Məhkəmə qərarları › İş №6(3-6)-397/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-397/2026

09.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-397/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin ”təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən Şikayət verən şəxs şikayət ərizəsi əsasında "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ##### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Lakin həmin qərar qəsdən ərizəçiyə göndərilməmişdir. Belə bir qərarın qəbul edilməsi öyrəndikdən sonra həmin qərarı rəsmi qaydada müstəntiqdən ala bilmişdir. ## ###### 2025-ci il tarixində, saat 17:00 radələrində yaşadığım evin qarşısında qonşuluqda yaşayan Ramil adlı şəxs özünə məxsus "TOYOTA" markalı avtomobilini onun həyətinin qarşısında saxlanılmasına irad bildirdirdi. Bundan sonra həmin şəxs ona hücum etdi və maşından götürdüyü dəmirlə və yumruqla onun sifətinə zərbələr endirərərk, ona ciddi xəsarət yetirmişdir. Həmin vaxt orada olan Ramilin qardaşı Kamil və daha 3 nəfər şəxs onu Ramilin əlindən zorla almışlar. Ona zor tətbiq etməyi azmış kimi Ramil onu öldürəcəyi ilə hədələdi. Bundan sonra onun tərəfindən dərhal 102 Xidmətinə məlumat verilmiş, bu barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən "araşdırma" aparılmışdır. Araşdırma nəticəsində cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan mənim tərəfimdən verilmiş şikayət Xətai rayon prokurorluğu tərəfindən ləğv edilmiş və araşdırma aparılması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir, lakin Xətai rayon Polis İdarəsi ancaq təqsirləndirilən şəxsin mənafeyini müdafiə etdiyi üçün heç bir tədbir görülməmişdir. Bundan sonra onun tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, 11 mart 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən Şikayət verən şəxs şikayəti əsasında "cinayət işinin başlanmasından imtina edilməsi" barədə ## ###### 2025-ci il tarixli qərarı ləğv edilərək əlavə araşdırılmaya qaytarılmışdır. Lakin Xətai rayon Polis İdarəsinin əməkdaşı tərəfindən heç bir araşdırma aparılmamışdır. Ancaq barəsində şikayət edilən şəxsin mənafeyini qanundan üstün tutan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən Şikayət verən şəxs şikayət ərizəsi əsasında “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ## ##### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Qərar mövcud hüquq normalarının qəsdən, kobud pozuntusu ilə qəbul edilmişdir Beləki, barəsində şikayət edilən şəxsin əməlində 221.1-ci maddəsinin əlamətinin olmasına baxmayaraq, “araşdırma" aparan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən bu hala qəsdən düzgün qiymət verilməmişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq hesab olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınında lazımı qaydada məlumatlandırılmış polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qəbul etdiyi Şikayət verən şəxs müraciəti əsasında HK-*-**** saylı material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınaraq cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması qərara alınmışdır. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs döyülməsi barədə müraciəti əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində toplanmış 2582/25 (HK*/****-**) nömrəli material üzrə şöbənin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə ## ##### 2026-cı il tarixli qərar ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş matreiallarının tədqiqi zmaanı aydın olur ki, Şikayət verən şəxs müraciəti əsasında əvvəlcə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2026-cı il tarixli qərar qəbul edilmiş, daha sonra Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən həmin qərarın ləğvi ilə bağlı ## #### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi Xətai rayon Polis İdarəsi və Xətai rayon prokurorluğu tərəfindən Şikayət verən şəxs müraciəti ilə bağlı müvafiq tədbirlər görülmüş, barəsində şikayət etdiyi qərar ləğv edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar