Məhkəmə qərarları › İş №6(3-6)-402/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-402/2026

17.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-402/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi, Union Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə edilmiş ərizənin qəbulundan və CPM-in 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsinə dair hərəkətsizliyin qanunsuz hesab edilməsinə dair Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət verərək, cinayət barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə edilmiş ərizənin qəbulundan və CPM-in 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsinə dair hərəkətsizliyin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 2011-ci ildən sərnişin daşıma fəaliyyəti göstərmiş "xxxx" MMC-nin (VÖEN **********) təsisçisidir. ##.##.2021-ci il tarixdə Sabunçu Rayon Polis Idarəsinin müstəntiqi tərəfindən şirkətin əmlaklarının sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı əsasında AR CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə "xxxx" MMC-nin direktor müavini X1 ##.##.2021-ci il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Daha sonra əməl AR CM-nin 179.3.2-ci maddəsinə tövsüf edilərək, Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin qərarları məhkəmələr tərəfindən dəfələrlə ləğv edilmiş, hərəkətsizlikləri qanunsuz sayılmışdır. Sabunçu Rayon Prokurorluğunun və Bakı şəhər Baş Polis Idarəsinin qərarlarının ləğvi ilə bağlı məhkəmələrin qərarlarına baxmayaraq, yenə də istintaq orqanları məhkəmə qərarlarını nəzərə almadan hərəkətsizlik göstərirlər. Dörd ildən çoxdur ki, şirkətin avtobuslarının və pullarının mənimsənilməsi faktı üzrə cinayət işi başlansa da təqsirkar şəxslər məsuliyyətdən kənar qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayev qüvvədə olan məhkəmə qərarının olmasına baxmayaraq, qərarların icrası ilə bağlı ümumiyyətlə heç bir tədbir görmürlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarlarını icra etməməklə, vəzifəli şəxslər ədalət mühakiməsinin nüfuzuna xələl gətirirlər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri qərəzli olaraq məhkəmə qərarlarını icra etmirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" ## #### 2022- ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə zərərçəkmiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Şikayət verən şəxs şahidlərX3, X5, X1, X4 ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhtbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Tural Mürsəlovun «cinayət işi üzrə icraatın dayandırılması» haqqında ## #### 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş. Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 6(008)- */**** saylı qərarı və ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı düzəliş qərarı ilə Sabunçu rayon prokurorluğunun müstəntiqi X7 Ramil Mətləb oğlu barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2022-ci il tarixli qərar ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" ## ###### 2023-cü il tarixli qərar ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "cinayət işi üzrə icraata xitam verilməsi" haqqında ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə araşdırmanın aparılması davam etdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" haqqında ##.##.2024-сü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" haqqında ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu Rayon prokuroru Ibrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)-**/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "cinayət işi üzrə icraata xitam verilməsi haqqında" ## ### 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviriləsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə "Təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" ## #### 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən şikayətçi Şikayət verən şəxs 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə heç bir araşdırma aparmaması, müraciətin nəticəsi üzrə hər hansı prosessual qərar qəbul etməməsi və ya rəsmi cavab verməməsi və məhkəmə qərarlarında göstərilən digər xüsusatlar üzrə araşdırma aparmamasının qanunsuz hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Natiq Məmmədovun "cinayət işi üzrə icraatın dayandırılması" haqqında ## ####### 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov tərəfindən şikayətçi Şikayət verən şəxs 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina etməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Şikayət verən şəxs vəkili (nümayəndəsi) Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi" haqqında # ###### 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviriləsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi(materialı istintaq aidiyyatı üzrə göndərilməsi haqqında ## #### 2025-ci il tarixli qərarı) qanunsuz hesab edilmiş, ərizəçinin nümayəndəsi və vəkili Müdafiəçi şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayətçinin nümayəndəsi və vəkili Müdafiəçi şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 6(008)- ***/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Şikayət verən şəxs və X6 şahidlər X3 ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu Rayon prokuroru Murad Dadaşov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-c1 il tarixli, *(*-***)-**/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Sabunçu Rayon Prokurorluğunun və Sabunçu RPI-nin qərarlarının ləğvi ilə bağlı yuxarıda göstərilən məhkəmələrin qərarlarına baxmayaraq, məhkəmə qərarları icrasız qalmışdır. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmələr tərəfindən çoxsaylı qərarlar qəbul edilməsinə baxmayaraq, həmin vəzifəli şəxslər məhkəmə qərarlarında göstərilmiş xüsusatları araşdırmaq və hər hansı bir tədbir görmək niyyətində deyillər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri buna biganə münasibət bəsləməkdədir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayev vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını qərəzli olaraq icra etmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədovun və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin və digər səlahiyyətli (məsul) şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunma məsələsine baxılmasını xahiş etmişəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2026-ci il tarixli, *-**-**/*-İ****- **/****-C-**** saylı məktubu ilə Şikayət verən şəxs Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilmişdir. Həmçinin, ərizəm üzrə aparılan araşdırmanın icra vəziyyəti barədə məlumat almaq istəsəm də buna nail ola bilməmişəm. Ədliyyə Nazirliyi tərəfindən müraciətlərimin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilməsindən 4 ay keçməsinə baxmayaraq, Nazirlik tərəfindən CPM nin 207-ci maddəsində nəzərdə tutulmuş heç bir prosessual qərar qəbul edilməmiş, şikayətin aqibəti barədə məlumatlandırılmamışam. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin struktur qurumları cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Ərizənizin harada və kimin icraatında olması barədə ziddiyyətli məlumatların verilməsi və rəsmi cavabın verilməsinin gecikdirilməsi ərizənin qəbul edilməsindən imtina edilmədir. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs vəkili Müdafiəçi cinayət barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə edilmiş ərizənin qəbulundan və CPM-in 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsinə dair hərəkətsizliyin qanunsuz hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, cinayət haqqında ərizə ilə müraciət edilməsindən hazıradək mahiyyəti üzrə heç bir prosessual hərəkət aparılmayıb, hər hansı bir qərar qəbul edilməyib. Bu müddət ərizəndə ərizənin kargüzarlıq daxilində hərəkətini ərizə üzrə araşdırmanın gedişi kimi qəbul etmək absurddur. Məhkəmə qərarının icrası "ədalətli mühakimə” anlayışının tərkib hissəsidir. Azərbaycan Respublikası DIN və struktur qurumlarının məhkəmə qərarlarına nümayişkaranə şəkildə məhəl qoymaması Konvensiyanın 6 və 13-cü maddələrinin kobud pozuntusudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2026-ci il tarixli, 3-16- **/*-İ-****-**/****-C-**** saylı məktubu ilə Şikayət verən şəxs Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilmişdir. Şirkətin əmlakının talanmasını nəzərə alaraq, dövlətin zərərçəkmiş şəxs qarşısında "effektiv istintaq aparmaq" pozitiv öhdəliyi yaranır. AR DIN-nin materialı sadəcə "kargüzarlıq" daxilində saxlayıb prosessual qərar çıxarmaması birmənalı olaraq CPM- nin tələblərinin pozulmasıdır. Ədliyyə Nazirliyi tərəfindən müraciətlərimin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilməsindən 5 ay keçməsinə baxmayaraq, Nazirlik tərəfindən CPMnin 207-ci maddəsində nəzərdə tutulmuş heç bir prosessual qərar qəbul edilməmiş, şikayətin aqibəti barədə məlumatlandırılmamışam. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin struktur qurumları cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Qanunverici ərizənin qəbul edilməsindən imtina edilmə dedikdə, hərfi mənada ərizəni götürməkdən imtinanı deyil, ərizə üzrə prosessual hərəkətlərin edilməməsini nəzərdə tutmuşdur. Hazırki halda ərizəçinin hüquq və mənafelərinə toxunan hərəkətsizliyin sonradan məhkəmə icraatı zamanı mübahisələndirmək imkanı yoxdur. Əks halda, ərizəçinin pozulmuş hüquqların bərpasına istiqamətində məhkəmə nəzarətinin səmərəliliyi şübhə altına alınardı. Azərbaycan Respublikasının DIN-nin struktur qurumları cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Cinayət-Prosessual Məcəllənin 38.1-ci maddəsində cinayətin izlərinin qorunmasının və götürülməsinin əhəmiyyəti baxımından hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat alındığı halda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müvafiq tədbirlər görülməsi müəyyən edilmişdir. Qanunvericiliyin bu tələbinə əsasən, həmin Məcəllənin 207-ci maddəsində törədilmiş və ya hazırlanan cinayət haqqında daxil olmuş məlumatla bağlı (cinayət işinin dərhal başlanması, böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçı tərəfindən cinayət işi başlamadan sadələşdirilmiş icraatın aparılması və s. istisna olmaqla) təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən zəruri hallarda müəyyən hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Onların sırasına ilkin yoxlama və Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlər aid edilmişdir. Həmin məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək və xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək haqqında qərarlardan birini qəbul etməlidir. “Cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi” cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilən qərar və hərəkətləri (hərəkətsizlik) siyahısına ona görə daxil edilmişdir ki, baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilsin, təxirəsalınmadan istintaq hərəkətləri aparılmaqla, habelə əməliyyat-axtarış və digər tədbirləri vaxtında həyata keçirməklə cinayətlərin «isti izlər»lə açılması, cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməsi mümkün olsun. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan AR CPM-nin tələblərini pozmaqla, cinayət haqqında məlumatlara baxarkən ərizədə göstərilən dəlillərlə bağlı ilkin yoxlama apararaq, ərizəçidən əlavə sənədləri, ondan və digər şəxslərdən izahatları tələb etməli olduğu halda bundan əsassız imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxsin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə daxil olmuş Şikayət verən şəxs müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubu və qoşması Azərbaycan Respublikası Daxili Işlər Nazirinin birinci müavini S.S.Əzimov tərəfindən ##.##.2026-cı il tarixli dərkənar ilə aidiyyəti üzrə baxılıb araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin rəisi, polis R Əkbər Ismayılova göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Qeyd olunan Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3). Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin LII fəslində təsbit edilmiş məhkəmə nəzarəti institutu cinayət prosesini həyata keçirən orqanların hər hansı formal hərəkətlərinə müdaxilə vasitəsi deyil, şəxsin Konstitusiya və qanunlarla qorunan əsas hüquq və azadlıqlarının pozulmasının, xüsusən də ədalət mühakiməsinə əlçatanlıq hüququnun məhdudlaşdırılmasının qarşısını alan hüquqi müdafiə mexanizmidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2009-cu il tarixli Qərarında da ifadə olunmuşdur ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şikayət verən şəxs Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi və Sabunçu rayon prokurorluğunun müstəntiqinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlamış müarciəti baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyin də ##.##.2026-cı il tarixdə qeydiyyata alınmış və araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinə göndərilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş müraciətin baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinə göndərilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, müraciətin qəbulundan imtina edilməsinə dair hər hansı hərəkətsizlik müəyyən edilməmişdir. Məhkəmə nəzarəti qaydasında baxılan şikayətlərin predmeti cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin yoxlanılmasından ibarətdir. Bu institutun məqsədi istintaq orqanlarının fəaliyyətinə ümumi nəzarət etmək deyil, yalnız konkret və açıqaşkar prosessual pozuntu nəticəsində şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması hallarının aradan qaldırılmasıdır. Məhkəmə hesab etmişdir ki, hərəkətsizlik anlayışı yalnız qanunla müəyyən edilmiş prosessual hərəkətin icra edilməməsi və ya prosessual müddətlərin açıq-aşkar pozulması ilə xarakterizə oluna bilər. Müraciətlərin aidiyyəti üzrə göndərilməsi, qeydiyyata alınması və baxılması üçün səlahiyyətli orqanlara yönləndirilməsi isə prosessual fəaliyyətin tərkib hissəsi olmaqla hərəkətsizlik kimi qiymətləndirilə bilməz. Bundan başqa, şikayətçi tərəfindən həmin hərəkətin onun hansı konkret hüquq və azadlıqlarının pozulmasına səbəb olması, yaxud CPM-in təmin etdiyi hansı prosessual imkanlardan məhrum edilməsi barədə məhkəməyə inandırıcı dəlillər təqdim edilməmişdir. Təkcə sənədin formasının qanunda nəzərdə tutulan formadan fərqlənməsi, bu halın özlüyündə cinayət haqqında ərizənin qəbulundan imtina və ya qanunsuz hərəkətsizlik kimi qiymətləndirilməsi üçün kifayət etmir. Həmçinin məhkəmə araşdırması zaman şikayət verən şəxs Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən qərarın ləğvi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Şikayət verən şəxs Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi və Sabunçu rayon prokurorluğunun müstəntiqinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlamış müarciəti baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə göndərilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyində ##.##.2026-cı il tarixdə qeydiyyata alınmış və araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş müraciətin baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinə göndərilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, müraciətin qəbulundan imtina edilməsinə dair hər hansı hərəkətsizlik müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs vəkili Müdafiəçi cinayət barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə edilmiş ərizənin qəbulundan və CPM-in 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsinə dair hərəkətsizliyin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(5-102)-142/2026 saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar