Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-373/2026 03.07.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs‑Şikayət‑verən‑şəxs‑iştirakları‑ilə, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin‑binasında‑qapalı‑məhkəmə‑iclasında‑baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi məqsədilə‑məhkəmə‑nəzarəti‑qaydasında‑şikayətlə‑məhkəməyə‑müraciət‑etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Polis Idarəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən aparılmış araşdırma zamanı onun hüquqları pozulmuşdur. Araşdırma zamanı təhqiqatçı Faiq Isayev onu xidməti otağına çağıraraq aqressiv davranmış, hədə-qorxu xarakterli ifadələr işlətmiş, "Izahata nə istəsəm yazaram", "Səni də günahkar çıxardacam ki, sığortadan ödəniş ala bilməyəsən" məzmunlu fikirlər səsləndirmişdir. Həmçinin telefon danışığı zamanı “sənə üz vermişəm” ifadəsini işlətmişdir. Bu hadisələrlə bağlı 102 Xidmətinə məlumat vermişdir. Hadisəni təsdiq edən video və foto materiallar onda mövcuddur və məhkəməyə təqdim edə bilər. ## #### 2026-cı il tarixində ona qərar və sürücülük vəsiqəsi təqdim edilmiş, qərarla tanış olduqda hadisə üzrə təqsirli şəxs kimi göstərildiyi məlum olmuşdur. O, hesab edir ki, iş obyektiv və hərtərəfli araşdırılmamış, mövcud sübutlar nəzərə alınmamış, hadisənin faktiki halları düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən təhqiqatçı Faiq Isayev tərəfindən qəbul edilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması, təqdim ediləcək video və foto materialların araşdırılması, təhqiqatçının hərəkətlərinə hüquqi qiymət verilməsi, hüquqlarının bərpa olunması və qanunsuz hesab etdiyi qərarın ləğv edilməsi xahiş olunur. Onun təqdim etdiyi fotoşəkillərdən görünür ki, cərimə meydançasında çəkilmiş şəkillərdə qərarda qeyd olunan zədə, əzik və batıqlar mövcud olmamışdır. Həmçinin təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmadığı, mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi qiymət verilmədiyi, nəticədə onu təqsirli hesab edən əsassız qərar qəbul edildiyi bildirilir. Hyundai Tucson markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə ilə bağlı araşdırma tam başa çatmadan sahibinə qaytarılması və iş üzrə araşdırmanın uzun müddət davam etməsi də qərarın obyektivliyi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Qərarın iş materiallarında olan sübutlarla ziddiyyət təşkil etdiyi göstərilərək, həmin qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması, ləğv edilməsi, iş üzrə bütün sübutların, o cümlədən təqdim edilmiş fotoşəkillərin yenidən araşdırılması və işə obyektiv, hərtərəfli baxılması xahiş olunur. O, həmçinin məhkəmənin icraatında olan yol-nəqliyyat hadisəsi ilə bağlı iş üzrə bildirir ki, verilmiş məhkəmə-avtotexniki ekspertiza rəyində və təhqiqat materiallarında hadisənin başvermə halları tam və düzgün əks etdirilməmişdir. Onun sərəncamında hadisə anını və hadisənin faktiki şəraitini əks etdirən video görüntülər və fotoşəkillər mövcuddur. Həmin materiallar iş üzrə müəyyən edilmiş hallarla ziddiyyət təşkil edir və hadisənin fərqli şəkildə baş verdiyini göstərir. Bu səbəbdən təqdim etdiyi video görüntülərin və fotoşəkillərin iş materiallarına əlavə olunması, həmin sübutların məhkəmə iclasında araşdırılması, ekspert rəyinə yeni sübutlar nəzərə alınmaqla qiymət verilməsi, zəruri hesab edilərsə təkrar və ya əlavə məhkəməavtotexniki ekspertizasının təyin olunması, təhqiqat zamanı yol verilmiş nöqsanların və təqdim edilmiş dəlillərin məhkəmə tərəfindən araşdırılması xahiş olunur. Onun fikrincə, hadisənin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, ekspert rəyində göstərilən nəticələr avtomobilin faktiki vəziyyətinə və mövcud sübutlara uyğun gəlməmişdir. Təqdim etdiyi fotoşəkillərdən görünür ki, ekspert rəyində və təhqiqatçının qərarında göstərilən bəzi hallar həqiqəti əks etdirmir. Hadisənin baş verməsində əsas təqsirin digər sürücü Elmarın hərəkətlərindən qaynaqlandığı hesab edilsə də, təhqiqatçının qərarında onun təqsirli göstərilməsi işin faktiki hallarına uyğun olmamışdır. Sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər 3470 manat məbləğində qiymətləndirilsə də, təhqiqatçının qərarında təqsirli göstərilməsi səbəbindən həmin məbləğin ödənilməsi təmin olunmamışdır. Bundan başqa, avtomobildən bir aydan artıq müddətdə istifadə edə bilmədiyi üçün maddi itkilərə məruz qalmış, cərimə meydançasında saxlanılma üçün 66 manat, avtomobilin çıxarılması üçün isə 40 manat olmaqla ümumilikdə 106 manat əlavə xərc çəkmişdir. Əlavə olaraq qeyd edilir ki, yol-nəqliyyat hadisəsinin digər iştirakçısı Elmarın avtomobili onun avtomobilindən təxminən 5 gün əvvəl cərimə meydançasından buraxılmışdır. Buna baxmayaraq, ona məxsus avtomobil daha uzun müddət cərimə meydançasında saxlanılmış, nəticədə əlavə xərclər yaranmış və avtomobildən istifadə imkanı məhdudlaşmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar təhqiqatçının qərarının ləğv edilməsi, ekspert rəyinin etibarsız hesab olunması və ya təkrar ekspertiza təyin edilməsi, iş üzrə bütün sübutların yenidən araşdırılması, hadisə iştirakçılarının hərəkətlərinə yenidən hüquqi qiymət verilməsi, avtomobilə dəymiş 3470 manat məbləğində zərərin ödənilməsi hüququnun təmin olunması, çəkilmiş 106 manat xərcin əvəzinin ödənilməsi və məhkəmə xərclərinin cavabdeh‑tərəfin‑üzərinə‑qoyulması‑xahiş‑edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin qismən təmin edilməsi, şikayətdə göstərilən xüsusatlarla bağlı əlavə‑araşdırma‑aparılması‑qərara‑alınmışdır.‑ Məhkəmənin həmin qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ## #### 2026cı‑il‑tarixli‑qərarının‑ləğv‑edilməsi‑barədə‑qərar‑qəbul‑edilməsini‑xahiş‑etmişdir.‑ Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ##.##.2026-cı il tarixdə Sabunçu Rayon Məhkəməsində hakim Temur Həsənov tərəfindən qəbul edilmiş qərardan narazıdır və həmin qərardan apellyasiya şikayəti verir. Hesab edir ki, iş üzrə araşdırma aparmış baş təhqiqatçı R Faiq Isayev tərəfindən hadisənin halları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Təqdim etdiyi və təqdim edə biləcəyi sübutlar araşdırma zamanı nəzərə alınmamışdır. Sərəncamında hadisə ilə bağlı fotoşəkillər, video görüntülər və digər sübutlar mövcuddur. Həmin materiallar iş üzrə faktiki vəziyyətin araşdırma materiallarında və məhkəmə qərarında göstərildiyi kimi olmadığını təsdiq edir. Qəza zamanı avtomobili ilə toqquşan Hyundai Tucson markalı, dövlət qeydiyyat nişanı **-BC-*** olan avtomobilin sürücüsü hadisə yerindən təxminən 250 metr uzaqlaşmışdır. Bu hal hadisənin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etsə də, baş təhqiqatçı R Faiq Isayev tərəfindən nəzərə alınmamış, araşdırılmamış və ona hüquqi qiymət verilməmişdir. Bu faktın iş materiallarında tam əks olunmaması hadisənin həqiqi hallarının müəyyən edilməsinə mənfi təsir göstərmişdir. Hadisə yerindən uzaqlaşma faktının foto və video materiallarla birlikdə araşdırılması iş üzrə düzgün və obyektiv qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, yol-nəqliyyat hadisəsi qəfil baş verdiyindən və digər avtomobilin hərəkəti nəticəsində onun təhlükəsiz manevr etmək imkanı olmamışdır. Hadisənin qarşısını almaq və ya toqquşmadan yayınmaq üçün kifayət qədər vaxt və məsafə olmadığından manevr etməyi faktiki olaraq mümkün olmamışdır. Bu hal iş üzrə təqsirin düzgün müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşısa da, araşdırma zamanı lazımi qaydada nəzərə alınmamışdır. Həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizasının nəticələri ilə razı deyil. Hesab edir ki, ekspertiza rəyi iş materiallarında olan fotoşəkillər, video görüntülər və digər sübutlarla tam uyğunluq təşkil etmir. Buna görə də ekspertiza rəyinin düzgünlüyü şübhə doğurur və əlavə və ya təkrar ekspertiza keçirilməsinə ehtiyac vardır. Bundan başqa, Sabunçu Rayon Məhkəməsinin işin yenidən araşdırılması üçün materialları eyni təhqiqatçı - baş təhqiqatçı R Faiq Isayevə qaytarması ilə razı deyil. Hesab edirəm ki, ilkin araşdırmada yol verilmiş nöqsanlar və nəzərə alınmamış sübutlar olduğu halda işin yenidən eyni şəxs tərəfindən araşdırılması obyektivliyin təmin olunmasına şübhə yaradır. Baş təhqiqatçı R Faiq Isayevin iş üzrə yenidən təhqiqat aparmasına etiraz edir. Çünki təqdim etdiyi mühüm sübutlar, o cümlədən fotoşəkillər, video görüntülər, manevr etmək imkanının olmaması və Hyundai Tucson markalı, dövlət qeydiyyat nişanı **-BC-*** olan avtomobilin hadisə yerindən təxminən 250 metr uzaqlaşması faktı lazımi qaydada araşdırılmamışdır. Həmçinin hesab edir ki, iş üzrə ona tətbiq edilmiş 40 manat məbləğində inzibati cərimə əsassızdır. Cərimənin tətbiq edilməsinə əsas olan hallar tam və obyektiv araşdırılmamış, təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Bu səbəbdən həmin cərimənin ləğv edilməsini xahiş edir. Həmçinin qərarı qəbul etmiş təhqiqatçı Faiq‑Isayevin‑yenidən‑bu‑iş‑üzrə‑təhqiqat‑aparmasına‑qadağa‑qoyulmasını‑xahiş‑etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin‑olunmasını‑xahiş‑etdi.‑ Şikayətin baxılması vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror (nümayəndəsi) və Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin baş təhqiqatçısı Faiq Isayev‑məhkəmə‑iclasında‑iştirak‑etməmişlər.‑ Məhkəmə kollegiyası şikayətə prokurorun (nümayəndəsinin) və Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin baş təhqiqatçısı Faiq Isayevin iştirakları olmadan baxılmasını mümkün‑hesab‑etmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxsin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/****‑saylı, ## #### 2026-cı‑il‑tarixli‑qərarı‑dəyişdirilmədən‑saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını‑həyata‑keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi‑üçün‑əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu‑cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və‑yekun‑nəticəyə‑gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən‑prokurora,‑yuxarı‑prokurora,‑yaxud‑məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya‑prosessual‑rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti‑qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə‑şikayət‑vermək‑hüququna‑malikdirlər. Iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs DIN 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.‑ Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aparılmış araşdırma zamanı video görüntü əldə edilsə də, həmin video görüntü digər sübutlarla birlikdə tədqiq edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarda həmin video görüntüyə qiymət verilməmişdir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla iş üzrə yekun qərar qəbul edilməlidir. Yenidən araşdırma aparılarkən hadisə yerindən götürülmüş video görüntü digər sübutlarla birlikdə tədqiq edilərək qiymətləndirildikdən sonra nəticəsi barədə qərar qəbul edilməlidir. Buna görə də Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməli, Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı araşdırma aparıldıqdan sonra qanuni və əsaslı‑qərar‑qəbul‑edilməlidir. Birinci instansiya məhkəməsinin qərarına əsasən kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən araşdırma zamanı zəruri hərəkətlər edilməmiş, video görüntü digər sübutlarla birlikdə tədqiq edilməmiş‑və‑sübutlar‑düzgün‑qiymətləndirilməmişdir.‑ Bundan başqa, Şikayət verən şəxs şikayətində qeyd etdiyi hazırki iş üzrə təhqiqat aparmış Faiq Isayevin yenidən bu iş üzrə təhqiqat aparmasının qadağan edilməsi barədə məhkəmə hesab edir ki, qeyd edilən vəsatət məhkəmənin predmeti deyil. Şəxsin təhqiqatı aparn şəxsə şikayət vermək hüququ var və Şikayət verən şəxs yenidən təhqiqat aparıldığı zaman təhqiqatı aparacaq‑təhqiqatçıya‑şikayət‑verə‑bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, təhqiqatçı tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən‑hallara‑hüquqi‑qiymət‑verilməmişdir.‑ Kollegiya iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, təhqiqatçının qərarının qanuniliyini yoxlayarkən düzgün, əsaslı və‑qanuni‑nəticəyə‑gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q Ə R A R A A L D İ: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya‑şikayəti‑təmin‑edilməsin. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq Isayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə‑dəyişdirilmədən‑saxlanılsın.‑ Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest‑verilə‑bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Anar Ibrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-373/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-373/2026
03.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver