Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-374/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs tərəfindən verilmiş X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: Şikayət verən şəxs X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs tərəfindən verilmiş X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, ərizəsinin icraata qəbul qəbul edilməsini və ## ######## 2023-cü il tarixli cinayət prosesində müdafiçinin iştirakına xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ######## 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə müdafiəçiləri X1 və Allahverdiyev Araz Məhəmməd oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mütəntiqi X3 tərəfindən saxta ərizə əsasında cinayət prosesindən kənarlaşdırılmışdır. Sözügedən ərizə onun adından kompyuterdə hazırlandığını və onun əvəzinə imzalandığını nəzərə alsaq həmin qərar qanunsuz hesab edilməlidir. ## ######## 2023-cü il tarixli ərizədə imzanın ona məxsus olmaması ekpert rəyi ilə də öz təsdiqini tapmışdır.Sözügedən ərizədə keçmiş müdafiəçim X2 da imzası olduğuna görə onun yerinə icra edilmiş imzanın Anar Qasımlı tərəfindən və ya onun işçtirakı ilə başqa şəxs tərəfindən icra edildiyi şübhə doğurmur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarında yazılmışdır ki, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırma zamanı Cinayət-Prosesual Məcəlləsinin 303.3cü maddəsində nəzərədə tutulmuş kobud pozuntulara yol verilmişdir. Həmçinin, Bakı Apellyaisya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarında yazılmışdır ki, cinayət işi üzrə ibtidai istintaq və birinci instansiya məhkəməsindəki icraat zamanı təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiə hüququnun pozulmasına, eləcə də Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin kobud surətdə pozulmasına yol verilmədiyinə görə sonuncunun apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci indtnsiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsi barədə verdiyi vəsatət təmin edilməməlidir. Məhkəmə kollegiyasının icalsında şikayətçinin və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarınd aolan və məhkəmə baxışında tədqiq edilmiş: -********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/**** saylı ## #### 2025-ci il hökmündən görünür ki, Şikayət verən şəxs 204.3.1-ci maddəsi ilə təqsirli bilərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023- cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ## #### 2025-ci il hökmü ilə Şikayət verən şəxs 204.3.1-ci maddəsi ilə təqsirli bilərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, belə olan halda şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin Şikayət verən şəxs X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair məhkəmə nəzarəti qaydasında şikayət vermiş, həmin şikayətə daha əvvəl münasibət bildirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ********* nömrəli cinayət işi üzrə iş zəruri sənədlərə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ## #### 2025-ci il hökmündə münasibət bildirilmiş və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə nəzarəti qaydasında şikayətə mahiyyəti üzrə baxılması Cinayət-Prossesual Məcəlləsinin 449.3-cü maddəsində sadalanan prosessual hərəkət və qərarların qanuniliyinin və əsaslılığının yoxlanılmasıdır. Məhkəmənin eyni məsələ üzrə şikayətə mahiyyəti üzrə yenidən baxması, şikayətin təmin və ya rədd edilməsi haqqında qərarlar qəbul etməsi hazırkı iş üzrə qanuni cəhətdən yolverilməzdir. Bu səbəbdən də, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsində imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs tərəfindən verilmiş X1 və Allahverdiyev Araz Məhəmməd oğlunun cinayət prosesində iştirakına xitam verilməsi ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsi və müstəntiq X3 barəsində xüsusi qərar çıxarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: İbrahim İbrahimli Zamin İbrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-374/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-374/2026
02.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver