Məhkəmə qərarları › İş №6(3-6)-375/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-375/2026

06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-375/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, şikayətçi Şikayət verən şəxs və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin baş müstəntiqi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək ********* nömrəli cinayət işi üzrə qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayəti onunla əsaslandırmışdır ki, X6 Xidmətinin İstintaq Baş İdarəsində Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun şər-böhtanı əsasında ********* nömrəli cinayət işi istintaq edilmiş və həmin iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 182-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişəm. Halbuki, həmin cinayətinin istintaq aidiyyəti prokurorluq və daxili işlər orqanlarına aiddir. Cinayət işi üzrə təqsirsiz olduğum tam sübuta yetmiş olsa da, istintaq orqanı cinayət işinə xitam vermək əvəzinə, işi üzrə icraatı 2025-ci ildə mənə məlum olmayan səbəbdən dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 277.4- cü maddəsinə əsasən, müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4-53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır. Ona barəsindən istintaq olunan cinayət işinin dayandırılması barədə şifahi qaydada məlumat verilmiş, lakin qərarın surəti verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-cü maddəsinə əsasən, təqsirləndirilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara, işin hallarına, qanunvericiliyin tələblərinə əsasən ********* nömrəli cinayət işi üzrə ədalətli qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərar ləğv edilsin və cinayət işi üzrə icraat təzələnməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli (hakim Ü.Şükürova) qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə Şikayət verən şəxs verdiyi şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinin dayandırılması haqqında qərarı qanuni hesab edilmişdir. Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ********* nömrəli cinayət işi üzrə ədalətli qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə qərar onun şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə onun verdiyi şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinin dayandırılması haqqında qərarı qanuni hesab edilmişdir. X6 Xidmətinin İstintaq Baş İdarəsində Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun şər-böhtanı əsasında ********* nömrəli cinayət işi istintaq edilmiş və həmin iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 182-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişəm. Halbuki, həmin cinayətinin istintaq aidiyyəti prokurorluq və daxili işlər orqanlarına aiddir. Cinayət işi üzrə təqsirsiz olduğum tam sübuta yetmiş olsa da, istintaq orqanı cinayət işinə xitam vermək əvəzinə, işi üzrə icraatı 2025-ci ildə mənə məlum olmayan səbəbdən dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 277.4-cü maddəsinə əsasən, müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4-53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır. Onun barəsində istintaq olunan cinayət işinin dayandırılması barədə şifahi qaydada məlumat verilmiş, lakin qərarın surəti verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-cü maddəsinə əsasən, təqsirləndirilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Səbail rayon məhkəməsinin qərarı qanunsuz olduğundan ləğv edilməlidir Şikayət vermiş şəxs Şikayət verən şəxs məhkəmə kollegiyasının iclasında çıxış edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və onun şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin baş müstəntiqi X2 məhkəmə kollegiyasının iclasında çıxış edərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar şikayətçinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarənda olan ## ###### 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şikayət verən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4 və 182.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən – təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə dayandırılmışdır. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edilməsidir. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2 və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1.4 və 449.1.5-ci maddələrinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2 və 449.2.3-cü maddələrinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır Həmin Məcəllənin Məcəlləsinin 451.1 və 451.1.1-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. İş materiallarından və cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılaraq Şikayət verən şəxs ## ### 2024cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və ## ### 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4 və 182.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hazırki cinayət işi üzrə istitnaq müddəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ## ######## 2024-cü il tarixli qərarı ilə 4 ay, yəni ## ###### 2025-ci il tarixədək, ## ###### 2025-ci il tarixli qərarı ilə 5 ay, yəni ## #### 2025-ci il tarixədək uzadılmışdır. Şikayət verən şəxs istintaqa ## ######## 2022-ci il və ## ### 2024cü il tarixdə istintaq orqanına müraciət edərək ürək-damar sisteminin xrohiki çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkməsini, həmçinin ürək-damar sisteminin xroniki çatışmazlığı ilə bağlı cərrahi əməliyyat keçirəcəyini bildirərək cinayət işinin dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi olması ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, birinci instansiyanın məhkəmə baxışı zamanı iş materialları məhkəmə nəzarəti qaydasında öyrənilərkən müəyyən edilmişdir ki, cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması zamanı məhkəmənin səlahiyyəti həmin qərarın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi ilə məhdudlaşır. Məhkəmə yalnız qərarın qanuna zidd və ya əsassız olduğu qənaətinə gəldiyi halda onun ləğv edilməsi barədə qərar qəbul edə bilər. Şikayət verən şəxs isə eyni zamanda həm cinayət işinin dayandırılması haqqında qərarın ləğv edilməsini, həm də cinayət təqibi üzrə icraatın təzələnməsini xahiş etmişdir. Halbuki, cinayət təqibi üzrə icraatın təzələnməsi prosessual qərarın ləğv edilməsinin hüquqi nəticəsi olmaqla, bu məsələnin həlli cinayət təqibini həyata keçirən orqanın səlahiyyətlərinə aiddir. Məhkəmə nəzarəti qaydasında baxılan şikayət üzrə məhkəmə icraatın təzələnməsi barədə birbaşa göstəriş vermək səlahiyyətinə malik deyildir. Bu səbəbdən şikayətçinin irəli sürdüyü tələblər qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə nəzarətinin hüdudlarına uyğun olmadığından, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilərkən şikayətçinin özünün təqdim etdiyi ərizə və həmin vaxt mövcud olan məlumatlar əsas götürülmüşdür. Belə ki, şikayət verən şəxs sağlamlıq vəziyyətinin cinayət təqibində iştirak etməsinə imkan vermədiyini bildirmiş, bu hal cinayət təqibini həyata keçirən orqan tərəfindən nəzərə alınaraq icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Hazırda şikayətçi məhkəməyə sağlamlıq vəziyyətinin yaxşılaşdığını təsdiq edən tibbi sənəd təqdim etmişdir. Lakin həmin sənəd cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarın qəbul edildiyi tarixdə onun qanunsuz və ya əsassız olduğunu göstərmir. Əksinə, bu sənəd qərar qəbul edildikdən sonra yaranmış yeni halı əks etdirir və yalnız şikayətçinin hazırkı sağlamlıq vəziyyətini təsdiq edir. Bu baxımdan, təqdim olunmuş tibbi sənəd cinayət təqibinin dayandırılması haqqında qərarın ləğvi üçün hüquqi əsas hesab edilə bilməz. Həmin sənəd yalnız cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olmuş halın aradan qalxdığını göstərdiyindən, müvafiq prosessual qaydada cinayət təqibi üzrə icraatın təzələnməsi məsələsinin həlli üçün əsas kimi qiymətləndirilə bilər. Buna görə də şikayətçinin təqdim etdiyi yeni sübut mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını şübhə altına almır və həmin qərarın ləğv edilməsini zəruri etmir. Cinayət təqibi üzrə icraatın təzələnməsi barədə qərarın qəbul edilməsi məhkəmə nəzarəti qaydasında baxılan şikayətin predmeti deyil və bu məsələ cinayət təqibini həyata keçirən ibtidai araşdırma orqanının prosessual səlahiyyətlərinə aiddir. Buna görə də şikayətçinin hazırda təqdim etdiyi tibbi sənəd, zərurət olduğu halda, müvafiq istintaq orqanı tərəfindən cinayət təqibi üzrə icraatın təzələnməsi məsələsinə baxılarkən qiymətləndirilə bilər, lakin həmin sənəd mübahisələndirilən qərarın ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ədalətli qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması qərarının ləğv edilməsi məqsədə müvafiq deyil. Həmçinin məhkəmə araşdırması zaman şikayət verən şəxs Şikayət verən şəxs tərəfindən qərarın ləğvi ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: 53.1.1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda; 53.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda; 53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə; 53.1.4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda; 53.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda; 53.1.6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə. 53.1.7. məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası məhkəmə tərəfindən dayandırıldıqda. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər: 53.3.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 (bir) ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə; 53.3.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra; 53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda; 53.3.4. bu Məcəllənin 53.1.4- 53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda. Həmin Məcəllənin 53.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda qərarın icrasının dayandırılması haqqında məhkəmənin qərarı olduqda. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir. Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır. Həmin Məcəllənin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır və həmin qərar cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunduğundan qərarı qanuni hesab etmişdir. Bundan başqa, sözügedən cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsi tərəfindən istintaq aparılan zaman Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması halı məhkəmədə müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsinin *(*- ***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qərarın qəbul edilməsi və icraata bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət işinin dayandırılması barədə qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar