Məhkəmə qərarları › İş №6(3-6)-366/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-366/2026

25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-366/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verərək, Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 35-ci Polis Bölməsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 449.3.5-ci maddəsinə əsasən hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edərək Cinayət Prosessual Məcəllənin 457-ci maddəsinə əsasən həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Bakı Şəhəri Xətai Rayon Polis Idarəsinin 35-ci Polis şöbəsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini və şikayətinin təmin olunmasını xahiş etmişdir. Şikayət verən şəxs apellyasiya şikayətinə ərizə əlavə edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından apellyasiya şikayətinin vermə müddətini üzürlü olaraq ötürmüşdür. Ona görə də Bakı şəhər Xətai Rayon Məhkəməsindən apellyasiya şikayətini vermə müddətinin bərpası haqqında qərar çıxarmasını xahiş etmişdir. Lakin, Bakı şəhəri Xətai Rayon Məhkəməsində həmin işin sədrliyini edən hakim müddətin bərpasına dair ərizəyə qanunamüvafiq qaydada baxmalı olduğu halda baxmamış və işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra üç gün müddətində verilə bilər. Işin materiallarından göründüyü kimi, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət vermiş, həmin apellyasiya şikayəti və vəsatət ## #### 2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş, lakin birinci instansiya məhkəməsi vəsatətə baxıb, müvafiq qərar qəbul etməmişdir. Azərbaycan Respublikası CPM-nin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası CPM-nın 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, şikayətçi Şikayət verən şəxs şikayətinin təmin olunmaması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, buraxılmış müddətin bərpası məsələsinə baxmaq isə qərarından şikayət verilmiş məhkəmənin səlahiyyətinə aid olduğundan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilib-edilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinın 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyi üçün material Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar