Məhkəmə qərarları › İş №6(3-6)-361/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-361/2026

25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-361/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis Rı Pünhan Əbilovun, Barəsində şikayət verilmiş şəxs X16 Şikayət verən şəxs şikayət verən şəxs2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədovun cinayət işi başlanması barədə qərarın ləğv olunması haqqında ##.##.2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilərək həmin qərarın ləğv edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi şikayət verən şəxs2 məhkəməyə müraciət edərək, Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis Rı Pünhan Əbilov tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə cinayət işinin başlanması haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi haqqında Binəqədi rayon prokuroru F.Məmmədovun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026 il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədovun cinayət işi başlanması barədə qərarın ləğv olunması haqqında ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində şikayət verilmiş şəxs X16 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026 il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Apellyasiya şkayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarından da göründüyü kimi, onun müxtəlif dövlət orqanlarına ünvanladığı müraciətlərin heç birində övladlığa götürmədən bəhs olunmur. Həmin müraciətlərdə tam əksinə, övladlarının mənafeyi üçün narahatlığını ifadə etmişdir. Şahidlərin ifadələri ilə bağlı bildirmək istəyir ki, onların verdikləri məlumatlar tamamilə yalan və əsassız informasiyalardır. X5 ilə söhbətləri o, Səidə ilə rəfiqə olduğu üçün uşaqla görüşdə köməklik göstərməsi mövzusunda olmuşdur. Apellyasiya baxışı zamanı iştirak edən şikayət verən şəxs X16 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən şikayət verən şəxs şikayət verən şəxs2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis Rı Pünhan Əbilov apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən Prokurorluğun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, barəsində şikayət verilmiş şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026 il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsinə müraciət etmiş şikayət verən şəxs2 şikayətini onunla əsaslandırmışdır ki, o, ##.##.2010-cu il tarixdə şikayət verən şəxs1 ilə rəsmi nikaha daxıl olmuş və onunla ümumi təsərrüfatı birgə idarə etməklə birgə yaşamışdır. Şirvan Şəhər məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi əsasında ##.##.2017-ci il təvəllüdlü qardaşı oğlu X6 övladlığa götürərək saxlamışdır. Həmin vaxt hər ikisi övladlığa götürmə sirrinin qorunmasına dair iltizam imzalamış və bu iltizamlar mülki işin materiallarına əlavə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və oğlu X6 onun himayəsinə verilməklə, onun 18 yaşınadək saxlanması üçün X16 aylıq qazancının 25 faizi məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. X16 aliment ödənilməsindən yayınmaq məqsədilə övladlığa götürmənin ləğv edilməsi üçün Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, lakin məhkəmə onun iddiasını rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin övladlığa götürmənin ləğv edilməsindən imtina edilməsi barədə qətnaməsi qüvvədə saxlanmışdır. Bundan sonra şikayət verən şəxs1 və anası Tənzilə Yəhyayeva müxtəlif dövlət orqanlarına şikayətlər yazmış, mahiyyətə dəxli olmasa da, oğlu X6 övladlığa götürülməsi sirrini yaymışlar. Övladlığa götürmə sirrinin pozulması haqqında Binəqədi rayon Pİ-nin istintaq bölməsində araşdırılan ərizəsi əsasında Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis RRı Pünhan Əbilov tərəfindən ##.##.2026-cı il tarixdə X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İs üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X16 və şikayət verən şəxs2 ##.##.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ##.##.2018-ci il tarixli *(***)-***/**** nömrəli Şirvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında sonuncunun qardaşı oğlu ##.##.2017-ci il təvəllüdlü X6 övladlığa götürərək bu barədə sirrin qorunmasına dair iltizam imzalamışlar. Buna baxmayaraq, ##.##.2022-ci il tarixdə aralarındakı nikah pozulduqdan sonra Ceyhun Yahyayev tamah niyyəti ilə övladlığa götürdüyü Cavid Yahyayev üçün aliment ödəməkdən boyun qaçırmaq və ondan qisas almaq məqsədi ilə 2025-ci il tarixdə bir sıra hüquq mühafizə və icra hakimiyyəti orqanlarına ünvanlandığı müraciətlərində şikayətinin səbəb və mahiyyətinə aidiyyəti olmasa da, X10 həmin müraciətlərin məzmununda övladlığa götürmə sirrini yaymışdır. Həmin cinayət işi rayon prokuroru tərəfindən tələb edilərək öyrənilmiş və belə nəticəyə gəlinmişdir ki, cinayət işinin başlanması haqqında qərar Azərbaycan Respublikası CPM-in tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175- ci maddəsinin məzmunundan da göründüyü kimi, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymada ifadə olunur. Hazırki iş materiallarında qeyd olunan halların hər hansı biri olmadığından, o cümlədən, övladlığa götürən X16 həmin cinayətin subyekti olmadığından müstəntiq tərəfindən cinayət işinin başlanması əsassız və qanunsuz olmuşdur. Binəqədi rayon prokurorunun həmin qərarı aşağıdaskı səbəblərə görə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cinayət işinin başlanmasının ləğv edilməsi haqqında qərar kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin məzmunundan da göründüyü kimi, övladlığa götürmə sirrini pozma dedikdə, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma başa düşülür. İş materiallarından görünür ki, şikayət verən şəxs1 övladlığa götürmənin ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırmış və tələbi rədd edilmişdir. Bundan sonra o və anası T.Yəhyayeva aliment verməkdən boyun qaçırmaq və uşağın müalicə xərclərini ödəməkdən boyun qaçırmaq üçün DSX-yə, Nəsimi rayon prokuroruna və başqa orqanlara müraciətlər yazaraq övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olduğu halda, tamah, qisas və ya sair alçaq niyyətlə bu sirri yaymış, hətta kənar şəxslərə bu haqda məlumatlar vermişdir. şikayət verən şəxs1 cinayətin subyekti olmaması haqqında rayon prokurorunun dəlilləri əsassızdır. İş üzrə istintaq hərəkətləri tam aparıldıqdan sonra cinayət işi üzrə sübutlar qiymətləndirilə və nəticəsinə hüquqi qiymət verilə bilərdi. Rayon prokurorunun qeyd edilən qərarının nəticə hissəsi ilə təsviri hissəsi arasında ziddiyyətə yol verilmişdir. Belə ki, qərarın təsviri hissəsində işin əlavə araşdırma aparılmasından ötrü Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilməli olması qeyd edilsə də, nəticə hissəsində yalnız cinayət işi üzrə Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis Rı Pünhan Əbilov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə cinayət işi başlanması haqqında qərarın ləğv edilməsi qeyd edilmişdir. Beləliklə də, rayon prokuroru iş üzrə əlavə araşdırma aparılması zərurətini qeyd etsə də, araşdırmanın istintaq yolu ilə araşdırılmasını məqsədəuyğun saymamış və bunu əsaslandırmamışdır. Halbuki, əlavə araşdırma aparılmasının istintaqla edilməsi daha obyektiv nəticəyə gəlməyə imkan verərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Şirvan Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən ##.##.2017-ci il təvəllüdlü X6 X16 və X11 tərəfindən övladlığa götürülmüş hesab edilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixli iltizamların surətlərindən görünür ki, X16 və X11 övladlığa götürmə sirrini yaymağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edilmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsinə əsasən X16 ilə X11 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2017-ci il təvəllüdlü X12 anası şikayət verən şəxs2 yanında qalması, uşağın yetknlik yaşına çatanadək saxlanılması üçün X16 hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq şikayət verən şəxs2 verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən dəyişdirdilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(005)- 3246/2022 aylı qətnaməsinə əsasən iddiaçı X16 cavabdeh X12 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X15, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı “övladlığa götürmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən dəyişdirdilmədən saxlanılmışdır. ##.##.2026-cı il tarixdə şikayət verən şəxs2 Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, ... “Son dövrlərdə X16 və anası Tənzilə mənim işlədiyim DSX-nin rəhbərliyinə, Nərimanov rayon icra hakimiyyətinə, Nəsimi rayon prokurorluğuna, Ailə, qadın Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsmana, 8-ci polis bölməsinə ərizələr yazmış, ərizələrində havayı yerə aliment ödədiyini, Cavidin dogma övladı olmadığını qeyd etmiş və övladlığa götürmə sirrinin yayılmaması haqda iltizamın tələblərini pozmuş, mənim psixoloji sarsıntı keçirməyimə səbəb olmuşdur. X13 müxtəlif telefon zəngləri edilmiş və Ceyhunun artıq evləndiyini, öz doğma uşağı olmasını bildirərək ondan aliment alınmasından imtina etməyim tələb edilmiş və təhdidlər edilmişdir. Həmin şəxslərə Cavidin övladlığa götürülməsini Ceyhun, anası Tənzilə və onların öyrətdiyi şəxslər məlumat vermişlər. Övladlığa götürmə sirrini yayma anlayışını müəyyən edən Azərbaycan Respublikası CMin 175-ci maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma cinayət tərkibli əməl sayılır. Ona görə də, Binəqədi rayon prokuroru F.Məmmədova ərizə yazaraq X16 və anası Tənzilənın DSX-nın rəhbərliyinə, Nərimanov rayon icra hakimiyyətinə, Nəsimi rayon prokurorluğuna, Ailə, qadın Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsmana, 8-ci polis bölməsinə ərizələr yazmış olduğu ərizələri həmin orqanlardan götürülməsini, övladlığa götürmə sirrini pozduğuna görə onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişəm. Əlavə olaraq isə olaraq bildirmək istəyirəm ki, 2024-cü ilin təxminən oktyabr ayında Ceyhunun və mənim tanıdığım həkim kosmetoloq işləyən X3 mənə onun yanında olan zaman bildirdi ki, keçmiş həyat yoldaşım Ceyhun onun iş yerinə gələn zaman ona uşağımızın övladlığa götürdüyümüzü və boşandıqdan sonra uşağın doğma övladı olmadığı üçün aliment vermək istəmədiyini ona bildirmişdir. Bundan başqa isə tanışımız olan Zamanov İlham Vaqif oğlunun ona uşağın nə üçün müalicə pulunu vermədiyini bildirən zaman ona da eyni sözləri yəni uşağımızın övladlığa götürdüyümüzü və boşandıqdan sonra uşağın doğma övladı olmadığı üçün aliment vermək istəmədiyini ona bildirmişdir” X16 AR Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Binəqədi Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı şikayətlərin ümumi məzmunundan görünür ki, o, keçmiş həyat yoldaşının azyaşlı uşağı üzərində valideyn hüquqlarından sui-istifadə etdiyini, uşağı əsassız tibbi və psixiatrik müayinələrə, eləcə də cərrahi müdaxilələrə məruz qoyduğunu, bunun nəticəsində yaranmış xərclərin sonradan ondan tələb edildiyini, bəzi tibbi ödəniş sənədlərinin isə saxta olduğunu iddia etmişdir. O, şikayətlərində boşanmadan sonra yeni ailə qurduğunu, maddi vəziyyətinin ağırlaşdığını, buna baxmayaraq aliment ödədiyini, lakin şikayət verən şəxs2 uşaqdan ona qarşı təzyiq və mübahisə vasitəsi kimi istifadə etdiyini göstərmişdir. Şikayətlərdə, həmçinin uşağı ilə bağlı tibbi əməliyyatların onun razılığı və məlumatı olmadan həyata keçirildiyi, uşağın müxtəlif klinikalarda müayinələrə cəlb olunduğu, bu zaman dövlət sığorta imkanlarından qəsdən istifadə edilmədiyi, sonradan isə həmin xərclərlə bağlı ona qarşı məhkəmə iddiaları qaldırıldığı qeyd olunmuşdur. O, bəzi tibbi qəbzlərin həqiqiliyinə şübhə etdiyini, həmin məsələ ilə bağlı həkimlə görüşdüyünü və həkimin müəyyən ödəniş sənədlərinin ona məxsus olmadığını bildirdiyini göstərmişdir. Bununla yanaşı, o, müraciətlərində uşağı ilə görüşlərinin məhdudlaşdırıldığını, uşağın psixoloji təzyiq altında saxlanıldığını, keçmiş həyat yoldaşının uşağa münasibətinin onda ciddi narahatlıq yaratdığını, gələcəkdə uşağın sağlam inkişafına təhlükə yarana biləcəyini qeyd etmiş, aidiyyəti dövlət orqanlarından həmin halların araşdırılmasını və uşağın hüquq və mənafelərinin qorunması istiqamətində tədbirlər görülməsini xahiş etmişdir. X8 rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, ... “Ceyhun Yahyayev 2022-ci ildə yoldaşından boşandıqdan sonra tək şəkildə mənim yanıma müayinəyə gələrkən Cavid Yahyazadənin onun övladı olmadığını özgənin uşağı olduğu barədə məlumat verib uşaqla görüşüb həqiqəti uşağa deməkdə ona köməklik etməyimi mənə bildirmişdir. Həmin vaxtdan yəni 2022-ci ildən başlayaraq 2025-ci ilin sonlarına qədər təxminən 10-15 dəfə mənə qeyd etdiyim ailə sirləri barədə məlumat vermiş və özgəsinin uşağına görə şikayət verən şəxs2 aliment ödəmək istəmədiyini demişdir. X14 dediklərindən sonra bilmişəm ki, Cavid Yahyazadə onların bioloji övladı deyildir. Onu da qeyd edim ki, mən pasientlərimi tək qəbul etdiyim üçün Ceyhun Yahyayev mənə Cavid Yahyazadəni övladlığa götürmələri barədə məlumat verərkən kimsə olmamışdır...” Zamanov İlham Vaqif oğlu Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, “...Həmçinin Səidə xanımın övladı Cavid Yahyazadənin təhsil haqqının özü ödədiyini, onun müalicəsi və ayağının əməliyyatı üçün ödənişlərin onun etdiyini, övladının xərclərinin yarısını Ceyhundan tələb ediləcəyini bildirdim. Ceyhun isə cavabında bildirdi ki, uşağı kimdən götürüblərsə aparıb özlərinə qaytarsınlar. Mən kimdən götürdüklərini soruşanda uşağın Səidə xanımın qardaşından övladlıq götürdüklərini, uşağın onların bioloji övladının olmadığını bildirdi. Buna görə də uşağın müalicə və əməliyyat ilə bağlı heç bir xərcini qarşılamayacaq...” X16 rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, “... mən X8 Səidənin vasitəsilə həkim-kosmetoloq kimi tanımışam. Boşandıqdan sonra mən saç əkimi ilə bağlı Nuranə Rzayevanın yanma gedərkən onu şikayət verən şəxs2 ilə yaxın rəfiqə münasibətində olduğunu bildiyim üçün sonuncunun uşaqla görüş vaxtlarında Cavidi mənə verməkdə problem yaratdığını bildirib Nuranədən xahiş edirdim ki, övladım Cavidi görüş vaxtlarında Səidədən o alıb mənə təhvil versin ki, Səidənin üzünü görmüyüm. X2 ilə danışıqlar zamanı ona Cavid Yahyayevi övladlığa götürməyimiz barədə hər hansı bir məlumat verməmişəm. Onu da qeyd edim ki, X9 ilə rəfiqə olduğu üçün özü bilirdi ki. Cavid Yahyayev bizim biolioji övladımız deyil. şikayət verən şəxs2 ilə mənim aramdakı əmlak bölgüsü ilə bağlı görüş zamanı Zamanov İlham Vaqif oğlu orada iştirak edərək sonradan mənimlə qeyd etdiyi kimi Zirvə restoranında görüşsə də, həmin görüş əsnasında mən ona övladım Cavid Yahyayevin bioloji atası olmamağım, sonuncunu övladlığa götürməyim və sair ailə sirlərimiz barədə heç bir məlumat verməmişəm...” Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli qərara əsasən X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Binəqədi rayon prokuroru tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərardan görünür ki, X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə cinayət işinin başlanması haqqında Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar ləğv edilmişdir. Qərarda qeyd olunmuşdur ki, cinayət işinin başlanmasına kifayət qədər səbəb və əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, övladlığa götürmə sirrini yayma dedikdə, bu faktın övladlığa götürənin iradəsi ziddinə hər hansı bir formada (yazılı, şifahi, anonim) digər şəxslərə və ya övladlığa götürülənin özünə bildirilməsi başa düşülür. Bu hərəkət uşağın övladlığa götürülməsi barədə real məlumatların hər hansı bir şəxsə (qohumlara, tanışlara, övladlığa götürülənin özünə, kənar şəxslərə) bildirilməsi (açıqlanması, məlumat verilməsi, danışılması, sənədlərin nümayiş etdirilməsi və s.) formasında ola bilər. Övladlığa götürmə faktının başqa şəxsə qeyri-müəyyən formada, yəni həm övladlığa götürülənin, həm də övladlığa götürənlərin adı, soyadı, atasının adı, yaşı və digər məlumatlar göstərilmədən bildirilməsi övladlığa götürmənin sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə məsuliyyət Cinayət Məcəlləsinin 175-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Hazırk işin materiallarını tədqiq edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, X16 müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlər ayrıca qiymətləndirildikdə, həmin müraciətlərdə göstərilən halların əsasən tərəflər arasında mövcud ailə, aliment və valideyn münasibətləri ilə bağlı mübahisələrdən, eləcə də uşağın sağlamlıq vəziyyəti və onun mənafelərinin müdafiəsi ilə əlaqədar narahatlıqlardan irəli gəldiyi görünür. Bu baxımdan, həmin müraciətlərin özü-özlüyündə Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işi başlanması üçün kifayət edən əsas kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da aidiyyəti dövlət orqanlarına övladlığa götürmənin ləğvi, uşağın hüquq və mənafelərinin müdafiəsi və digər ailə münasibətləri ilə bağlı müraciət edilməsinin özü-özlüyündə Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmadığı göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə toplanmış materiallar yalnız qeyd olunan müraciətlərlə məhdudlaşmır və cinayət işi başlanması üçün əsasların mövcudluğu məsələsi bütün materialların məcmusu əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan şahid izahatlarından görünür ki, X16 tərəfindən ayrı-ayrı şəxslərlə söhbətlər zamanı uşağın bioloji övladı olmadığı, tərəflər tərəfindən övladlığa götürüldüyü, aliment ödəmək istəmədiyi və uşağın saxlanılması ilə bağlı xərcləri qəbul etmədiyi barədə məlumatlar verilmişdir. Şahidlərin ifadələrində həmin söhbətlərin konkret şəraitdə və konkret münasibətlər çərçivəsində baş verdiyi göstərilmiş, X16 uşağın bioloji övladı olmamasını aliment və digər maliyyə öhdəlikləri ilə əlaqələndirdiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmaqla qeyd edir ki, Binəqədi rayon prokuroru tərəfindən cinayət işinin başlanmasına kifayət qədər səbəb və əsasların olmadığı barədə gəlinmiş nəticə iş materiallarının məcmusu ilə tam uzlaşmır. Əksinə, hazırkı materiallar hadisənin Cinayət Məcəlləsinin 175- ci maddəsi baxımından istintaq yolu ilə tam və hərtərəfli araşdırılmasını zəruri edən kifayət qədər ilkin məlumatların mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədovun cinayət işi başlanması barədə qərarın ləğv olunması haqqında ##.##.2026cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilərək həmin qərarın ləğv edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- **/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Barəsində şikayət verilmiş şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədovun cinayət işi başlanması barədə qərarın ləğv olunması haqqında ##.##.2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilərək həmin qərarın ləğv edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar