Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-395/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs – Şikayət verən şəxs iştirakı ilə Şikayət verən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin rəisinin və polis işçilərinin hərəkətləri barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmaması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, ona aid evin qanunsuz söküldüyünə, telefonları əlindən alındığına və bölməyə qanunsuz aparıldığı üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin qanunsuz hərəkətləri barədə müvafiq qərar qəbul edilməsini, müvafiq maddə ilə onlara cinayət işi açılmasını, onu qanunsuz tutduqları üçün evə buraxılmasını və 15-ci PŞ-nin polisləri və rəisinin elədiyi hərəkətlərə görə cavab verilməsini, vəzifə səlahiyyətlərini aşaraq hüquqlarını kobud şəkildə pozan Sabunçu RPİ-nin 15-ci PŞ haqqında intizam icraatı başlanılmasını, məhkəmə prosesinə qədər qəsəbə nümayəndəsi tərəfindən ona təqdim edilməyən bütün sənədlərin surətinin tərəfinə rəsmən verilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından görünür ki, şikayət təmin edilməmişdir. Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməsini və şikayətin təmin edilməsini və ya Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün birinci instansiya məhkəmə (Sabunçu Rayon Məhkəməsinə) digər hakimə göndərilməsini, ona aid ünvan 1 ünvanında yerləşən ona aid evin qanunsuz söküldüyünə görə və telefonlar əlindən alındığına görə və bölməyə qanunsuz aparılmasına görə Sabunçu RPİ-nin 15 PŞ-nin qanunsuz hərəkətləri barədə müvafiq qərar qəbul edilməsini, müvafiq maddə ilə onlara cinayət işi açılmasını, vəzifə səlahiyyətlərini aşaraq hüquqlarını kobud şəkildə pozan Sabunçu RPİ-nin 15 PŞ haqqında intizam icraatı başlanılmasını, məhkəmə prosesinə qədər qəsəbə nümayəndəsi tərəfindən ona təqdim edilməyən bütün sənədlərin surətinin ona rəsmən verilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu RİHB Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayev qeyri-qanuni tikdikləri damı üstündə olan evi sökdü, hansı ki 2 ha ərazidə hamının evi sənədsizdir, və heç bir qərar və ya sərəncam olmadan sökdü, polisləri işə cəlb etdi, polislər onu 15-ci Polis Şöbəsinə apardılar və foto video çəkən yerdə onun, arvadının və anasının telefonlarını əllərindən alaraq zorla onu apardılar və onun da, anasının da, arvadının da video çəkən yerdə telefonlarını əllərindən aldılar və dedilər “videoları silin yoxsa format edəcik telefonları”. Burda özbaşınalıq baş verir. Xəqani və Əvəz rüşvət əsasında Lal-Karlar Cəmiyyətinin torpağında evlər tikib və camaata satıb, onlar da o evlərdən birini alanlardan biri. Digər bütün evlərə dəymədilər, tək onların evini sökdülər və polis çağırdılar, polisdə araşdırmamış güc tədbir etdi və telefonları aldı. Cinayətə və cinayətkarlara, rüşvətxorlara köməklik edirlər. Onu polis maşınına hansısa əsasla otuzdurdular və bölməyə hansı əsasla apardılar və hansı əsasla bölmədə saxladılar? Hansı əsasla icazə vermədilər videoya çəkək və hansı əsasla telefonları əllərindən aldılar və hansı əsasla videoları silməyə məcbur etdilər və hansı əsasla arvadının telefonun format elətdirmək üçün saxlayıblar və hansı əsasla arvadının telefonun format etmək istəyirlər? Onu məcbur etdilər ki imza atsın ki şikayəti yoxdur polislərdən, amma təsir və təyziq altında olmuşdur, o, şikayətçidir 15-ci Polis Şöbəsinin 20 nəfərdən çox silahlı polislərindən və rəislərindən. DVR kamera yaddaş cihazmıda götürüblər vermirlər, deyirlər ki format edəcəklər, orada qanunsuz hərəkətlər barədə bütün sübutlar var. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti, iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarında şikayətdə qeyd edilən halların məhkəmə nəzarəti qaydasında baxılması nəzərdə tutulan məsələlər dairəsinə aid olmadığı qənaətinə gəlmiş, həmin tələblər üzrə məhkəmə tərəfindən hüquqi qiymətləndirmə aparılması üçün prosesual əsasların mövcud olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar, işin mübahisəli hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara, maddi və prosessual hüquq normalarının tələblərinə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 453-454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-395/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-395/2026
08.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver