Məhkəmə qərarları › İş №6(3-6)-386/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-386/2026

06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qərar Bakı̆şəhəri İş̆№̆6(3-6)-386/2026 06.07.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X8̆və̆X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Hüseynov İdris Qurban oğlunun Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Hüseynov İdris Qurban oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasındăbaxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Hüseynov İdris Qurban oğlu məhkəmə nəzarəti qaydasında şikayət verərək, Xətai Rayon Prokrorluğunun HK-***-С-**** nömrəli 16.052026-cı il tarixli qərarının ləğv olunaraq, yenidən baxılmasını və o böyük müstəntiqi, II dərəcələri hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Hüseynov İdris Qurban oğlunun Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Hüseynov İdris Qurban oğlu şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin edilərək, Xətai Rayon Prokrorluğunun HK-***-C-**** nömrəli 16.052026-cü il tarixli qərarının ləğv olunaraq, уenidən baxılması və o Böyük müstəntiqi, II dərəcələri hüquqşünas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində xüsusi qərar qəbul̆edilməsinĭxahiş̆etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Kürdəmir rayonu. Çölqubalı kəndində qeydiyyatdadır. ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, ailəlidır və 2 övladı var. Hazırda təqaüdçüdür və əvvəllər məhkum olunmamışdır. Hadisənin mahiyyəti üzrə bildirir ki, 1983-cü ildən, 2014-cü ilədək Daxili İşlər Orqanlarının yol patrul xidmətində polis nəfəri kimi xidmət göstərmiş və daha sonra təqaüdə çıxmışdır. ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın ikinci mərtəbəsində olan mənzili yandığı üçün istəmişdir ki, torpaq sahəsi alsın. 1998-ci ilin yay aylarında (may, iyun aylarında) İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən yol polisi postunda xidmətdə olarkən, Muradov İslam Yusub oğlu ilə təsədüfən tanış olmuş, söhbət əsnasında ona bildirmişdir ki, 1997-ci ildə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində evi yanıb. İslam Muradov ona NZS qəsəbəsində qaynatasigilin qonşuluğunda böyük məhəllə satıldığını bildirmişdir. O, İslamın telefon nömrəsini götürmüşdür ki, Bakıya gələndə onunla görüşsün. 1998-ci ilin may-iyun aylarında İslam ilə birlikdə almaq istədiyi torpaq sahəsinə getdikdə həmin qapı bağlı olduğu üçün Muradın qaynatasigilin həyətindən nərdivan qoyub həyətə baxdıqda həyətyanı sahədə 4 ədəd bir mərtəbəli və 1 ədəd həyətin ortasında iki mərtəbəli tikili olduğunu görmüşdür. Qonşuluqda yaşayan və Murad İslamovun qaynı olan X1 deməsinə görə həmin 4 ədəd tikili ayaqqabı sexi olmuşdur. Onun həmin həyətdən xoşuna gəlmişdir. Səhəri gün evin sahibini tapıb onunla həmin ünvana (yəni Xətai rayonu, NZS qəsəbəsi Aşıq Qurban küçəsi 25 ünvanına) getmişlər. Sahibəsi 50-55 yaşlı mərhum Zinaida adlı şəxs olmuşdur. Zinaida ilə görüşə gələndə dostu X4 da onunla birlikdə olmuşdur. Səhəri günü evi almaq üçün Zinayidaya 9.000 (doqquz min) ABŞ dollarını üç nəfər X4, həyat yoldaşı X5 və Zinaydanın iştirakı ilə akt tərtib edərək vermişdir. 9.000 dolların seriya nömrəsini qeyd etməklə həmin torpaq sahəsinin içərisində olan tikililərin, evin və darvazanın açarını almışdır. Bildirmişdir ki, həmin həyətyani sahə 10 sot torpaq sahəsindən ibarət olmaqla hasarla əhatə olunmuş və həyətdə baxımsız 2 mərtəbəli ev və 4 ayaqqabı sexi olmuşdur. Qardaşları Azərin, Sübhanın, Sarvanın, İlyasın, atası Qurbanın və anası Səkinənin həmin evin alınmasında iştirakı və maddi dəstəkləri olmamışdır. Çünki, qardaşı Azər tək olaraq 1997-ci ilin noyabr-dekabr ayında Kürdəmir rayonundan Ukrayna Respublikasının Xarkov şəhərinə, Sübhan isə 1998-ci ilin mart ayının təxminən 22-23-də Kürdəmir rayonundan Ukrayna Respublikasının Xarkov şəhərinə getmişdir. Həmin həyəti o öz şəxsi pulu ilə almışdır. X6 yaşamasına baxmayaraq, 1998-ci ilin axırlarında tikinti tikən şirkətlə danışıb (A-mənzilini) 3.100 (üç min yüz) ABŞ dolları müqavilində onun şifahi razılığı ilə evi olmadığı üçün dam hissəsini vurmaq, materialları isə onlardan olmaq şərti ilə tikməyə başlamışdıq. Qardaşı Azər burda olmadığım üçün evin tikilməsini qardaşı İdrisə həvalə etmişdir. Bildirir ki, 2000-ci ildə Məhkəmə Qətnaməsi əsasında həmin sayğaclar Azərin adına rəsmiləşdirilmişdir. Eyni zamanda 2024-cü ilin sonuna qədər əmlak və torpaq vergisi ödəmişdir. X3suz və saxta yolla 2022-ci ildə evi zəbt edərək qeyri qanuni daş hasar çəkdirmiş və darvaza qoydurmuşdur. Dəfələrlə Sübhanla danışmağa sülh yolu ilə həll etməyə çalışsada, o danışıqlara gəlməmişdir. Dəfələrlə Sübhanın və ** saylı MKİS-nin rəisinin qanunsuz və əsassız hərəkətləri barədə şikayətlər vermişdir. Bildirmək istəyir ki, Sərhəd Xidmətinin verdiyi arayışda X7 Azərbaycan Respublikasına ##.##.2022-ci ildə giriş etdiyi qeyd edilmişdir. Belə olduğu halda Sübhan burda olmaya-olmaya ##.##.2022-ci ildə 3 nəfərin şahidliyi ilə necə akt tərtib etmişdirlər. Belə olduğu halda aktın tərtib olunması necə və kimlərin xahişi ilə olmuşdur və həmin sözügedən akt tərtib edildikdən sonra kimlərə verilmişdir. Onun ərizəsi əsasında araşdırma aparan Xətai Rayon Prokrorluğunda bizə məlum olmayan səbəbdən və ya hansısa maraq üzündən iş üzrə səthi araşdırma aparmış və guya qarşı tərəfin yalan məzmunlu izahatlarına əsasən “cinayət işinin̆rədd̆edilməsi”̆haqqındăəsassız̆və̆qanunsuz̆qərarı̆qəbul̆etmişdir. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi Hüseynov İdris Qurban oğlu və prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən daxil olmuş materialları araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli,̆birincĭinstansiyăməhkəməsinin̆qərarı̆dəyişdirilmədən̆saxlanılmalıdır. Məhkəmə tərəfindən material öyrənilərkən məlum olmuşdur ki, Hüseynov İdris Qurban oğlunun müraciəti üzrə toplanmış ***/C-** saylı materialda olan Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, 485/C-25 nöməli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, qanunsuz verilmiş Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar" (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənəd əsasında hər hansı yoxlanış aparmadan müvafiq arayışları təqdim edən Rəşad Quliyevin intizam məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq icra hakimiyyət orqanına təqdimatla müraciət edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və onlara həmin qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yuxarı prokurora və məhkəmə nəzarəti funksiyasını həyata keçirən Xətai rayon məhkəməsinə şikayət etmək hüququ izah edilməsi qərara alınmış, eyni zamzanda ərizə müəllifi Hüseynov İdris Qurban oğluna Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar" (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənədin Sübhan Qurbanova qanunsuz və əsassız verilməsi ilə bağlı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar mülki qaydada aidiyyətĭməhkəmələrə̆müraciət̆etmək̆hüququnun̆olduğŭizah̆edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müstəntiq iş üzrə hərtərəfli araşdırma apararaq Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar" (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənədin qanunusuz verilməsinə baxmayaraq "rəsmi sənəd” hesab olunmadığı qənaətinə gəlmiş, bu səbəbdən cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi barədə qərar qəbul etmiş, hər hansı yoxlanış aparmadan kommunal xidmətlərə təqdim etməsi üçün verilmiş müvafiq arayışlara görə Rəşad Quliyevin intizam məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq icra hakimiyyət orqanına təqdimatla müraciət̆etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, araşdırma zamanı zəruri prosessual hərəkətlər həyata keçirilmiş, toplanmış material əsasında haqlı olaraq Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərar qəbul̆edilmişdir. Bu səbəbdən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslı olduğundan̆şikayət̆təmin̆edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə̆və̆yăqərarlarınădair̆şikayətlərə̆baxır.̆ Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları̆pozulan̆digər̆şəxslər̆şikayət̆vermək̆hüququnămalikdirlər.̆ Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, əməliyyataxtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən̆və̆yăqərarlarından̆məhkəməyə̆şikayət̆vermək̆hüququnămalikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə kifayət qədər araşdırma aparılmış, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlara düzgün qiymət verilmişdir. Barəsində şikayət verilən Xətai Rayon Prokrorluğunun böyük müstəntiqi, II dərəcələri hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar qanunidir, qərarın ləğvi üçün əsas yoxdur, ibtidai araşdırma orqanının iş üzrə qərarının ləğvinə səbəb olacaq pozuntusu müəyyən edilmir və bu baxımdan məhkəmə kollegiyası birincĭinstansiyăməhkəməsinin̆gəldiyĭnəticə̆ilə̆razılaşır̆və̆onŭəsaslı̆hesab̆edir. Şərh edilənlərdən aydın olur ki, Xətai Rayon Prokrorluğunun böyük müstəntiqi, II dərəcələri hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə Hüseynov İdris Qurban oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı qanuni və əsaslıdır, apelyasiya şikayətinin̆təmin̆olunması̆üçün̆qanunvericiliklə̆nəzərdə̆tutulan̆əsaslar̆mövcud̆deyil. Azərbaycan Respublikası CPM-in 451.1.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunĭhesab̆edilməsĭbarədə̆qərar̆çıxarmaq̆hüququnămalikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 451-453-cü maddələrini rəhbər̆tutaraq̆məhkəmə̆kollegiyası QƏRARA ALDI: Apellyasiyăşikayətĭtəmin̆edilməsin. Xətai Rayon Prokrorluğunun böyük müstəntiqi, II dərəcələri hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqınnda qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə Hüseynov İdris Qurban oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- **/****̆nömrəlĭqərarı̆dəyişdirilmədən̆saxlanılsın. Qərar̆qətidir,̆ondan̆kassasiyăşikayətĭvə̆yăkassasiyăprotestĭverilə̆bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Sabit̆Bəhrəmzadə, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar