahiyəsində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir. Bu sənəd Şikayət verən şəxs dövlət nəzarəti altına daxil olduqdan sonra bədənində xəsarətlərin mövcud olduğunu bir daha təsdiq edir və prokurorluğun nəticələri ilə açıq ziddiyyət təşkil edir. Xüsusilə mühüm hal ondan ibarətdir ki, polis bölməsində Şikayət verən şəxs guya şöbəyə daxil olarkən xəsarətlərinin əvvəldən mövcud olması barədə ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktın mahiyyəti işgəncə izlərini ört-basdır etmək və sonradan polis əməkdaşlarını məsuliyyətdən yayındırmaqdan ibarət olmuşdur. Şikayət verən şəxs həmin aktdakı imzanın ona məxsus olmadığını bildirmiş, bununla bağlı təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının ##.##.2025- ci il tarixli */**** nömrəli rəyində isə “Saxlanılan şəxs: Şikayət verən şəxs” qrafasındakı imzanın məhz Şikayət verən şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Deməli, polis orqanının əsas istinad etdiyi sənədin özü saxta rəsmiləşdirmə şübhəsi doğurur və belə şəraitdə prokurorluğun həmin aktı etibarlı əsas kimi qəbul etməsi qanuni sayıla bilməz. Mübahisələndirilən qərarın özündə də daxili ziddiyyət mövcuddur. Bir tərəfdən prokurorluq polis əməkdaşlarının Şikayət verən şəxs işgəncə vermədiyi nəticəsinə gəlir, digər tərəfdən isə onun bədən xəsarətlərini hansı şəraitdə və hansı hadisə nəticəsində almasının ayrıca araşdırılması üçün materialı başqa quruma göndərir. Əgər xəsarətlərin mənşəyi müəyyən edilməyibsə, işgəncə və ya digər zorakı rəftarın olmadığını qəti şəkildə bəyan etmək mümkün deyildir. Prokurorluq qərarı əsasən polis əməkdaşlarının öz izahatlarına istinad edir. Halbuki işgəncə barədə müraciətin effektiv araşdırılması üçün polis əməkdaşlarının özünü müdafiə xarakterli izahatları ilə kifayətlənmək olmazdı. Faktiki saxlanılma yerində olan şəxslər, o cümlədən müdafiə tərəfinin istinad etdiyi şəxslər, saxlanılmanın real yeri, vaxtı və şəraiti, saxta aktın tərtib olunması səbəbləri, videomüşahidə materiallarının saxlanılmaması və digər mühüm hallar hərtərəfli araşdırılmalı idi. Mübahisələndirilən qərardan görünür ki, 3-cü Polis Şöbəsinin videomüşahidə görüntüləri də sorğu verilməsinə baxmayaraq arxiv saxlama müddətinin bitməsi səbəbi ilə təqdim olunmamışdır. Belə şəraitdə obyektiv video sübutun olmaması müraciət edənin əleyhinə yozula bilməz. Əksinə, belə mühüm materialın qorunub saxlanılmaması araşdırmanın səmərəliliyini daha da şübhə altına alır. Əlavə olaraq qeyd edilməlidir ki, Baş Prokurorluğun əvvəlki rədd qərarı Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş, material əlavə araşdırma üçün qaytarılmışdır. Buna baxmayaraq, yeni qərarda əvvəlki nöqsanlar aradan qaldırılmamış, məhkəmə nəzarətinin məqsədi formal şəkildə səmərəsiz edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirlinin ## ### 2025-ci il tarixli, 805-C-24 materialı üzrə “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, material üzrə Şikayət verən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə və digər qeyriinsani rəftara məruz qalması barədə müraciətin effektiv, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırılması üçün material prokurorluğa qaytarılsın və hüquq pozuntularının aradan qaldırılması barədə göstəriş verilməsini, şikayətə baxılarkən aşağıdakı halların ayrıca yoxlanılmasının zəruriliyi prokurorluğun diqqətinə çatdırılsın: Şikayət verən şəxs faktiki saxlanılma yeri və vaxtı; onun xəsarətlərinin polis orqanına gətirilməzdən əvvəl, yoxsa polis nəzarəti altında olarkən yaranması; ##.##.2024-cü il tarixli aktın tərtib edilmə şəraiti və həqiqiliyi; videomaterialların saxlanılmamasının səbəbləri; faktiki saxlanılma yerində olmuş‑şəxslərin‑və‑aidiyyəti‑polis‑əməkdaşlarının‑dindirilməsi‑xahiş‑etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs vəkili Müdafiəçi verdiyi‑şikayət‑təmin‑edilməmişdir. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının‑ləğv‑edilməsini‑və‑ilkin‑şikayətin‑təmin‑edilməsini‑xahiş‑etmişdir.‑‑ Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qərar qanunsuz, əsassız və ləğv edilməli olan qərardır. Çünki birinci instansiya məhkəməsi nə şikayətin predmetinə uyğun real məhkəmə nəzarəti həyata keçirmiş, nə də müdafiə tərəfinin göstərdiyi ziddiyyətli, bir-birini tamamlayan və obyektiv sənədlərlə təsdiq olunan hallara lazımi hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi şikayəti rədd etməklə, məhkəmə nəzarəti institutunun mahiyyətini formal prosedura çevirmişdir. Məhkəmənin vəzifəsi prokurorluq qərarını sadəcə təkrarlamaq və ya onun nəticəsini təsdiqləmək deyildi. Məhkəmə real şəkildə yoxlamalı idi ki, işgəncə və digər qeyri-insani rəftar barədə müdafiə oluna bilən iddia üzrə aparılmış araşdırma həqiqətən effektiv, hərtərəfli və qərəzsiz olmuşdurmu. Məhkəmə, görünür, şikayətdə göstərilmiş əsas dəlilləri ya ümumiyyətlə tədqiq etməmiş, ya da onlara lazımi əsaslandırma verməmişdir. Halbuki şikayətin rədd edilməsi yalnız o halda mümkün ola bilərdi ki, məhkəmə yuxarıda sadalanan bütün obyektiv sübutlara —tibbi ekspertiza rəyinə, təcridxana məktubuna, saxlanılmanın faktiki yerinə dair ifadələrə, polis aktının şübhəli xarakterinə və xəttşünaslıq ekspertizasının nəticəsinə ayrıca və bir-biri ilə əlaqəli şəkildə hüquqi qiymət versin. Əgər qərarın tam mətnində bu dəlillərə ayrıca münasibət bildirilməmişdirsə, bu, məhkəmə qərarının motivasiyasızlığını və formal xarakter daşıdığını göstərir. Əgər məhkəmə bu dəlilləri sadəcə ümumi ifadələrlə rədd etmişdirsə, bu halda da qərar əsaslı hesab edilə bilməz. Çünki işgəncə iddiası olan işdə məhkəmə ümumi mülahizələrlə kifayətlənə bilməz; o, hər bir ziddiyyətin səbəbini izah etməli, hər bir obyektiv sübutun niyə qəbul edilmədiyini və ya niyə əhəmiyyətli sayılmadığını göstərməlidir. Birinci instansiya məhkəməsi, həmçinin, prokurorluq qərarındakı daxili məntiqi ziddiyyəti aradan qaldırmamışdır. Xəsarətlərin hansı şəraitdə alınmasının ayrıca araşdırılmasına ehtiyacın qəbul edilməsi, eyni zamanda polis əməkdaşlarının hərəkətlərində işgəncə və qeyri-insani rəftar əlamətlərinin olmadığı barədə qəti nəticə ilə uzlaşmır. Belə ziddiyyət mövcud olduğu halda şikayətin rədd edilməsi mümkün deyildi. Işgəncə və pis rəftar barədə müdafiə oluna bilən iddialarla bağlı araşdırma orqandan asılı olmayan, operativ, tam və nəticə verməyə qadir olmalıdır. Araşdırma yalnız polis əməkdaşlarının özünü müdafiə xarakterli izahatlarına söykənə bilməz. Faktiki saxlanılma yerində olmuş şəxslərin, polis əməkdaşlarının, hadisənin real xronologiyasının, saxta aktın tərtib edilmə səbəblərinin və videomaterialların niyə saxlanılmamasının araşdırılması zəruri idi. Bu tələblər yerinə yetirilmədən qəbul edilmiş prokurorluq qərarı təsdiq edilə bilməzdi. Bundan başqa, əvvəlki rədd qərarının Səbail Rayon Məhkəməsi tərəfindən ləğv olunmasına baxmayaraq yeni araşdırmada əvvəlki nöqsanların aradan qaldırılmaması və nəticədə yenidən, mahiyyətcə eyni məzmunlu rədd qərarının qəbul edilməsi məhkəmə nəzarətinin səmərəliliyini formal və illüziya xarakterli edir. Qeyd olunanlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Şikayət verən şəxs müdafiəçisi tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirlinin ## ### 2025-ci il tarixli, 805-C-24 materialı üzrə “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, materialın Şikayət verən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə və digər qeyri-insanirəftara məruz qalması barədə müraciətin effektiv, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırılması üçün prokurorluğa qaytarılmasını və hüquq‑pozuntularının‑aradan‑qaldırılması‑barədə‑göstəriş‑verilməsini‑xahiş‑etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi və müdafiəçisi, prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması‑mümkün‑hesab‑edilmişdir Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.‑ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını‑həyata‑keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi‑üçün‑əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu‑cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və‑yekun‑nəticəyə‑gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya‑prosessual‑rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti‑qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə‑şikayət‑vermək‑hüququna‑malikdirlər. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X1 “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi öz təsdiqini tapdığından ***-C-** nömrəli toplanmış material üzrə cinayət işinin başlanması hissəvi rədd edilmiş, Şikayət verən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış materialın ## ### 2024-cü il tarixli qərarla aidiyyəti üzrə Baş Prokurorluğun Daxili Işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində‑qanunların‑icrasına‑nəzarət‑idarəsinə‑göndərilməsi‑nəzərə‑alınmışdır. Məhkəmə belə hesab etmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin böyük prokuroru, R Elvin Bəşirlinin ## ### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə ***-C-** nömrəli toplanmış materialı tələb edib öyrənərkən müəyyən etmişdir ki, Şikayət verən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti üzrə səlahiyyətli prokurorluq orqanı tərəfindən araşdırma aparılmış, hadisənin bütün mühüm halları üzrə məlumatlar toplanmış, aidiyyəti polis əməkdaşlarından izahatlar alınmış, videomüşahidə materiallarının əldə edilməsi istiqamətində tədbirlər görülmüş, habelə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanması üçün yalnız ehtimal və fərziyyələr deyil, cinayət hadisəsinin və cinayət tərkibinin əlamətlərini təsdiq edən kifayət qədər məlumatların mövcudluğu tələb olunur. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi həyata keçirilə bilməz. Şikayətdə istinad edilən məlumatlar özlüyündə polis əməkdaşlarının Şikayət verən şəxs qarşı işgəncə verməsi və ya digər cinayət xarakterli zorakılıq tətbiq etməsi faktını sübuta yetirmir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə cinayət təqibinin başlanması üçün ehtimallar deyil, obyektiv məlumatlar və sübutlar mövcud olmalıdır. Bundan başqa, qəbul edilmiş qərarda Şikayət verən şəxs aldığı bədən xəsarətlərinin mənşəyinin ayrıca araşdırılması məqsədilə materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Bu hal Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən araşdırmanın natamam aparıldığını deyil, əksinə, müəyyən edilmiş məlumatların əlavə yoxlanılmasına ehtiyacın mövcudluğu nəzərə alınaraq məsələnin səlahiyyətli orqana yönləndirildiyini göstərir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, təhqiqat orqanı düzgün olaraq izahatlara və məhkəmə tibb ekspertizasının rəyinə mötəbər sübut kimi istinad edərək toplanmış material üzrə cinayət işi başlanmasını rədd etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə araşdırılması zamanı Şikayət verən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı əlavə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, ## ### 2025-ci il tarixli qərarı qəbul edən Xidməti araşdırmalar idarəsinin prokuroru prosesual qanunvericiliyin tələblərinə əməl edərək sübutların toplanması ilə araşdırma apararaq və digər prosessual hərəkətlər həyata keçirərək, əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə‑qərar‑qəbul‑etmişdir. Eyni zamanda araşdırma materialına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Xəzər rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** saylı rəyindən görünür ki, Şikayət verən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ gözətrafı nahiyyənin sağ qulağın, sol kürəyin, sol bazunun qançırları, sol baldırın səthi əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun * saylı Istintaq Təcridxanasının tibb məntəqəsinə müraciətindən və müayinəsindən 4-5 gün əvvəl olmaqala qərarda göstərilən tarixə uyğun gələ bilər‑və‑sağlamlığa‑zərərvurmayan‑xəsarətlərə‑aid‑olduqlarına‑görə‑dərəcələri‑təyin‑edilmir. Şikayətçinin əsaslandığı tibbi ekspert rəyində xəsarətin törədilmə şəraiti barədə qeyd olunan mövqe cinayət hadisəsinin yaranması üçün kifayət etmir. Materialda olan sübutlar cinayət hadisəsinin‑baş‑verməsi‑üçün‑kifayət‑deyil.‑Odur‑ki,‑şikayətin‑dəlilləri‑əsaslı‑hesab‑edilə‑bilməz. Bundan başqa elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan da görünür ki, Şikayət verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 06 (altı) il‑06‑(altı)‑ay‑müddətinə‑azadlıqdan‑məhrum‑etmə‑cəzasına‑məhkum‑edilmişdir.‑ Məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin müdafiəçisinin qeyd etdiyi hallar Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı aparılan cinayət işi üzrə də bir daha araşdırılmış və yekun məhkəmə‑aktı‑qəbul‑edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini‑yoxlayarkən‑düzgün,‑əsaslı‑və‑qanuni‑nəticəyə‑gəlmişdir.‑ Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən‑saxlanılmalıdır.‑‑ Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin böyük prokuroru, R X1 ## ### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Ibrahim Ibrahimli
Məhkəmə qərarları › İş №6(3-6)-360/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-360/2026
25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver