Məhkəmə qərarları › İş №6(3-6)-377/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-377/2026

07.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-377/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakları ilə, ##.##.1984-cü ildə Belarussiya Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikasında müvəqqəti olaraq yaşayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti yaşayan. Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## ### 2026-cı tarixli qərarından Pavel Denisyanın müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş materialdan görünr ki, şikayətçi Pavel Denisya və onun müdafiəçisi Müdafiəçi məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 tərəfindən HK-*/***-**** saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## ### 2026-cı tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli (hakim Ş.Süleymanova) qərarına əsasən Pavel Denisyanın müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. X4 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini şikayətin təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, rədd qərarının təsviri hissəsində bəraətverici əsaslarla qərar qəbul edilməsindən, yəni cinayət hadisəsinin olmamasından və əməldə cinayət tərkibinin olmamasından bəhs edilsə də, nəticə hissədə bəraətverici olmayan əsasa istinadən, yəni CPM-in 40.2-ci maddəsinə əsasən nəticəyə gəlinmişdir. Belə ki, CPM-in 39.3cü maddəsinə əsasən Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin maddədən belə bəlli olur ki, 3 haldan başqa bütün digər hallar, o cümlədən CPM-in 40-cı maddəsində nəzərdə tutulan hal bəraətverici olmayan əsas hesab edilir. Halbuki, bu cür qərarın Şikayət verən şəxs barəsində çıxarılması qanunsuzdur. Çünki qərann təsviri-əsaslandıncı hissəsindən görünür ki, Şikayət verən şəxsnm əməlində cinayət tərkibi müəyyən edilməmişdir, əməldə cinayət tərkibinin olmaması isə CPM-in 39.1.2-ci maddəsinə istinadən nəticəyə gəlməni şərtləndirir. Qeyd edim ki, bəraətverici olmayan əsaslarla Şikayət verən şəxs barədə Rədd Qərarının olması onun işgüzar nüfuzunu ləkələyir, barəsində mənfi xarakterli məlumat mövcud olur. Odur ki, Rədd Qəran hissəvi ləğv edilməli və yeni qərar çıxanlmalı idi. Bu zaman isə nəzərə alınmalıdır ki, CPM-də törədilmiş və ya hazırlanan cinayətlərə dair məlumatlara (cinayət xarakterli məlumat) baxılması zamanı qəbul edilmiş qərarlardan şikayət verilməsi üzrə qəbul edilən qərar növləri sırasmda rədd qərarının ləğv edilərək yeni qərar çıxanlması nəzərdə tutulmadığından (CPM, 212.4), məhkəmələrin hökm və qərarlarına apellyasiva qaydasında yenidən baxılması zamanı apellyasiva baxışına dair yekun məhkəmə qərarları sırasında isə birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarılması nəzərdə tutulduğundan (CPM 398.1.2) CPM-in 398.1.2-ci maddəsi CPM-in 212.4.2-ci maddəsinə analogiya üzrə tətbiq edilməlidir. Qəbul ediləcək qərar Şikayət verən şəxs münasibət olmayan nəticələrə gətirib çıxarmağa imkan verməməlidir. X1 ləğv edilməsini tənzim edən CPM-in 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və [...] ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini CPM-in 207, 209 (cinayət işinin dərhal başlanması) və 210-cu (cinayət işinin başlanması qaydas;) maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir. Şikayət verən şəxs yalnız qərann prosessual baxımından düzgün əsaslandınlmadığını mübahisələndirir, xahişi də ittihamedici əsaslarla Rədd Qərarının bəraətverici əsaslarla Rədd Qərarına çevrilməsindən ibarətdir. Rədd Qərarının ləğvinin təsbit edilmiş yeganə prosessual norması olan CPM-in 212.4.2-ci maddəsinə istinadən qərar qəbul edilməsi isə, Şikayət verən şəxs hüquqlarından istifadənin ziyanına şərh edilməsi və ona münasib olmayan nəticələrə gətirib çıxarmasını göstərmiş olar. Halbuki, CPM-in 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Odur ki, iş üzrə təqsirləndirilən şəxs statusuna malik olmasa belə, Şikayət verən şəxs qarşı faktiki olaraq təqsirləndirici xarakterli prosessual addımların atıldığından təqsirləndirilən şəxsə aid hüquqlar ona da aid edilməlidir. Buna müvafiq olaraq 'Rədd Qərarından şikayəti' ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi Şikayət verən şəxs, onun müdafiəçisi Müdafiəçi, Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 və Bakı şəhəri Səbail Rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Həmçinin şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edilməsidir. Həmin Məcəllənin 450 və 451-ci maddələrində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması müəyyən edilmişdir. Iş materiallarında olan Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərarından görünür ki, cinayət əməli öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi X4 müdafiəçisi Müdafiəçi şikayət ərizəsinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin tələbləri düzgün və əsaslı olaraq tətbiq edilərək Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında şikayəti əsassız olduğu üçün təmin edilməməli və qərar qanuni hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin qənaətlə razılaşır və hesab edir ki, X4 müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsində cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunduğu barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X4 müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi X3 qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## ### 2026-cı tarixli qərarından Pavel Denisyanın müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar