Məhkəmə qərarları › İş №6(3-6)-378/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-378/2026

06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-378/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X4 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru, R X2 ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmaması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru, R X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim S.H.Bağırova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilməmişdir. Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunması, Şikayət verən şəxs Avropa Konvensiyasının 3-cü maddəsi ilə nəzərdə tutulmuş işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, törədilmiş cinayət haqqında vətəndaş X1 tərəfindən daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış ##.##.2025-ci il tarixli HK- 1/836(20 PŞ) nömrəli material əsasında Nəsimi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi, R X5 tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında ## ### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli qərardan və cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında eyni tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı ##.##.1976-cı il təvəllüdlü Şikayət verən şəxs (bundan sonra ərizəçi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından ##.##.2025-ci il saat 00.30-dan şübhəli şəxs qismində tutulmuşdur (qərar və protokolun surətləri materiala əlavə edilmişdir). Ərizəçi ##.##.2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair itiham irəli sürülmüşdür. ##.##.2025-ci il tarixdə ərizəçinin ailə üzvləri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi ilə ərizəçinin hüquqlarının cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə edilməsi məqsədi ilə müqavilə bağlamışlar. Ərizəçi müdafiəçi ilə saxlandığı Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında konfidensial görüşü zamanı ona istinad edilən cinayət əməlini törətmədiyini, polis əməkdaşları tərəfindən ağır və dözülməz işgəncələrə məruz qaldığından məcbur qalıb yalandan etirafedici izahat və ifadələr verdiyini bildirmişdir. Ərizəçi eyni zamanda məlumat vermişdir ki, o işgəncələrin izləri müşahidə edilməsin deyə uzun müddət polis idarəsində saxlanmış, lakin Bakı Istintaq Təcridxanasına qəbul edilərkən onun bədənində və üz nahiyəsində (gözünün ətrafında) xəsarət izləri qalmış və ərizəçi bu xəsarətlərin ona etmədiyi cinayət əməlini onun üzərinə məcbur qoyulmasından ötrü işgəncələr zamanı aldığını təcridxanada bildirmişdir. Ərizəçi tərəfindən verilmiş bu məlumatı dəqiqləşdirməkdən ötrü müdafiəçi tərəfindən Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına ##.##.2025-ci il tarixli, *** nömrəli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq ##.##.2025-ci il tarixli, *-**-**/**/*-***/**** nömrəli məktubla ərizəçi barədə tibbi arayış göndərilmişdir. Arayışda qeyd edilmişdir ki, ərizəçi ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasına daxil olmuşdur. Sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ çiyinin ön səthində, belin sol yan nahiyəsində iri həcmli sarımtıl qançır, sağ gözətrafı nahiyədə 3-4 sm ölçüdə bənövşəyi qançır, sağ təbii pərdəsinin qansızması aşkar edilmişdir. Daxil olmuş məktub əsasında müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək ərizəçinin etmədiyi cinayət əməlini yalandan etiraf etməsindən və öz əleyhinə ifadə verməsindən ötrü işgəncələrə məruz qalması ilə bağlı bildirdiyi xüsusatın prokurorluq orqanları tərəfindən araşdırılıb-araşdırılmadığını müəyyən etməyi xahiş etmişdir. Vəsatət məhkəmə tərəfindən təmin edilmiş və müvafiq sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsindən daxil olmuş ##.##.2025-ci il tarixli məktubla ərizəçinin müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar Idarəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2025-ci il tarixli qərar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin böyük prokuroru, R X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2025-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2025-ci il tarixli qərar ləğv edilmiş və yenidən araşdırılma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Yeni araşdırmanın aparılması ilə əlaqədHərəkətindən (qərarından) şikayət verilən orqann Xidməti Araşdırmalar Idarəsinə ##.##.2026-cı il tarixli vəsatət göndərilmiş və vəsatət ##.##.2026-cı il tarixdə Baş Prokurorluğa çatdırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin böyük prokuroru, R X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2026-cı il tarixli qərar qəbul edilmişdir (surəti əlavə edilir). Qərar təqsirləndirilən şəxs Şikayət verən şəxs və ya onun müdafiəçisinə göndərilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əldə edilmişdir. Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin böyük prokuroru, R X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2026-cı il tarixli qərarı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsi ilə mübahisələndirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə şikayət ərizəsi rədd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Şikayət vermiş Müdafiəçi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qərarından şikayət verilmiş X2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti, iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə münasibətdə qərar qəbul edərkən, daxil olmuş şikayətin məzmununa uyğun olaraq, işin araşdırılmamış hallarına, qanunun tələbinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Həmin nəticə qanunun tələbinə və şikayətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət, mübahisələndirilən qərarın qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs müraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın qanuni hesab edilməsi əsaslarına dair birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar, işin mübahisəli hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara, maddi və prosessual hüquq normalarının tələblərinə əsasən, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 453-454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar Idarəsinin böyük prokuroru X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar