Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-365/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), X4 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək Xətai rayon Polis İdarəsinin və Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi başlanmaması ilə bağlı hərəkətsizliyini qanunsuz hesab edilməsi, cinayət işinin başlanması və iş üzrə real istintaq aparılması barədə göstyəriş verilməsi, şübhəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, dörd nəfər tərəfindən aldatma yolu ilə 9700 manat pulun mənimsənilməsi faktı baş vermişdir, həmin şəxslər guya bir işin məhkəmədə düzəldiləcəyi və vəlillik pensiyasının bərpa edilməsi kimi yalan vədlərlə onu aldatmışlar, fakt üzrə səs yazıları mövcuddu, şahidlər vardır və pulun verilmıəsi təsdiq olunur, bu faktlar açıq şəkildə cinayət əlamətlərini göstərir, Xətai rayon prokuroru tərəfindən ## ###### 2026ci il tarixli qərar qəbul edilmiş, lakin həmin qərardan sonra uzun müddət keçməsinə baxmayaraq cinayət işi başlanmamış, heç bir real istintaq hərəkətləri aparılmamış və şübhəli şəxslər barəsində prosessual tədbirlər görülməmişdir. Hazırda mövcud edən vəziyyət yeni və davam edən hərəkətsizlikdir, yəni əvvəlki qərardan sonra da heç bir irəliləyiş yoxdur, faktiki olaraq iş araşdırılmır, cinayət tərkibi olmasına baxmayaraq tədbir görülmür, 80 yaşındadır və bu illər ərzində gedib gəlməkdən yorulmuşdur, bu hal hüquqi baxımdan ayrıca müstəqil pozuntu təşkil edir, mövcud vəziyyətdə cinayət əlamətləri açıqdır, sübutlar təqdim olunmuşdur, lakin istintaq aparılmır, şübhəli şəxslər müəyyən edildiyi, sübutlar təqdim edildiyi və cinayət əlamətləri, açıq şəkildə mövcud olduğu halda cinayət işinin başlanmaması və istintaq hərəkətlərinin aparılmaması cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud pozuntusudur və davam edən hərəkətsizlik kimi qiymətləndirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs məhkəmənin həmin qərarından apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayəti X5 və onun 4 nəfər tərəfindən dələduzluq yolu ilə aldadılmaları, həmin şəxslərin əməllərində cinayət tərkibinin olmasına dair çoxsaylı sübutların mövcudluğu, lakin uzun müddət ərzində istintaq orqanlarının faktiki araşdırma aparmaması ilə bağlı olmuşdur. Xətai Rayon Polis İdarəsinin baş müstəntiqi Sənan Qüdrətlinin icraatında olan araşdırma təxminən 1 il 6 ay müddətində nəticəsiz uzadılmış, iş üzrə tam və effektiv istintaq aparılmamış, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən ünvanına daxil olmuş ##.##.2026-cı il tarixli məktub ilə tanış olarkən Sənan Qüdrətlinin "cinayət işinin başlanmasının rədd edilməsi" barədə verdiyi qərarın "müəyyən etdim" hissəsində qrupun başçısı Şahin Fərmanovun izahatını oxumuşdur. İlk dəfə özünü ona vəkil kimi təqdim edən Şahin Fərmanov ondan 1000 manat pul alaraq apellyasiya hakiminə rüşvət verəcəyini demişdir. Lakin o yalan izahat verərək guya ona vəkillik funksiyasını yerinə yetirəcəyini vəd etmişdir. O, bu pulu kassasiya şikayəti üçün deyil, apellyasiya şikayətindən qabaq almışdır. O, 4cü səhifənin 23-cü sətrində adi hüquqşünas olduğunu etiraf etmişdir. Deməli o vəkil olmadığı üçün Kassasiya Məhkəməsində iştirak etmək məqsədilə Qaçay adlı vəkillə birlikdə onu aldadaraq ##.##.2021-ci il tarixdə, **** saylı orderin surətini ona göstərmişdir. Onlarla onun arasında heç bir müqavilə, heç bir anlaşma olmamışdır. O, heç bir vəkilə, xüsusilə Qaçay Məmmədova bir manat da olsun pul verməmişdir. Qaçay özü bunu təsdiq edə bilər. Özünü görməmişdir, amma telefonda Şahindən pul almadığını, dostu olduğunu demişdi. X6 və Seymurdan aldığı bütün pulları başqalarına rüşvət verəcəyi bəhanəsilə almışdır. Vidadi Novruzovun izahatı ilə tanış olmuşdur. Vidadi bu qərarın 5-ci səhifəsinin axırıncı 5 sətrində əlilliyin bərpası üçün 10000 manat rüşvət verilməsi lazım olduğunu bildirir və Şahinin "göstərişi" ilə Seymurdan 5000 manat pul alır. Bunlar da özlərini müdafiə etməyə çalışaraq təqsiri o vaxt həbsdə olan Vüqar adlı 4-cü şəxsin üzərinə yıxmaq istəyirlər. Onlar yalan-doğru hər şeyi açıq etiraf etmişdir və həm də şahidlik funksiyasını da yerinə yetirmişlər. Bir nağıl var, turpu çıxarmaq üçün nənə babadan, nəvə nənədən, it nəvədən və s. sonda bu işə istinadən Vüqardan yapışmışlar. 8 səhifədən ibarət "Müəyyən etdim" hissəsində bircə yerdə də olsun dəfələrlə polisə, prokurorluğa, məhkəməyə təqdim edilmiş əsas sübut olan səs yazıları olan, dindirilməsi cəmi 15 dəqiqəlik elektron diskdən bəhs edilmir. Orada Vüqar deyir ki, "mənə cəmi 2000 manat pul verilib", Həsənağa deyir ki, ona "5800 manat pul verilib, 3800 manatını rəy üçün verib, 2000 manatını da Vüqara verib". Hətta Həsənağa deyir ki, "35000 manat Vüqarda pulu var", ala bilmir. Vidadi öz əlilliyini bərpa etmək üçün "3000 manat rüşvət" verdiyini deyir. Şahin ondan "1000 manat aldığını təsdiq edir" və Seymurdan alıb "guya digərlərinə verdiyi pulu onlardan 10 qat alacağını deyərək yalan vədlər vermişdir". Buna misal olaraq müstəntiq Sənan Qüdrətlinin eyni material üzrə qəbul etdiyi hər iki qərar işin faktiki hallarını tam və hərtərəfli araşdırılmasına deyil, əvvəlcədən formalaşmış nəticənin təkrarlanmasına əsaslanmışdır. Əlavə araşdırma aparılması barədə göstərişlərə baxmayaraq, əvvəlki nöqsanlar aradan qaldırılmamışdır. İş üzrə təqdim olunmuş sübutların əhəmiyyətli hissəsi qərarlarda ümumiyyətlə təhlil edilməmiş, onların qəbul və ya rədd edilməsinin səbəbləri əsaslandırılmamışdır. Bu işə qərarların obyektivliyinə dair ciddi şübhələr yaradır. Qəbul edilmiş hər iki qərar formal xarakter daşıyır, iş üzrə mövcud olan ziddiyyətlər aradan qaldırılmadan və mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmədən qəbul edilmişdir. Əlavə araşdırmanın məqsədi əvvəlki çatışmazlıqların aradan qaldırılması olsa da, qəbul edilmiş son qərar məzmun etibarilə əvvəlki qərarın təkrarı olmaqla kifayətlənmişdir. Onun təqdim etdiyi səs yazılarının hərtərəfli yoxlanılmaması araşdırmanın natamam aparıldığını göstərir. İş üzrə toplanmış materiallar arasında mövcud ziddiyyətlər aradan qaldırılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə nəticəyə gəlinməsi tələsik və kifayət qədər əsaslandırılmamış qərar təsiri bağışlayır. Beləliklə, müstəntiq Sənan Qüdrətlinin qəbul etdiyi hər iki qərar iş üzrə bütün halların tam obyektiv və qərəzsiz araşdırılması tələblərinə cavab vermədiyindən qanuni və əsaslı hesab edilə bilməz. O, sırf cinayət işini və bir neçə şəxs tərəfindən törədildiyini bildiyi halda işi mülki icraata yönəldir və buna nail olmaq istəyir. İş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlar olmasına baxmayaraq, həmin sübutlara nə istintaq orqanı, nə də məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Səs yazılarında əks olunan halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsindən xahiş edir ki, təqdim etdiyi səs yazılarının məhkəmə iclasında onun iştirakı ilə səsləndirilməsi təmin edilsin, onların məzmunu araşdırılsın və iş üzrə qəbul edilmiş qərarların qanuniliyinə təsiri qiymətləndirilsin. Birinci instansiya məhkəməsi işə təqdim edilmiş sübutları tam və obyektiv qiymətləndirmədən, prokurorluğun hərəkətsizliyinə mahiyyəti üzrə hüquqi qiymət vermədən şikayəti rədd etmişdir. Prokuror ##.##.2026-cı il tarixdə qərar vermişdir və qərar onun ünvanına gəlməmişdir. Həmin qərarı məhkəmənin gedişində hakim Zəfər Ramazanov ona təqdim etmişdir. Hətta qərarın aşkara çıxmasına baxmayaraq, 6 ay ərzində hələ də istintaq başlanmamışdır. Məhkəmə qərarında əvvəlki materiallara istinad edilsə də, hazırki şikayətdə göstərilən davam edən hərəkətsizlik, təqdim olunmuş sübutlar və istintaqın nəticəsiz qalması ayrıca araşdırılmamışdır.Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şikayət verən şəxs Xətai Rayon Polis İdarəsinə, Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Sənan Qüdrətlinin ## ###### 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli *(*-**)-**/**** saylı qərarı ilə “Xətai rayon Polis İdarəsinin və Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi başlanmaması ilə bağlı hərəkətsizliyini qanunsuz hesab edilməsi, dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasını istintaq orqanına tapşırılması barədə) Xətai rayon Polis İdarəsinin və Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi başlanmaması ilə bağlı hərəkətsizliyini qanunsuz hesab edilməsi, dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasını istintaq orqanına tapşırılması barədə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli *(*-**)-**/**** saylı qərarından görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti onun əsaslandırılmışdır ki, “o və əmisi nəvəsi, X5, X2, onun yoldaşları olan Vidadi, Həsənağa və Vüqar adlı şəxslər tərəfindən dələduzluq yolu ilə aldadılaraq ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat pul vəsaitindən məhrum edilmişlər. Adıçəkilən şəxslər təxminən 4 il müddətində yalan vədlər verməklə pulu qaytaracaqlarını bildirərək onları aldatmış, lakin vəsaiti qaytarmamışlar. Sübutların mövcudluğu: Pul vəsaiti əmisi nəvəsinin əlilliyinin guya "bərpa ediləcəyi və bu məsələnin şikayət edilən şəxslər tərəfindən “həll olunacağı" yalan vədi ilə alınmışdır. Şikayət edilən şəxslərdən biri-özünü qrupun başçısı kimi göstərən Şahin adlı şəxs Xətai rayon Məhkəməsi yaxınlığında yerləşən vəkillər ofisində ona özünü vəkil kimi təqdim etmiş, guya hüquqi imkanlara malik olduğunu bildirərək başqa bir işimin məhkəmədə "düzəldiləcəyi" adı ilə elə ilk tanışlıqda ondan əlavə olaraq 1000 (bir min) manat almışdır. Hətta səs yazısında dediyi kimi işləri düzəldə bilməsə həmin 9700 manat pulu 10 qat alıb verəcəyini də vəd etmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs vəkil deyil və bu statusa malik olmamışdır. Vidadi adlı şəxs bu tanışlıqdan istifadə edərək Seymuru aldadıb özünü Sosial Müdafiə Nazirliyinin işçisi kimi qələmə vermiş 8700 (səkkiz min yeddi yüz) manatın 5000 (beş min) manatını Seymurdan almış, hətta səs yazısından göründüyü kimi öz əlilliyini belə almaq üçün 3000 manat rüşvət verdiyini demişdir. Şikayətə əlavə edilmiş audio səs yazılarında şikayət edilən şəxslər borcun övcudluğunu açıq şəkildə etiraf edirlər. Səs yazıları texniki daşıyıcıya (diskə) köçürülərək həm polisə, həm də prokurorluğa təqdim edilmişdir. Bu sübutlar Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin açıq əlamətlərini təsdiq edir. İstintaq orqanının hərəkətsizliyi Buna baxmayaraq, 1 ildən artıqdır ki, Xətai rayon Polis Şöbəsində cinayət işi başlanmamışdır, təxminən 55 gün əvvəl Hərəkətindən (qərarından) şikayət verilən orqan rəsmi şikayət verilməsinə baxmayaraq, heç bir prosessual qərar qəbul edilməmişdir. Cinayət işi başlanması barədə nə qərar, nə də əsaslandırılmış imtina təqdim edilməmişdir. Bu hal Cinayət-Prosessual Məcəllənin tələblərinə ziddir və şikayətçinin effektiv hüquqi müdafiə hüququnu kobud şəkildə pozur. Hüquqi əsaslandırma Cinayət-Prosessual Məcəllənin 207 və 215-ci maddələrinə əsasən cinayət əlamətləri olduqda iş başlanmalıdır. Hazırkı halda sübutlar mövcud olduğu halda cinayət işinin başlanmaması qanunsuz hərəkətsizlikdir”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Lll fəsli (442-454-cü maddələri) ilə tənzimlənir və qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddəsindən göründüyü kimi, qanunvericilikdə məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən şəxslərin, yəni təhqiqatçı, müstəntiq və prokurorun prosessual hərəkət və qərarlarından, eləcə də tutulma və həbsdə saxlanılma ilə bağlı prosessual hərəkət və qərarlarından şikayət verilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.5-ci maddəsində, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında “tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması” ilə bağlı hərəkətlər göstərilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Cinayət-Prosessual Məcəllənin 453.10-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə qeyd etmişdir ki, “məhkəmə nəzarətinə tabe olan qərar və hərəkətlərin dairəsi Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddədə konkret göstərilmişdir. Həmin maddədə cinayət işinin başlanmasını istintaq orqanına tapşırılması barədə qərar qəbul edilməsi imkanı nəzərdə tutulmamışdır. Bu isə məhkəmənin cinayət prosesinin tərəfi olmaması, arbitr funksiyasını yerinə yetirməsi ilə əlaqədardır”. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Şikayət verən şəxs müraciəti əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixdə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının elan edildiyi tarixdə, yəni ## ##### 2026-cı il tarixdə isə həmin qərar mövcud olmamışdır və məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətinin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı düzgün, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixdə qərardan Şikayət verən şəxs şikayət vermək hüququ istisna edilmir və Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi qərarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəllənin 449- 451, 452-454-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-365/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-365/2026
25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver