Məhkəmə qərarları › İş №6(3-6)-364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-364/2026

25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-364/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin, 36-cı və 37-ci Polis Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət verərək, Şikayət verən şəxs ## ### 2026cı il tarixdə inzibati xəta haqqında işə xitam verilib məhkəmə iclas zalından azad edilməsindən sonra saat 22:00 radələrində məhkəmə binasından yenidən tutulması, 37-ci Polis Şöbəsinə, Xətai rayon Polis İdarəsinə, daha sonra 36-cı Polis Şöbəsinə aparılması və orada saxlanılmasının qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.Əlizadə) ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarına əsasən Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin olunmamışdır. Həmin qərardan Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarın ləğv edilməsini, Şikayət verən şəxs və onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməsini, Şikayət verən şəxs ## ### 2026-cı il saat təxminən 22:00 radələrində Xətai Rayon Məhkəməsinin binasından tutulması, 37-ci Polis Şöbəsinə, Xətai Rayon Polis İdarəsinə və 36-cı Polis Şöbəsinə aparılması, ## ### 2026-cı il saat 13:30-dək tutma protokolu və digər qanuni əsas olmadan saxlanılması qanunsuz hesab edilməsini, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin, 36-cı və 37-ci Polis Şöbələrinin qeyd olunan dövrdə Şikayət verən şəxs azadlığını məhdudlaşdıran hərəkətlərinin qanunsuzluğu barədə yeni qərar qəbul edilməsini, apellyasiya məhkəməsi yeni qərar qəbul edilməsini mümkün hesab etmədiyi halda, qərar ləğv edilərək iş tam, hərtərəfli və obyektiv araşdırılması üçün başqa hakim tərkibində yenidən baxılmağa göndərilməsini, yeni baxış zamanı bu şikayətin V bölməsində göstərilən sübutların tələb edilməsi və birbaşa şahidlərin dindirilməsi və 08 may saat 22:00-dan 09 may saat 13:30-dək müddət üzrə Şikayət verən şəxs faktiki harada saxlanıldığının müəyyən edilməsi təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarına əsasən Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin olunmamışdır. Mübahisələndirilən qərar həm faktların müəyyən edilməsi, həm sübutların qiymətləndirilməsi, həm də Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tətbiqi baxımından qanunsuz və əsassızdır. ## ### 2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi Şikayət verən şəxs həbsdə saxlanılma müddətinin uzadılması barədə istintaq orqanının təqdimatını təmin etməmiş, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmiş və dərhal məhkəmə iclas zalından azad edilməsini qərara almışdır. Həmin qərardan dərhal sonra Şikayət verən şəxs məhkəmə binasında polis əməkdaşları tərəfindən yenidən tutulmuş, Xətai Rayon Polis İdarəsinə və 37-ci Polis Şöbəsinə aparılmışdır. Sonradan onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1 -ci maddələri ilə protokol tərtib edilmişdir. ## ### 2026-cı il tarixdə Xətai Rayon Məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam vermiş və Şikayət verən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsini qərara almışdır. Həmin gün saat təxminən 22:00 radələrində Şikayət verən şəxs müdafiəçisi vəkil Müdafiəçi yanında, məhkəmə binasından çıxarkən yenidən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, əvvəl 37-ci Polis Şöbəsinə, sonra Xətai Rayon Polis İdarəsinə və daha sonra 36- cı Polis Şöbəsinə aparılmışdır. Bu saxlanma barədə tutma protokolu tərtib edilməmiş, saxlanmanın hüquqi əsası elan olunmamış, onun saxlanıldığı vaxt və yer rəsmi qaydada qeydə alınmamış, müdafiə tərəfinə hər hansı prosessual sənəd təqdim edilməmişdir. Yalnız ## ### 2026-cı il saat 13:30-a aid rəsmi versiyada Şikayət verən şəxs guya İlqar Zülfüqarov küçəsində 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması və üzərindən 0,568 qram metamfetamin aşkar edilməsi göstərilmişdir. Beləliklə, 08 may saat 22:00-dan 09 may saat 13:30-dək olan təxminən on beş saat yarımlıq müddət üzrə şəxsin harada və hansı hüquqi əsasla saxlanıldığı rəsmi sənədlərdə izah edilməmişdir. ## ### 2026-cı il tarixdə Xətai Rayon Məhkəməsi həmin yeni ittiham üzrə Şikayət verən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimatı rədd etmişdir. ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi ## ### 2026-cı il tarixli ev dustaqlığı qərarını ləğv edərək həbs qətimkan tədbiri seçmişdir. Lakin 20 mayda qəbul edilmiş qərar 08-09 may tarixlərində baş vermiş və rəsmi sənədləşdirilməmiş azadlıqdan məhrumetməni geriyə qüvvə ilə qanuniləşdirə bilməz. Məhkəmə şikayətin predmetini səhv müəyyən etmişdir. Şikayətin predmeti Şikayət verən şəxs ## ### 2026-cı il saat 13:30-da rəsmi qaydada saxlanılıb-saxlanılmaması deyildi. Şikayətin konkret predmeti onun ## ### 2026-cı il saat 22:00 radələrində məhkəmə binasından tutulması və ## ### 2026-cı il saat 13:30-dək rəsmi qeydiyyat aparılmadan polis orqanlarının nəzarətində saxlanılması idi. Birinci instansiya məhkəməsi isə 09 may saat 13:30-da rəsmi saxlanma faktını əsas götürərək, bundan əvvəlki müddətdə saxlanmanın olmadığını nəticə kimi qəbul etmişdir. Bu nəticə məntiqi və hüquqi baxımdan yanlışdır: sonrakı rəsmi saxlanma əvvəlki sənədləşdirilməmiş saxlanmanın mövcud olmadığını sübut etmir. “Rəsmi məlumatın olmaması" qanunsuz saxlanmanın olmadığını deyil, məhz sənədləşdirilməmiş saxlanma iddiasını təsdiqləyən haldır. Məhkəmə Xətai Rayon Polis İdarəsinin ## #### 2026-cı il tarixli cavabında 08 may tarixi üzrə məlumat aşkar olunmamasını şikayətin əsassızlığının sübutu kimi qiymətləndirmişdir. Halbuki müdafiə tərəfinin şikayət etdiyi hal elə saxlanmanın rəsmi qaydada qeydə alınmaması idi. Tutulmanın tarixi, vaxtı, yeri, səbəbi, tutmanı həyata keçirən şəxslər və saxlanma yeri barədə qeydiyyatın olmaması dövlət orqanının xeyrinə nəticə doğura bilməz. Əks yanaşma qanunsuz saxlanmanı qeydiyyata almayan orqana öz qanunsuzluğundan faydalanmaq imkanı verərdi. Məhkəmə şikayət edilən orqanın ümumi cavabını müstəqil və etibarlı sübut kimi qəbul etmişdir. Xətai Rayon Polis İdarəsi və tabeli bölmələr hazırkı şikayətdə qanunsuz hərəkətlərdə ittiham olunan orqanlardır. Belə orqanın “məlumat aşkar edilməmişdir” məzmunlu ümumi məktubu, onutəsdiq edən növbətçi hissə jurnalları, giriş-çıxış kitabları, saxlanılan şəxslərin qeydiyyat sənədləri, xidməti avtomobil məlumatları, GPS məlumatları, əməkdaşların raportları və növbə cədvəlləri təqdim edilmədən, öz-özlüyündə qərəzsiz və yetərli sübut hesab edilə bilməz. Birbaşa şahid olan müdafiəçi dindirilməmişdir. Şikayət verən şəxs ## ### 2026-cı il saat 22:00 radələrində məhkəmə binasından tutulması vəkil Müdafiəçi iştirakı ilə baş vermişdir. Müdafiəçi yalnız prosessual nümayəndə deyil, həmin epizodun birbaşa şahididir. Buna baxmayaraq, qərarda müdafiəçinin məhkəmə iclasında iştirakı, izahatının alınması və şahid kimi məlumatlarının qiymətləndirilməsi əks olunmur. Azərbaycan Respublikası CPM-nin 450.5-ci maddəsi hakimə şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və dindirmək, zəruri sənəd və maddi sübutları tələb etmək səlahiyyəti verir. Birbaşa şahidin dindirilməməsi araşdırmanın natamamlığını göstərir. Məhkəmə görüntülərin itirilməsinin nəticəsini müdafiə tərəfinin əleyhinə yozmuşdur. Məhkəmə ## ### 2026-cı il tarixdə 08 may saat 21:30-22:30 aralığına aid kamera görüntülərini tələb etmiş, 26 may tarixli cavabda isə görüntülərin yalnız altı gün saxlanıldığına görə silindiyi bildirilmişdir. Deməli, obyektiv sübut dövlət qurumlarının informasiya saxlama rejimi və gecikmiş sorğu səbəbindən əldə edilməmişdir. Məhkəmə görüntünün mövcud olmamasını saxlanmanın baş vermədiyinin sübutu kimi qəbul edə bilməzdi. Əksinə, belə vəziyyətdə digər sübutların - məhkəmə mühafizəçilərinin və polis əməkdaşlarının dindirilməsi, giriş-çıxış qeydləri, mobil telefon və anten məlumatları, xidməti avtomobillərin GPS məlumatları, 36-cı və 37-ci Polis Şöbələrinin daxili kameraları və növbətçi hissə jurnalları - xüsusilə ciddi şəkildə araşdırılmalı idi. 08 may saat 22:00-dan 09 may saat 13:30-dək şəxsin taleyi və hərəkət marşrutu araşdırılmamışdır Mübahisələndirilən qərar bu həlledici vaxt intervalı barədə heç bir faktiki nəticə müəyyən etmir. Məhkəmə Şikayət verən şəxs gecəni harada keçirdiyini, 09 may səhər harada olduğunu, İlqar Zülfüqarov küçəsinə necə və kim tərəfindən gətirildiyini, 36-cı Polis Şöbəsinə nə vaxt daxil olduğunu və həmin müddətdə azad hərəkət etmək imkanının olub-olmadığını araşdırmamışdır. Şikayətçinin sonradan saat 13:30-da rəsmi tutulması barədə sənədin mövcudluğu bu sualların cavabını vermir. Əksinə, həmin sənəd şikayətçinin bildirdiyi əvvəlki saxlanma müddətinin gizlədilməsi ehtimalını ayrıca araşdırmağı tələb edirdi. 08 may tarixli azad etmə qərarının real icrası yoxlanılmamışdır. ## ### 2026-cı il tarixli məhkəmə qərarı Şikayət verən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsini tələb edirdi. Məhkəmə nəzarəti çərçivəsində əsas suallardan biri həmin qərarın faktiki icra edilibedilməməsi idi. Birinci instansiya məhkəməsi şəxsin məhkəmə binasını azad şəxs kimi tərk edib-etmədiyini, məhkəmədən sonra sərbəst şəkildə seçdiyi yerə gedib- getmədiyini və ya polis əməkdaşlarının nəzarəti altında aparılıb-aparılmadığını müəyyən etməmişdir. Sonrakı məhkəmə aktları əvvəlki qanunsuz saxlanmanı qanuniləşdirmir. ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin həbs qətimkan tədbiri seçməsi yalnız həmin qərarın qəbul edildiyi andan sonrakı dövrə aiddir. Bu qərar 08 may saat 22:00-dan 09 may saat 13:30-dək olan müddətdə hər hansı tutma qərarı və ya protokol olmadan baş vermiş azadlıqdan məhrumetməyə hüquqi əsas yarada bilməz. Qərarın əsaslandırması ziddiyyətli və natamamdır. Məhkəmə bir tərəfdən 08 may üzrə görüntülərin silindiyini və polis orqanında məlumat aşkar olunmadığını qeyd edir, digər tərəfdən isə məhz sübutların olmamasından şikayətçinin əleyhinə nəticə çıxarır. Lakin məhkəmə həmin sübutların niyə saxlanılmadığını, hansı orqanın buna görə məsuliyyət daşıdığını və alternativ sübutların niyə toplanmadığını araşdırmır. Qərarda şikayətçinin konkret və ardıcıl izahatlarının, vəkilin birbaşa şahidliyinin, 08 may tarixli dərhal azad etmə qərarının, 09 may saat 13:30-a qədərki boşluğun və 11 may tarixli həbs vəsatətinin rədd edilməsi qərarının birlikdə qiymətləndirilməsi aparılmamışdır. ## ### 2026-cı il saat 21:30- 22:30 aralığında Xətai Rayon Məhkəməsində növbədə olmuş polis, mühafizə və konvoy əməkdaşlarının tam siyahısı və onların izahatları; Vəkil Cavad Cavad Yusif oğlunun birbaşa şahid kimi izahatı; Xətai Rayon Polis İdarəsinin, 36-cı və 37-ci Polis Şöbələrinin 08 may saat 21:30-dan 09 may saat 14:00-dək növbətçi hissə jurnalları, giriş-çıxış kitabları, saxlanılan şəxslərin qeydiyyat sənədləri və daxili kamera görüntüləri; Şikayət verən şəxs həmin müddət üzrə mobil telefon və anten/cell-ID məlumatları; Polis əməkdaşlarının istifadə etdiyi xidməti avtomobillərin dövlət qeydiyyat nişanları, GPS məlumatları və hərəkət marşrutları; ## ### 2026-cı il saat 13:30-da saxlanma barədə sənədlərin orijinalları, əməliyyat məlumatının qeydiyyatı və əməliyyat qrupunun tərkibi; ## ### 2026-cı il tarixli məhkəmə qərarının tam mətni və həmin iclasın protokolu; Müdafiə tərəfinin 07-09 may tarixlərində aidiyyəti dövlət orqanlarına təqdim etdiyi təxirəsalınmaz şikayət və müraciətlər, onların daxilolma məlumatları və görülmüş tədbirlər. Birinci instansiya məhkəməsi şikayətin əsas sualına - Şikayət verən şəxs ## ### 2026-cı il saat 22:00-dan ## ### 2026-cı il saat 13:30-dək azad olub-olmamasına - cavab verməmişdir. Məhkəmə saxlanmanın rəsmi qeydə alınmamasını və kamera görüntülərinin artıq mövcud olmamasını polis orqanının xeyrinə yozmuş, birbaşa şahidi dindirməmiş, həlledici sənədləri tələb etməmiş və sonrakı rəsmi saxlanmanı əvvəlki dövrə şamil etmişdir. Bu səbəblərdən ## #### 2026-cı il tarixli qərar faktiki və hüquqi baxımdan əsaslandırılmamış, şəxsin azadlıq hüququnun effektiv məhkəmə müdafiəsini təmin etməyən qərardır. Şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəşisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verib, verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəşisi Müdafiəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36 və 37-ci Polis Şöbələrinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar proses iştirakçılarının izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müdafiəçi Müdafiəçi tərəfindən verilmiş ərizədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə saat 21:30-dan saat 22:30-dək olan daxili və xarici video-müşahidə görüntülərinin, giriş-çıxış qeydlərinin, habelə həmin vaxt məhkəmə binasında olan polis əməkdaşlarının siyahısının tələb edilərək götürülməsi məhkəmədən xahiş edildiyindən məhkəmənin sədri vəzifəsini icra edən Ş.Əliyevə ##.##.2026-cı il tarixdə saat 21:30-dan saat 22:30-dək olan daxili və xarici video-müşahidə görüntülərinin, girişçıxış qeydlərinin, habelə həmin vaxt məhkəmə binasında olan polis əməkdaşlarının siyahısının təqdim edilməsinə dair ##.##.2026-cı il tarixli sorğu ilə müraciət edilmişdir. Qeyd olunan sorğuya ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin inzibati binasında giriş-çıxış qeydiyyatı da daxil olmaqla video-müşahidə kameralarının texniki göstəriciləri məlumatı 6 gün müddətində saxlamağa imkan verdiyindən, hazırda həmin müddətin keçməsi səbəbindən görüntülər mövcud olmadığından sorğuda qeyd olunan ## ### 2026-cı il tarixə aid görüntülərin təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə, 36-cı və 37-ci Polis Şöbələrinə ##.##.2026 və ##.##.2026-cı il tarixli sorğularla müraciət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin rəisi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Şikayət verən şəxs barəsində AR İXM-in 510.1, 535.1-ci maddələri ilə protokol tərtib edilmiş, lakin, sorğuda qeyd edilən tarixdə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs barəsində AR CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Şikayət verən şəxs barəsində AR İXM-in 510.1, 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş, ##.##.2026-cı il tarixdə aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından çıxarışdan görünür ki, Şikayət verən şəxs barəsində AR İXM-in 510.1, 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, narkotik vasitə ilə psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən ## ### 2026- cı il tarixdə saat 13:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu İlqar Zülfüqarov küçəsində saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,568 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimat rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Şikayət verən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv olunaraq, “həbs” qətimkan tədbirinin müddəti ## #### 2026cı il tarixədək uzadılmışdır. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Göründüyü kimi, birinci instansiyanın məhkəmə baxışı zamanı iş materialları məhkəmə nəzarəti qaydasında öyrənilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarına əsasən məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və Şikayət verən şəxs şikayətdə qeyd edildiyi kimi ## ### 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən hər hansı hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əsasən, şikayətçinin iddia etdiyi kimi Şikayət verən şəxs ## ### 2026-cı il tarixdə deyil, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən ## ### 2026-cı il tarixdə saat 13:30-da saxlanılmış və müvafiq vəsatət, təqdimatla məhkəməyə müraciət olunmuş, həmin vəsatət, təqdimat məhkəmə tərəfindən təmin olunmamışdır. Bununla da şikayətdə qeyd olunanlar araşdırma zamanı öz əksini tapmadığından şikayət rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1- 449.3.7-ci maddələri). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət əsassız olduğundan, birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında birgə verikləri sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs müdafiəçi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin, 36-cı və 37-ci Polis Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar