Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-379/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Şikayət verən şəxs məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar materialı araşdırıb hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətinə qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə yaxud barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olubolmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Şikayət verən şəxs şikayəti onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan AR CM 109.3.2..3-cü maddələri ilə fakt üzrə cinayət işi başlanılması və Bakı şəhər Nərimanov rayon Prokuroru X5 və Nərimanov rayon Polis İdarəsinin rəisi X2 cinayət məsuliyyətinə cəlbinə dair qərar qəbul edilməsi haqqında * saylı istintaq təcridxanaslından **/*-**** saylı ##.##.2026 tarixli ərizə göndərmişdir. Qanunun tələbinə əsasən sözügedən cinayət haqqında ərizəyə bir ay ərzində müvafiq qərarla cavab verilməməsionun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə AR CPM 449.3.1-ci maddəsi əleyhinə cinayət haqqında ərizəmin qəbulundan imtinadır. Şikayətin məzmunundan görünür ki, ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsini və bunun hərəkətsizlik kimi qiymətləndirilməsini əsas gətirərək məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Lakin Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərin, hərəkətsizliklərin və qərarların dairəsi konkret və məhdud şəkildə müəyyən edilmişdir. Həmin norma üzrə məhkəmə nəzarəti yalnız cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, tutulma, həbs və digər qanunda birbaşa nəzərdə tutulmuş hallarla bağlı həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi hazırki iş üzrə belə qənaətə gəlmişdir ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Şikayətdən isə görünür ki, o, Baş Prokurorluğa göndərdiyi müraciətə cavab verilməməsini mübahisələndirir. Şikayətə əlavə olunmuş materiallardan Baş Prokurorluq tərəfindən cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi və ya CPM-in 449.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı prosessual qərarın qəbul edilməsi müəyyən olunmur. Belə olan halda, ərizəçinin istinad etdiyi hallar CPM-in 449.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarətinin predmetinə aid edilmədiyindən həmin şikayətə məhkəmə nəzarəti qaydasında baxılması mümkün deyildir. Buna görə də Şikayət verən şəxs tərəfindən verilmiş şikayət məhkəmə nəzarəti qaydasında baxılmalı olan şikayətlərin predmetinə aid olmadığından CPM-in 454cü maddəsinin tələblərinə uyğun olaraq baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə şikayətçi Şikayət verən şəxs şikayət ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №6(3-6)-379/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-379/2026
06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver