Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-372/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi müavini Ismayıl Ağayevin cinayətin icraata qəbulundan imtina barədə ## ######## 2025-ci il tarixli, *-*-***/*-******/**** saylı məktubundan Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından Nümayəndə məhkəmə nəzarəti qaydasında verdiyi apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materiallarından görünür ki, Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə etdiyi müraciətini belə əsaslandırmışdır: “...Fəaliyyət istiqaməti bağçılıq üzrə gübrə və dərmanların, meyvə tinglərinin satışı, meyvə bağlarına suvarma sistemlərinin çəkilişi və sair olan Xaçmaz rayonunda fəaliyyət göstərən Şikayət verən şəxs MMC-nin direktoru, Türkiyə Cümhuriyyətindən olan iş adamı, xanım X1 2025-ci ilin iyul ayında Şəmkir RPI-yə müraciət edərək Cəmiyyətin Şəmkir filialının satıcısı X4 tərəfindən ona etibar edilmiş 350.000 (üç yüz əlli min) manat məbləğində əmlakın ələ keçirildiyini göstərmiş, bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırmanın aparılması Şəmkir RPI-nin X5 həvalə edilmiş, həmin bölmənin təhqiqatçıları tərəfindən Cəmiyyətin bəzi əməkdaşlarının və digər şəxslərin izahatları alınaraq zəruri sənədlər toplanılmaqla müvafiq araşdırma aparılmışdır. X2 tərəfindən “xxxx" MMC-nin audit yoxlamasının nəticələri barədə rəyi təhqiqatçıya təqdim olunaraq araşdırma materiallarına əlavə edilmişdir. Toplanmış material Şəmkir rayon prokurorluğu tərəfindən qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Ismayıl Ağayevin imzaladığı *-*-***/*-******/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla toplanmış material X3ytarılmışdır. Bu, onunla izah edilmişdir ki, yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş müstəqil audit yoxlamasının nəticəsinə dair rəyin, T.D.Namazovla (məktub başqa iş üzrə tərtib edilmiş məktubun üzərində işləməklə hazırlandığından bu işə heç bir aidiyyəti olmayan şəxsin adı çəkilmiş, habelə standart, şablon ifadələr işlədilmişdir) cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərini surətlərinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi (cinayət haqqında məlumat vermiş şəxsin qanunvericiliyin hansı tələbinə əməl etməli olması aydın deyil), o cümlədən malın təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışdan əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura, yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də digər maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilən əsasla araşdırma materiallarının cinayət barədə məlumat verən şəxsə (hüquqi şəxsə) qaytarılması qanunvericiliyin tələblərinə ziddir və yolverilməzdir. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Ismayıl Ağayevin yol verdiyi bu qanun pozuntusu barədə Azərbaycan Respublikasının Baş prokuroruna şikayət verilmiş, lakin şikayətə mahiyyəti üzrə qanun normalarına uyğun olaraq baxılmamış, müraciətə cavab belə verilməmişdir. Şikayət verən şəxs MMC-nin X6 işə qəbul edilməsi və işdən azad edilməsi haqqında əmrlərin surətinin və onunla Cəmiyyət arasında bağlanmış əmək müqavilələrinin surətləri geri qaytarılmış materiallara əlavə edərək və hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün digər zəruri sənədlər araşdırmanın gedişində təqdim ediləcəyi bildirilməklə təkrarən Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə ünvanlanmış, yol verdikləri pozuntular diqqətlərinə çatdırılmaqla cinayət haqqında məlumata yenidən baxılması xahiş olunmuşdur. Lakin Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Ismayıl Ağayev əvvəl imzaladığı ## ######## 2025-ci il tarixli məktubun yalnız tarixini dəyişərək cinayət haqqında ərizəni və ona əlavə edilmiş materialları ## ###### 2025-ci il tarixli məktubla yenidən geri qaytarmışdır...”. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Ə.Süleymanova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Ismayıl Ağayevin hərəkəti qanuni hesab edilmişdir. Qərardan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, fəaliyyət istiqaməti bağçılıq üzrə gübrə və dərmanların, meyvə tinglərinin satışı, meyvə bağlarına suvarma sistemlərinin çəkilişi və sair olan Xaçmaz rayonunda fəaliyyət göstərən Şikayət verən şəxs MMC-nin direktoru Türkiyə Cümhuriyyətindən olan iş adamı xanım X1 2025-ci ilin iyul ayında Şəmkir RPI-nə müraciət edərək Cəmiyyətin Şəmkir filialının satıcısı X4 tərəfindən ona etibar edilmiş 350.000 (üç yüz əlli min) manat məbləğində əmlakın ələ keçirildiyini göstərmiş, bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırmanın aparılması Şəmkir RPI-nin X5 həvalə edilmiş, həmin bölmənin təhqiqatçıları tərəfindən Cəmiyyətin bəzi əməkdaşlarının və digər şəxslərin izahatları alınaraq zəruri sənədlər toplanılmaqla müvafiq araşdırma aparılmışdır. X2 tərəfindən Şikayət verən şəxs MMC-nin mənimsəmə faktlarını təsdiq edən audit yoxlamasının nəticələri barədə rəy təhqiqatçıya təqdim olunaraq araşdırma materiallarına əlavə edilmişdir. Bundan başqa, araşdırma zamanı Şamil Bağırovun Şikayət verən şəxs MMC-dən əldə etdiyi malları Şəmkir rnu ərazisində dəyərindən çox aşağı qiymətə sataraq pullarını ələ keçirdiyi müəyyən edilmişdir. Toplanmış material Şəmkir rayon prokurorluğu tərəfindən qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Ismayıl Ağayevin imzaladığı *-*-***/*-******/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla ərizənin qəbul edilməsindən imtina olunmuş və toplanmış material X3ytarılmışdır. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Şikayətin baxılması yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi Azərbaycan Respublikası CPMnin 450.3-cü maddəsinə əsasən mümkün hesab edilmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən “törədilmiş və ya hazırlanan cinayət haqqında” verilmiş məlumat üzrə toplanmış və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialın geri qaytarılması haqqında Baş Prokurorluğun ## ######## 2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada münasibət bildirilərək mahiyyəti üzrə baxılması üçün materiallar birinci instansiya məhkəməsinə göndəriməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə (Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydasını nəzərdə tutan) əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək nəzərdə tutulmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Baş Prokurorluğunun ## ######## 2025-ci il tarixli *-*-***/*-******/**** saylı: “...X1 müraciətinə Azərbaycan Respublikası Baş Prokurorluğunda baxılmış və müraciət və ona əlavə edilmiş müvafiq sənədlər nəzərdən keçirilərkən T.D.Namazovla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərin surətinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, o cümlədən, malların təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də, digər zəruri maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bandan başqa, müraciətə əlavə edilmiş bir sıra mədaxil qaimələrində təhvil verdi və təhvil aldı qrafalarında imza, eləcə də, digər zəruri rekvizitlərin qeyd olunmadığı aşkar olunmuşdur. Qeyd olunanlara əsasən müraciət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır...”, məzmunlu məktubu qanunvericiliyin tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş məlumat üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq prosessual qərar qəbul edilməli olduğu halda ediməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir (CM-nin 2.1-ci maddəsi). Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Həmin Məcəllənin 7.0.1-ci maddəsinə əsasən, cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, qeyd olunan xüsusatların istintaq orqanı tərəfindən tam şəkildə araşdırılmadığını nəzərə almamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır. Məhkəməyədək araşdırma mərhələsində şikayət dedikdə, cinayət barədə ərizə və müraciətlərin yoxlanılması, həmçinin cinayət işlərinin istintaqı prosesində cinayət mühakimə icraatında iştirak edən şəxslərin prokuror, müstəntiq, təhqiqat orqanı (təhqiqatçı) tərəfindən həqiqətən pozulmuş və ya pozulması ehtimal edilən hüquq və qanuni mənafelərinin bərpa edilməsi barədə tələbi başa düşülür. Prosesin məhkəməyədək mərhələsində icraatı aparan orqanların qərar və hərəkətlərindən şikayət verilməsi və bu şikayətlərə baxılması zamanı əmələ gələn münasibətlər öz hüquqi təbiətinə görə cinayət-prosessual xarakterlidir və şikayət-etmə sahədaxili cinayət-prosessual normalarla tənzimlənir. Belə münasibətlərin əmələ gəlməsinə səbəb olan hüquqi fakt kimi, yalnız səlahiyyətli dövlət orqanlarının məhkəməyədək icraat zamanı prosessual hərəkət və ya qərarlarından verilən şikayət çıxış edir. Məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya qərarlar təşkil edir. Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat və istintaq orqanlarının, prokurorun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiə və təmin edilməsi hüquqi dövlətin mühakimə icraatında yeritdiyi ədalət siyasətinin ana xəttidir və məhkəmə hakimiyyətinin həyata keçirilməsinin yeganə yoludur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə tam uyğundur. CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (CPM-in 12.3-cü maddəsi). CPM-in 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət verilməsi CPM-in 212.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu normada göstərilir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya qaydasında verdiyi şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən “törədilmiş və ya hazırlanan cinayət haqqında” verilmiş məlumat üzrə toplanmış və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialın geri qaytarılması haqqında Baş Prokurorluğun ## ######## 2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada münasibət bildirilməsi üçün materiallar birinci instansiya məhkəməsinə göndəriməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-451 və 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya qaydasında verdiyi şikayət təmin edilsin. Iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən “törədilmiş və ya hazırlanan cinayət haqqında” verilmiş məlumat üzrə toplanmış və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialın geri qaytarılması haqqında Baş Prokurorluğun ## ######## 2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada münasibət bildirilərək mahiyyəti üzrə baxılması üçün materiallar birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-372/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-372/2026
29.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver