Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-370/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 48-C-** №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edərək, ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi barədə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq idarəsi tərəfindən hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs İlqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrli ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs İlqar oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Şikayət verən şəxs İlqar oğlunun saxlanıldığı zaman BMCMİ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə tərəfindən Azərbaycan Respublikası baş Prokurorluğuna, Ombudsman aparatına, Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinə müvafiq sorğular və şikayətlər verilmiş, həmçinin Nərimanov Rayon Məhkəməsinin hakimi X2 tərəfindən Şikayət verən şəxs İlqar oğlunun polis əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktının araşdırılması ilə bağlı ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı müraciətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsində araşdırılma aparılsa da, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, R X3 tərəfindən ## ##### 2026-cı il tarixli, **-C-** saylı qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılması rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli, **-C-** saylı qərardan tərəflərindən Səbail rayon Məhkəməsinə şikayət verilmişdir. Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməyərək rədd edilmişdir. Hakim Şəhla Süleymanova Bakı istintaq Təcrıdxanasında saxlanılan təqsirləndirilən Şəxs Şikayət verən şəxs İlqar oğlunun polis əmək aşları tərəfindən təzyiq, təhqir işqəncə və qeyriinsani davranışa məruz qalması faktının araşdırılmasını təmin edilməsi üçün ilk növbədə Şikayət verən şəxs barəsində olan tibbi kitabçanı tələb edərək məhkəmə baxışı zamanı tədqiq ədilməsini təmin etməli olduğu təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Vəkil sorğusuna Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəis müavini Çingiz Əlləzov tərəfindən ##.##.2026-cı il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda bildirilmişdir ki, Şikayət verən şəxs ilqar oğlu ##.##.2026-ci il tarixdə Bakı istintaq Təcridxanasına daxil olan zaman təlimata uyğun tibbi müayinədən keçmiş, sorğu zamanı o, xəsarət aldığım bildirmiş, bədəninə baxış keçirilən zaman gövdənin on sol qabırğa altı nahiyəsində yaşımtıl qançır aşkar edilərək, xəsarət qeydə alınaraq aidiyyəti uzrə məlumat verilmişdir. Hazırda Şikayət verən şəxs vəziyyəti qənaətbəxşdir, səhhəti həkim nəzarətindədir. Qeyd edilən xüsusatlar Məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. “MTE və PA Birliyi” PHŞ-in Nərimanov rayon şöbəsinin **-M nömrəli rəyindən görünür ki, tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər gövdənin sol qabırğaaltı nahiyəsində yaşımtıl qançır. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən qərarda qeyd olunan şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Göstərilənlərdən də göründüyü kimi Həmçinin Şikayət verən şəxs İlqar oğlu saxlanıldığı zaman BMCMİ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalaraq müxtəlif bədən xəsarətləri almışdır. Qeyd edilən xüsusatlar Məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, R X3 maraqlı şəxs olan DİN BMCMİ-nin əməliyyat müvəkkili X1 izahatını sübut kimi qəbul edərək ## ##### 2026-cı il tarixli, **-C-** saylı qərarla cinayət işinin başlanılması rədd etmişdir. Halbu ki, iş üzrə mötəbər sübutlar olan ekspert rəyi, təqsirləndirilən şəxs Şikayət verən şəxs İlqar oğlunun izahatı, xəsarətlərlə bağlı penitensiar xidmətin təsdiq məktubları mövcud olmuşdur. Qeyd edilən xüsusatlar məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 450.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını nəzərdən keçirərək və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edilməsidir. Həmin Məcəllənin 450 və 451-ci maddələrində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması müəyyən edilmişdir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən isə sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərə həyata keçirilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Prosessual qanunverciliyin mənasına və tələblərinə görə, hazırki halda cinayət işinin başlanılması üçün əsaslar kifayət qədər olmalı, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqdim olunmuş hər bir dəlilin hərtərəfli və obyektiv yoxlanılmasını təmin etməli və dəlillərin və ilkin ehtimalların cinayət işinin başlanılması üçün yetərli olması və mötəbərliyi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən **-C-** nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs İlqar oğlunun bədən xəsarətlərinin hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qnunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026- cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi üçün əsas yoxdur, qəbul edilmiş həmin qərar qanuni və əsaslıdır. Şikayətin dəlillərində qərarın ləğv edilməsinə əsaslı olacaq hər hansı yeni mötəbər sübut mövcud deyildir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin onu da qeyd edir ki, şikayətdə göstərilən xüsusatlar üzrə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada ibtidai araşdırma orqanı tərəfindən ətraflı və qanuna uyğun araşdırma aparılmış, həmin araşdırma zamanı mümkün olan zəruri hərəkətlər icra olunmuş, lakin toplanmış materiallarla şikayətdə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X3 ## ##### 2026- cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454 -cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs İlqar oğlunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 48-C-** №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №6(3-6)-370/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-370/2026
29.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver