Məhkəmə qərarları › İş №6(3-6)-406/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-406/2026

14.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-406/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Şikayət verən şəxs Bakı şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin (stop statusunun) tamamilə qanunsuz, hüquqi əsassız və Konstitusiyaya zidd olduğu təsbit edilməsi, həmin məhdudiyyətin dərhal və qaytarılmaz şəkildə aradan qaldırılması, məhdudiyyətin tətbiq edilməsinin hüquqi əsasları, tətbiq edilmə tarixi, tətbiq edən orqan və məsul şəxslər barədə məlumatın, habelə aidiyyəti sənədlərin Bakı Şəhər Baş Polis İdarəsindən məhkəməyə təqdim edilməsi, məhdudiyyətin qanunsuz tətbiq edilməsi nəticəsində Şikayət verən şəxs dəymiş maddi zərərin (aviabilet xərcləri, digər səyahət xərcləri) ödənilməsi, məhdudiyyətin qanunsuz tətbiq edilməsi nəticəsində Şikayət verən şəxs dəymiş mənəvi zərərin (psixoloji stress, şəxsiyyət ləyaqətinin alçaldılması, ailə həyatının pozulması) əvəzinin ödənilməsi, məhdudiyyətin qanunsuz tətbiq edilməsinə görə məsul şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirlərinin görülməsi haqqında aidiyyəti orqanlara müraciət edilməsi barədə məhkəmə təqdimatının verilməsi, bu iş üzrə məhkəmə baxışının təcili və prioritet qaydada keçirilməsi, məhkəmə qərarının dərhal icra edilməsi və Bakı Şəhər Baş Polis İdarəsinə, Dövlət Miqrasiya Xidmətinə, X2 Hava Limanının sərhəd xidmətinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Bakı şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayətinə əlavə verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, Şikayət verən şəxs Bakı Şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuzhesabedilməsi və ölkədən çıxış məhdudiyyətinin aradan qaldırılması barədə məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməsini, Şikayət verən şəxs ##.##.2026 və ##.##.2026 tarixlərində ölkədən buraxılmamasının hüquqi əsaslarının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilməsini, ölkədən çıxışa məhdudiyyətin tətbiqi ilə bağlı bütün qərarlar, göstərişlər, elektron qeydlər,məlumat bazası çıxarışları və xidməti izahatlar tələb edilərək məhkəmə baxışında tədqiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Şikayət verən şəxsTapdıq qızının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə məhkəmənəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, qərarın əsaslandırılmış surəti alındıqdansonraapellyasiya şikayətinin əlavə əsaslandırmalarla tamamlanacağı bildirilmişdir. Hazırkı əlavəhəminapellyasiya şikayətinin ayrılmaz tərkib hissəsi kimi təqdim olunur. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız, sübutların tamvə obyektivaraşdırılması prinsipinə zidd, habelə ərizəçinin effektiv məhkəmə müdafiəsi hüququnutəminetməyən qərardır. Qərar ləğv edilməli, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təminedilməlidir. Birinci instansiya məhkəməsi işin əsas sualını araşdırmamışdır. İşin mahiyyəti ondan ibarət idi ki, Şikayət verən şəxs ## ##### 2026-cı il və12may2026-cı il tarixlərində X2 Hava Limanında ölkədən buraxılmamışdır. Hərikihalda ona “sistemdə stop var” məzmunlu məlumat verilmiş, lakin heç bir yazılı qərar, hüquqi əsas,qərarın tarixi, tətbiq edən orqan və məsul şəxslər barədə məlumat təqdim edilməmişdir. Bu faktlar məhkəməyə təqdim edilmiş aviabiletlər, KİV materialları, ərizəçinin izahatları vədigər sənədlərlə təsdiq olunurdu. Belə olan halda məhkəmənin araşdırmalı olduğu əsas məsələyalnız “hazırda məhdudiyyət varmı?” sualı deyildi. Əsas sual bu idi: ##.##.2026 və ##.##.2026tarixlərində ərizəçi hansı hüquqi əsasla, hansı dövlət orqanının göstərişi ilə və hansı qəraraəsasənölkədən buraxılmamışdır? Məhkəmə bu sualı cavablandırmamışdır. Halbuki məhz bu sual cavablandırılmadannəməhdudiyyətin qanuniliyi, nə də ərizəçinin pozulmuş hüquqlarının bərpası məsələsi həll olunabilərdi. Lakin məhz Bakı Şəhər Baş Polis İdarəsinin hərəkətləri və ya onun vasitəsilə verilmiş göstərişmübahisələndirildiyi üçün həmin orqanın öz məktubu obyektiv, kifayət qədər və təkbaşına həlledicisübut hesab oluna bilməzdi. Barəsində şikayət verilən orqanın özünü müdafiə xarakterli cavabıaraşdırmanın əvəzi ola bilməz. Məhkəmə bu məktubu yoxlamalı, onun digər sübutlarla uyğunluğunu qiymətləndirməli,ziddiyyətləri aradan qaldırmalı idi. Lakin məhkəmə bunu etməmiş, maraqlı dövlət orqanınıncavabını faktiki olaraq “həqiqət” kimi qəbul etmişdir. Bu yanaşma məhkəmə nəzarətininmahiyyətini aradan qaldırır. Əgər barəsində hər hansı məhdudiyyət mövcud deyildisə, Dövlət SərhədXidmətiəməkdaşları 30 aprel və ## ### 2026-cı il tarixlərində ərizəçini niyə və hansı əsaslaölkədənburaxmamışdır? Birinci instansiya məhkəməsi bu açıq və həlledici ziddiyyətə cavab verməmişdir. Vəkilin əsas vəsatəti ümumiyyətlə müzakirə edilməmişdir Müdafiə tərəfi məhkəməyə yazılı vəsatət təqdim edərək sərhəd məhdudiyyəti iləbağlıAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə sorğularverilməsini xahiş etmişdir. Vəsatətdə xüsusi olaraq göstərilmişdir: “Xahiş edirik sərhəd məhdudiyyəti ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlərNazirliyinə və Dövlət Sərhəd Xidmətinə sorğular verilsin. Barəsində şikayət verilmiş orqanın cavabı səhih sayıla bilməz. Bu vəsatət işin taleyi üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki ərizəçini faktiki olaraqölkədənburaxmayan orqan Dövlət Sərhəd Xidməti olmuş, məhdudiyyətin sistemdə kimtərəfindənyerləşdirildiyi, hansı məlumat bazasında göründüyü və hansı hüquqi əsasla tətbiq edildiyi yalnızDİN və Dövlət Sərhəd Xidmətindən alınacaq rəsmi məlumatlarla müəyyən edilə bilərdi. Lakin məhkəmə bu vəsatəti ümumiyyətlə müzakirə etməmiş, onun təminvə yarəddedilməsi barədə ayrıca prosessual qərar qəbul etməmiş, yekun qərarında isə vəsatətə hərhansıhüquqi qiymət verməmişdir. Vəsatətə münasibət bildirilməməsi təkcə formal prosessual qüsur deyil. Bu, müdafiətərəfininsübut toplamaq, mövqeyini əsaslandırmaq və hüquq pozuntusunun mənbəyini müəyyənetdirməkimkanının faktiki olaraq məhdudlaşdırılmasıdır. Belə yanaşma tərəflərin bərabərliyi, çəkişməvəeffektiv müdafiə hüququ prinsiplərinə ziddir. Məhkəmə “məhdudiyyət yoxdur” cavabı ilə keçmiş hüquq pozuntusunuaradanqalxmış hesab edə bilməzdi Birinci instansiya məhkəməsinin yanaşmasında daha bir ciddi səhv ondan ibarətdirki,məhkəmə Bakı Şəhər Baş Polis İdarəsinin “hazırda məhdudiyyət yoxdur” məzmunlu məktubunuəsas götürərək şikayəti əsassız saymışdır. Halbuki ərizəçinin şikayəti təkcə gələcəkdə ölkədən çıxışa maneənin aradan qaldırılması iləbağlı deyildi. Şikayətin predmeti həm də ##.##.2026 və ##.##.2026-cı il tarixlərində faktiki olaraq ölkədən buraxılmamasının qanunsuz hesab edilməsi, bu məhdudiyyətin hansı orqan tərəfindəntətbiqedildiyinin müəyyən edilməsi və pozulmuş hüquqlarının bərpası idi. Dövlət orqanı sonradan “məhdudiyyət yoxdur” deməklə əvvəlki qanunsuz müdaxilənihüquqi baxımdan yox edə bilməz. Əgər vətəndaş iki dəfə sərhəddə saxlanılıbölkədənburaxılmayıbsa, məhkəmə həmin faktın özünü araşdırmalı və ona hüquqi qiymət verməlidir. Əks halda dövlət orqanları istənilən vaxt qeyri-rəsmi “stop” tətbiq edib, sonra məhkəməbaxışızamanı “məhdudiyyət yoxdur” deməklə məsuliyyətdən yayına bilər. Bu isə hüquqi dövlət, hüquqimüəyyənlik və məhkəmə müdafiəsi prinsipləri ilə bir araya sığmır. Qərarda sübutlar arasındakı açıq ziddiyyətlər aradan qaldırılmamışdır İş materiallarında bir tərəfdən ərizəçinin iki dəfə ölkədən buraxılmadığı göstərilir. Digərtərəfdən Bakı Şəhər Baş Polis İdarəsi “məhdudiyyət yoxdur” məzmunlu məktub təqdimedir. Buikihal bir-biri ilə açıq ziddiyyət təşkil edir. Məhkəmənin vəzifəsi bu ziddiyyəti görməməzlikdən gəlmək deyil, onu aradan qaldırmaqidi.Bunun üçün Dövlət Sərhəd Xidmətindən həmin tarixlər üzrə sərhəd keçidinə dair elektronqeydlər,“stop” məlumatının mənbəyi, sərhəd buraxılışından imtinanın səbəbi, sərhəd əməkdaşlarınınxidmətiizahatları və sistemdə görünən məlumatın hansı orqan tərəfindən daxil edildiyi barədə sənədlər tələbedilməli idi. Bu tədbirlər görülmədiyindən məhkəmə qərarı ehtimala, formal məktuba və natamamaraşdırmaya əsaslanır. Natamam araşdırma nəticəsində qəbul edilmiş qərar isə qanuni vəəsaslı hesab edilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməməli və Şikayət verən şəxs Bakı şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Şikayət verən şəxs birinci instansiya məhkəməsinə verdiyi şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026- cı il tarixdə şikayətçi Almaniya Federativ Respublikasına, Berlin şəhərinə səfər etmək məqsədilə X2 Hava Limanına yaxınlaşmışdır. Səfərin məqsədi [ailə ziyarəti/tibbi müalicə digər legitim məqsəd dəqiqləşdirilməlidir] olmuşdur. Hava limanında bütün aviabilet, gömrük və sərhəd qeydiyyat prosedurlarını uğurla başa vurmağına, pasport nəzarətinə daxil olmağına baxmayaraq, sərhəd xidməti əməkdaşları tərəfindən bildirilib ki, barəsində ölkədən çıxışa məhdudiyyət (stop) mövcuddur və bu səbəbdən ölkədən çıxışına icazə verilmir. Şikayətçiyə heç bir yazılı qərar, səbəb göstərilmədən, heç bir izahat verilmədən sadəcə "sistemdə stop var" ifadəsi ilə ölkədən çıxışına mane olunub. Bu hal şikayətçinin Konstitusiya ilə təmin olunmuş sərbəst hərəkət hüququnun, şəxsiyyət ləyaqətinin və ailə həyatına müdaxilənin açıq təzahürüdür. Həmin tarixdən sonra vəkili Müdafiəçi tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti dövlət orqanlarına rəsmi sorğular göndərilmişdir. Sorğulara cavab olaraq şifahi şəkildə bildirilib ki, guya məhdudiyyət aradan qaldırılmışdır. Bu şifahi məlumatın əsasında ## ### 2026-cı il tarixinə Berlin istiqamətində yeni aviabilet alınmışdır. Lakin həmin tarixdə yenidən X2 Hava Limanına yaxınlaşdıqda, pasport nəzarətində eyni səbəb göstərilərək ölkədən çıxışına ikinci dəfə icazə verilməmişdir. Beləliklə, dövlət orqanlarının şifahi vədlərinə əsaslanaraq şikayətçi maddi və mənəvi zərərə (aviabilet xərcləri, vaxt itkisi, psixoloji stress, ailə üzvlərimlə görüşün pozulması) məruz qalmışdır. Dövlət orqanlarının bu davranışı etibarsızlıq, qanunçuluq prinsipinin pozulması və vətəndaşların hüquqlarının kobud şəkildə tapdanması deməkdir. Mətbuatda və ictimaiyyətdə yayılmış məlumatlara əsasən, tətbiq olunan bu məhdudiyyətin həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) jurnalist fəaliyyəti ilə əlaqəli olduğu, məhdudiyyətin məqsədyönlü şəkildə onun ailə üzvlərinə təzyiq göstərmək üçün tətbiq edildiyi bildirilir. Şikayətçi heç bir cinayət işində şahid qismində dindirilmir və ya dindirilsə belə, şahidin ölkədən çıxış hüququ məhdudlaşdırıla bilməz (CPM-in 131-ci maddəsi). Şikayətçiyə qarşı heç bir inzibati xəta işi üzrə qərar qəbul edilməmişdir. Ölkədən çıxış hüququnun məhdudlaşdırılması üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş heç bir hüquqi əsas mövcud deyil. Beləliklə, barəsində tətbiq edilmiş ölkədən çıxış məhdudiyyəti tamamilə qanunsuzdur, hər hansı hüquqi əsası yoxdur və Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq öhdəliklərinə və qanunvericiliyinə ziddir. Barəsində heç bir qanuni əsas olmadan ölkədən çıxış məhdudiyyəti tətbiq edilmişdir. Azərbaycan qanunvericiliyində ölkədən çıxış hüququnun məhdudlaşdırılması üçün nəzərdə tutulmuş hallar (pasport qanununun 11-ci maddəsi) şikayətçinin halında mövcud deyil. Şikayətçiyə heç bir yazılı qərar, məhdudiyyət haqqında sənəd təqdim edilməmişdir. Bu, İnzibati Prosessual Məcəllənin 19-cu maddəsinin, hüquqi müdafiə vasitələrinə müraciət imkanının olması prinsipinin pozulması deməkdir. Müdafiə hüququnun pozulması: Şikayətçiyə qarşı hər hansı qərar qəbul edilmədiyindən, bu qərar barədə məlumat verilmədiyindən müdafiə hüququ həyata keçirilə bilmir. Şikayətçi məhdudiyyətin qanunsuzluğunu mübahisə edə, sübutlar təqdim edə bilmir. Məlumatlandırma hüququnun pozulması: Şikayətçiyə məhdudiyyətin səbəbi, müddəti, tətbiq edən orqan və onun qanuni əsası barədə heç bir məlumat verilməmişdir. Bu, şəffaflıq prinsipinin və vətəndaşın məlumat almaq hüququnun kobud pozulmasıdır. Proporsionallıq prinsipinin pozulması: Hətta məhdudiyyətin hər hansı legitim məqsədi olduğu qəbul edilsə belə, yaşlı qadın, jurnalistin anası olan şəxsin ölkədən çıxışının məhdudlaşdırılması heç bir proporsionallıq daşımır. Bu, aşırı və qeyri-mütənasib tədbirdir. Ailə həyatına müdaxilə: Məhdudiyyət şikayətçinin Almaniyada yaşayan ailə üzvləri ilə görüşmək, onların yanına getmək hüququnu pozur. Bu, AIHK-nin 8-ci maddəsinin və Konstitusiyanın 17-ci maddəsinin pozulmasıdır. Siyasi motivli təzyiq: Mətbuatda yayılmış məlumatlara və faktiki vəziyyətə əsasən, məhdudiyyətin jurnalist Aytac Tapdığın fəaliyyəti ilə əlaqəli olduğu, məqsədyönlü şəkildə onun ailəsinə təzyiq göstərmək üçün tətbiq edildiyi aşkar görünür. Bu, ifadə azadlığına və jurnalistin müstəqilliyinə qarşı təzyiq deməkdir. Etibarsızlıq və vətəndaşların aldadılması: Dövlət orqanlarının şifahi şəkildə məhdudiyyətin aradan qaldırıldığını bildirməsi, lakin praktikada onun davam etməsi, vətəndaşların etibarsızlığına və dövlət orqanlarının qanunsuz hərəkətlərinə görə maddi və mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Şikayət verən şəxs ölkədən getmək hüququna məhdudiyyət qoyulması göstərilərək şikayətlə məhkəməyə müraciət edilmiş, şikayətdə məhkəmədən Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz (stop statusunun) hesab edilməsi, aidiyyəti sənədlərin Bakı Şəhər Baş Polis İdarəsindən məhkəməyə təqdim edilməsi, məhdudiyyətin qanunsuz tətbiq edilməsi nəticəsində Şikayət verən şəxs dəymiş maddi və mənəvi zərərin ödənilməsi xahiş edilmiş, məhkəmə tərəfindən şikayətçinin ölkədən çıxışına hər hansı məhdudiyyətin qoyulub-qoyulmamasının müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə sorğular verilmiş və nəticədə Şikayət verən şəxs ölkədən getmək hüququna məhdudiyyət tətbiq edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və ona əlavənin, habelə Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə sorğuların verilməsi barədə vəsatətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdən də göründüyü kimi Şikayət verən şəxs ölkədən getmək hüququna məhz Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi, habelə aidiyyəti sənədlərin Bakı Şəhər Baş Polis İdarəsindən məhkəməyə təqdim edilməsi barədə tələb irəli sürülmüşdür ki, birinci instansiya məhkəməsinin araşdırması nəticəsində şikayətin dəlilləri öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Şikayət verən şəxs ölkədən getmək hüququna məhdudiyyət tətbiq edilməsi halı mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində Şikayət verən şəxs məhz ##.##.2026 və ##.##.2026-cı il tarixlərində faktiki olaraq ölkədən buraxılmaması, yəni həmin vaxt onun ölkədən getmək hüququna məhdudiyyətin mövcud olması, həmin hal nəticəsində ona maddi və mənəvi zərərin dəymiş olması barədə dəlilləri təsdiq edən hər hansı əsaslı sübut və ya sübutlar iş materiallarında müəyyən olunmur. Eyni zamanda hazırki iş materiallarına əsasən Şikayət verən şəxs ölkədən getmək hüququna məhdudiyyət tətbiq edilməsi halının mövcud olmadığı öz təsdiqini tapmışdır ki, belə olan halda şikayətdə göstərilən xüsusatlarla bağlı əlavə araşdırmanın aparılmasına dair müdafiəçinin vəsatətinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından məhkəmənin qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayət verən şəxs Bakı şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar