Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-399/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 09 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edərək, ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 944-C-** №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 09 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Həmin qərardan Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə şikayət verərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarını ləğv edilməsini, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının ləğv edilməsini, Şikayət verən şəxs müdafiə hüququnun pozuntusu barədə qərar qəbul edilməsini, Şikayət verən şəxs işgəncə verilməsi və şəxsi həyatına hörmət hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmə qərar qəbul edərkən vəkilin vəsatətlərinə, təqdim olunan sübutlara münasibət bildirməyib. Təqdim olunan şəkillərdə zədə izlərinin və zorakılığın açıq-aşkar görünməsinə baxmayaraq, məhkəmə şikayəti təmin etməyib. Həmçinin məhkəmə dəfələrlə təyin olunmuş iclasları əsaslı səbəb olmadan təxirə salıb. Ədalətli məhkəmə mühakiməsi düzgün aparılmayıb. Hərəkətlərindən şikayət edilən Azərbaycan Respublikasının Baş Prokurorluğu iclasda iştirak etməyib və təqdim olunan sübutları təkzib edən yeni sübut təqdim etməyib. Bütün bunlara baxmayaraq, məhkəmə şikayəti əsassız olaraq rədd edib. Buna görə də Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı ləğv olunmalıdır. Ərizəçi ## ####### 2002-ci ildə Rusiya Federasiyasının Maqadan vilayətində doğulub. Rusiya Federasiyasının vətəndaşıdır, əvvəllər məhkum olunmayıb, Rusiya Federasiyasında fəaliyyət göstərən “xxxx” şirkətində kopirayter vəzifəsində işləyib. Həbs edildiyi günə qədər Azərbaycanda qanuni əsslarla yaşayıb. 2025-ci ilin iyun ayının sonunda Rusiya ilə Azərbaycan Respublikasının münasibətləri hiss ediləcək qədər pisləşib. Rusiyada Azərbaycan əsilli və bəziləri Azərbaycan respublikasının vətəndaşı olan şəxslər kütləvi şəkildə həbs edilib. Onlara işgəncələr verilib və hətta işgəncədən ölən şəxslər də vardır: Azərbaycanın media orqanlarının məlumatına görə, iyunun 27-də səhər X6 Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir (Bakı ilə Moskva arasında 'soyuq şimal küləyi əsir'). Buna cavab olaraq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları da Rusiya vətəndaşlarının kütləvi həbsinə start verib və hüquq mühafizə orqanlarının qarmağın və ya qara siyahısına Ərizəçi də düşüb. Halbuki, o heç bir cinayət. ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə keçən gecə Ərizəçinin Nərimanov rayonunda yaşadığı mənzilə bir qrup polis hücum edib. Ərizəçinin evindən axtarış və götürmə edib. Bütün informasiya daşıyıcılarını, texnikalarını götürüb. Ərizəçiyə deyiblər ki, yuxarıdan göstəriş gəlib və onu tutacaqlar. Yaxşı olar ki, polis nə deyir onu etsin və polisin onun üzərinə qoyduğu narkotik vasitənin ona məxsus olduğunu desin. Əvvəlcə o razılaşmadıqda polis heyətinə rəhbərlik edən polis əməkdaşı onu şillələyib. Deyib ki, özünü çox döydürməsin əks halda onu döyüb etiraf etdirəcəklər. Onları məcbur ediblər ki, narkotik bükümü olduqlarını etiraf edən video çəkilişə razı olsunlar. Hətta deyiblər ki, onlara bir kiloqram narkotik maddə verəcəklər. Beləliklə ərizəçiyə mətn verib əzbərlətdiriblər və sonra videoya çəkiblər. Video çəkiliş zamanı Ərizəçi polisin ona əzbərlətdirdiyi mətni unutduğundan videoçəkilişlər təkrartəkrar edilib. Sonra onu Nərimanov RPİ-nin MYS-inə gətiriblər və orada onun şəkillərini çəkiblər: Daha sonra polis onun yanına gəlib və telefonunun və komputerinin kilid açarlarını verməsini istəyib. Ərizəçi imtina etmək istəyəndə yenə də, həmin polis əməkdaşı Ərizəçini şillələyib. Ərizəçi kilid kodları polisə verib. Bir müddətdən sonra Ərizəçinin yanına polislər gəlib və bildiriblər ki, heç bir şəxsi məsələ deyil, amma yuxarıdan onlara deyiblər ki, Ərizəçini döysünlər. Çünki Rusiyada Azərbaycanlıları döyüblər. Ərizəçini polislər xeyli döyüb və Ərizəçinin sir-sifəti qanın içində olub. Sonradan ərizəçini başqa polis idarəsinə aparıblar və orada Ərizəçi və tanımadığı digər Rusiya vətəndaşlarını da döyüb məcbur ediblər ki, qaz yerişi yerisinlər, qatarqatar getsinlər və.s. sonra Ərizəçini üzü divara çevirib, diziüstə qoyublar. Ərizəçi elə bilib ki, onu güləlləyəcəklər və onda dərin psixoloji sarsıntı və qorxular yaradılıb: Sonra həmin idarədə onları bir-bir otağa salıb döyüblər. Ərizəçi bildirir ki, tərcüməçi, dövlət hesabına təyin edilən vəkil və müstəntiq onun üzündəki qan izlərini, xəsarət izlərini gördü, amma heç bir tədbir görmədi. Ərizəçi bildirir ki, onu elə qanlı vəziyyətdə onları Səbail rayon məhkəməsinə gətiriblər və içəriyə jurnalist salıb Ərizəçi və qeyrilərinin üzləri qanlı və xəsarətli şəkillərini çəkdiriblər. Elə qanlı vəziyyətdə onları Səbail Rayon Məhkəməsinə gətiriblər. Səbail Rayon Məhkəməsi heç bir halı yoxlamadan Ərizəçi barəsində 4 ay həbs qtimkan tədbiri seçib. Səbail rayon Məhkəməsi həbs qərarını ərizəçiyə verməyib və onu Bakı istintaq Təcridxanasına da göndərməyib. Ərizəçi qeyd edir ki, hazırkı müdaxilə, Ərizəçinin həbsi heç bir hüquqi əsaas olmadan siyasi məqsədlə həyata keçirilib. Ərizəçinin vəkili Baş Prokurorluğa işgəncə verilmə faktının araşdırılması üçün müraciət edib. Lakin Baş Prokurorluq işgəncə faktının olmaması qənaətinə gəlib. Hesab edirlər ki, Baş Prokurorluğun qərarı tamamilə qanunsuz və əsassız olub. Qərardan da görünür ki, prokurorluq heç bir araşdırma aparmayıb. Sadəcə polis əməkdaşlarını dindirməklə kifayətlənib. Polis əməkdaşları isə izahatlarında İ.Bezuqlıy barəsində məlumat veriblər. Mediada yayılan fotoşəkillərə və videoçəkilişlərə qiymət verməyib. 26-cı Polis Bölməsinin, Səbail RPİ-nin kamera görüntülərini tələb edib araşdırmayıb. Ərizəçi ilə həbs edilən digər Rusiya Federasiyasının vətəndaşlarını dindirməyib. Səbail rayon məhkəməsinin kamera görüntüləri və məhkəmə prosesinin audio-video yazısı araşdırılmayıb. Səbail rayon məhkəməsində Ərizəçini görən şəxslər (hakim, katib, polis) dindirilməyib. Baş Prokurorluq Ərizəçiyə dövlət hesabına təyin edilən vəkil və tərcüməçini dindirməyib. Ərizəçinin mobil telefon və komputerinin götürülməsi faktını araşdırmayıb. Baş Prokurorluq Ərizəçinin müdafiə hüququnun pozuntusu faktını araşdırmadı. Baş Prokurorluq Bakı İstintaq Təcridxanasından Ərizəçinin şəxsi işini, foto şəkillərini almayıb və kamera görüntülərini tələb etməyib. Ərizəçinin Səbail rayon məhkəməsində dəmir barmaqlığa salınması faktını araşdırmayıb. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə və prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən daxil olmuş materialları araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 09 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən ***-C-** nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs Sergeyiviçin bədən xəsarətlərinin hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qnunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, əməliyyataxtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə kifayət qədər araşdırma aparılmış, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlara düzgün qiymət verilmişdir. Barəsində şikayət verilən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 ## ####### 2025-ci il tarixli qərar qanunidir, qərarın ləğvi üçün əsas yoxdur, ibtidai araşdırma orqanının iş üzrə qərarının ləğvinə səbəb olacaq pozuntusu müəyyən edilmir və bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu əsaslı hesab edir. Şərh edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqınnda qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı qanuni və əsaslıdır, apelyasiya şikayətinin təmin olunması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar mövcud deyil. Azərbaycan Respublikası CPM-in 451.1.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 451-453-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X2 ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqınnda qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə Şikayət verən şəxs Sergeyiviçin müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №6(3-6)-399/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-399/2026
13.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver