Məhkəmə qərarları › İş №6(3-6)-387/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-387/2026

06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-387/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən, məruzəçi hakim), Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis RRı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İbadzadə) ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək həmin qərardan narazı olduğunu, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkətlərinin qanunsuz hesab ediməsi və barələrində tədbir görülməsi haqqında məhkmə nəzarəti qaydasında onların hərəkət və hərəkətsizliyindən şikayət etmişdir. Onlar onun işinə baxmırlar. Cinayət qanunu pozurlar, yol vermiş qanun pozuntularına göz yumurlar. Lakin şikayətin digər hissəsi əlyazma ilə tərtib edilməklə, məzmunu aydın oxumaq olmadığından, şikayət müəllifinin nə barədə şikayət etməsi və Nəsimi Rayon Məhkəməsi tərəfindən hansı qanun pozuntularına yol verilməsini şikayətin məzmunundan müəyyən etmək mümkün olmamışdır. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi Şikayət verən şəxs və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətlə əlaqədar materialı araşdırıb hesab edir ki, Şikayət verən şəxs şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin Lll fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyataxtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.2-ci maddəsin əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Qeyd edildiyi kimi, məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nisbətən yeni institutdur. 2000-ci il # ######## tarixindən qüvvəyə minmiş CPM-in 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası CPM-in 443-454-cü maddələri ilə müəyyən edilir.». “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs şikayətində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyindən şikayət etsədə, hazırda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hansı hərəkətlərindən narazı qaldığı aydın ifadə olunmamış, şikayət əlyazma ilə tərtib edilməklə məzmunu aydın olmadığından, onun konkret olaraq hansı məsələ üzrə hüquqlarının pozulmasını, hansı qərardan, yaxud hərəkət və ya hərəkətsizlikdən şikayət etməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında işə baxılarkən Şikayət verən şəxs ərizəsində göstərdiyi hallar məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, Şikayət verən şəxs şikayətində göstərdiyi dəlillər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, Şikayət verən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis R Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasna dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis RRı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Sədrlik еdən İbrahim İbrahimli Hаkimlər: Telman Hüseynov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar