Məhkəmə qərarları › İş №6(3-6)-410/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-410/2026

15.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-410/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), X4 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, şikayətçi Şikayət verən şəxs və nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs nümayəndəsi Nümayəndə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şikayət verən şəxs nümayəndəsi Nümayəndə yazılı şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi və cinayət işinin araşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və yenidən araşdırılmasına dair şikayət ərizəsinin (icraata qəbul edilmədən) geri qaytarılması, şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini şikayətin birinci instansiya məhkəməsinin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələbləri pozulmuş və tamamilə əsassız olaraq verdiyi məhkəmə nəzarəti qaydasında şikayət geri qaytarılmışdır. Ona görə də aşağıdakı əsaslara görə həmin qərar apellyasiya qaydasında ləğv edilməklə verdiyi məhkəmə nəzarəti qaydasında şikayətin birinci instansiya məhkəməsinin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməlidir. Məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdır. Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## ##### 2026-cı il tarixli qərar onlara ## ### 2026-cı il tarixdə təqdim edilmiş və 2 gün sonra – ## ### 2026-cı il tarixdə müvafiq şikayət verilmişdir. Birinci instansiya məhkəməsi Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olmuş ********* saylı cinayət işinin materiallarını tələb etmədən, eləcə də müvafiq qərarın onlara təqdim edildiyi vaxtı qanunvericlikdə nəzərdə tutulmuş sübutlara əsasən müəyyən etmədən subyektiv mülahizələrə əsaslanmaqla şikayəti geri qaytararaq şikayətin müddət ötürülməklə verilməsi qənaətinə gəlmişdir. Müvafiq məhkəmə qərarının surəti 20 gündən artıq müddət ərzində hazırlanaraq ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə tərəfindən hər hansı bir araşdırma aparılmadan müvafiq qərarın surətinin onlara nə vaxt təqdim edilməsi aydınlaşdırılmadan tələm-tələsik əsassız qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş və vəkili müvafiq qərarın müstəntiq tərəfindən ## ### 2026-cı il tarixdə əlbəəl verildiyini, bu tarixdən əvvəl onlara qərar verilmədiyi və qərarı həmin vaxtdan əvvəl aldıqlarını təsdiq edə biləcək heç bir sənədin də olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, şikayətin icraata qəbul edilərək baxılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslandırarkən göstərmişdir ki, “Şikayət verən şəxs nümayəndəsi Nümayəndə şikayəti Cinayət-Prosessual Məcəllənin 282.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə məhkəməyə verilmiş, eyni zamanda, şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir”. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-**/**** saylı qərarı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, qərar ## ##### 2026-cı il tarixdə qəbul edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti isə ## ### 2026-cı il tarixdə təqdim edilmiş və tarixlərə ilkin formal yanaşmada apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü görünür. Məhkəmə kollegiyası xatırladır ki, həmin qərardan şikayət verilə bilməsi üçün prosessual müddətin axımı qərarın surəti zərərçəkmiş şəxsə verildiyi vaxtdan hesablanır. Lakin birinci instansiya məhkəməsi tərəfindən Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarının surətinin zərərçəkmiş şəxsə verildiyi vaxt ümumiyyətlə müəyyən edilməmiş, bu istiqamətdə obyektiv həqiqətin müəyyən edilməsi üçün hər hansı araşdırma aparılmadan, tərəfin israrlı mövqeyinin əsaslandığı halı yoxlamadan qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən hazırkı iş üzrə hüquqdan sui-istifadə mənzərəsinə dəlalət edə biləcək hər hansı mövqe ifadəsi də yoxdur. Təsvir olunan vəziyyətdə qəbul edilmiş qərar isə məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması görüntüsü yaratmaqla ədalətlililk prinsipinə ziddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 282.1-ci maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451.1.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 451.3.1-ci maddəsinə əsasən, şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 282, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ləğv edilsin və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərar qətidir, qərardan kassasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar