Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-400/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun “Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsinə” dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim olunmuş materiallardan görünür ki, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək ərizəsində AR CMnin 109, 32.2-ci maddəsi ilə fakt üzrə cinayət işi başlanılması və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi X2 onun barəsində qanunsuz təqibində icraçı olduğuna əsasən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) **/*-**** saylı, 16 fevral tarixli ərizə göndərmişdir. Cinayət haqqında ərizəsinə bir ay ərzində müvafiq prosessual qərarla cavab verilməli olan halda cavab verilməmişdir. Buda AR CPM-nin 449.3.1-ci maddəsinin tələbi ilə cinayət haqqında ərrizənin qəbulundan imtinadır. Hadisə 8 qərar üzrədir və.s cinayət haqqında ərizənin surətində yazılmışdır və həmin qərarlar ərizəyə əlavə edilərək Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109, 32.2-ci maddəsi ilə fakt üzrə cinayət işi başlanılması və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın mənim qanunsuz təqibimdə icraçı olduğuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna **/*-**** saylı, ## ###### 2026-cı il tarixli ərizə göndərmişdir. Onun bu ərizəsinə yəni cinayət haqqında ərizəsinə bir ay ərzində müvafiq prosessual qərarla cavab verilməli olan halda, cavab verilməmişdir. Bu da, Azərbaycan Respublikası CPM-nin 449.3.1-ci maddəsinin tələbinin əlehinə cinayət (haqda) haqqında ərizəsinin qəbulundan imtina olmuşdur. Hadisə 8 qərar üzrədir və sair, cinayət haqda ərizənin sürətində yazılıb və həmin qərarlar qoşmaya əlavə edilərək sübut kimi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim S.Bağırova) qərarı ilə şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun “Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsinə” dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya şikayəti verərək həmin qərardan narazı olduğunu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı maddi-hüquq və prosessual-hüquq pozuntusu ilə qəbul edildiyindən qanunsuzdur. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini, ərizəsinin icraata qəbul edilməsi ilə, ərizəsinin mahiyyəti üzrə baxılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun iştirakını təmin etməmişlər və Azərbaycan Respublikasının Baş prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycar Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; (122.2.1.) -ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; (122.2.2.) -bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; (122.2.3.) bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. (122.2.4.) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, «Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; - təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Göründüyü kimi, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir. Hazırkı şikayətin icraata qəbul edilməsi məsələsini yoxlayaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı istənilən qəralarından deyil, konkret olaraq, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi qərarlarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Ərizəçinin təqdim etdiyi şikayət məzmun etibarilə konkret prosessual qərarın və ya hərəkətin qanuniliyinin yoxlanılmasına deyil, ümumilikdə prokurorluq orqanlarının fəaliyyətinin qiymətləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinə əsasən məhkəmə nəzarəti fərdi xarakter daşıyır və yalnız konkret prosessual aktların qanuniliyinin yoxlanılması ilə məhdudlaşır. Məhkəmə nəzarəti institutu istintaq və təhqiqat orqanlarının bütün fəaliyyətinə ümumi nəzarət mexanizmi deyil, yalnız qanunvericiliklə dəqiq müəyyən edilmiş hallarda tətbiq edilən xüsusi hüquqi vasitədir. Bu institutun məqsədi ibtidai araşdırmanın gedişində insan hüquq və azadlıqlarına ciddi müdaxilə yaradan konkret prosessual qərar və hərəkətlərin operativ məhkəmə yoxlanmasını təmin etməkdir. Bu baxımdan, qanunverici tərəfindən həmin halların məhdud dairədə müəyyən edilməsi hüquqi müəyyənlik və prosessual intizam prinsiplərindən irəli gəlir. Təqdim olunmuş şikayət materiallarında konkret olaraq ərizənin, kim tərəfindən qəbul edilməsindən imtina edildiyi və ya ümumiyyətlə qəbul olunmadığı müəyyən edilmir. Nəticədə, şikayətin predmeti qeyri-müəyyən qalır və məhkəmə tərəfindən yoxlanıla biləcək konkret prosessual hərəkət və ya qərar müəyyən oluna bilmir və bu şikayətin məhkəmə nəzarəti qaydasında yoxlanılmasında prosessual çətinliklər yaradır. Hazırkı şikayətdə isə cinayət haqqında ərizənin qəbul edilməsindən imtinanın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsində qeyd edilən hansı konkret vəzifəli şəxs tərəfindən həyata keçirildiyi göstərilməmiş, ümumi şəkildə Azərbaycan Respublikası Baş Prokurorluğunun adı qeyd edilmişdir. Halbuki, məhkəmə nəzarəti institutu dövlət orqanının bütövlükdə fəaliyyətinin deyil, məhz cinayət prosesində iştirak edən konkret şəxsin prosessual davranışının qanuniliyinin yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan, şikayətin subyektin qeyri-müəyyən olması məhkəmə tərəfindən həmin şikayətin predmetini və yoxlama hədlərini müəyyən etməyə imkan vermir. Eyni zamanda, konkret Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsində qeyd edilən prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilən şəxslərin müəyyən edilməməsi onun prosessual səlahiyyətlərinin olub-olmamasının, eləcə də iddia edilən hərəkətin və ya hərəkətsizliyin cinayət prosesi çərçivəsində həyata keçirilibkeçirilmədiyinin qiymətləndirilməsini mümkünsüz edir. Beləliklə, şikayətdə prosessual hərəkəti və ya qərarı qəbul etmiş şəxsin konkret göstərilməməsi müstəqil prosessual çatışmazlıq olmaqla, şikayətin məhkəmə nəzarəti qaydasında baxılması imkanını aradan qaldırır və onun icraata qəbul edilmədən geri qaytarılması üçün əsas vermişdir. İş materallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs Hüseyn oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi tərəfindən şikayətin təmin edilməməsi əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun “Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsinə” dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı Şikayət verən şəxs Hüseyn oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik еdən İbrahim İbrahimli Hаkimlər: Telman Hüseynov Elməddin Hüsenov
Məhkəmə qərarları › İş №6(3-6)-400/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-400/2026
13.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver