Məhkəmə qərarları › İş №6(3-6)-411/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-411/2026

15.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-411/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Rəhimov Elmar Eldar oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun iştirakı ilə, Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyindən verdiyi məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs Hüseyn oğlu məhkəməyə müraciət edərək, Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi onun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxarkən maddi və prosessual normaları pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdirlər. Odur ki, məhkəmə kollegiyası prokurorluğun nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Cinayət-Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayət ərizəsini araşdıraraq haqlı olaraq hesab etmişdir ki, məhkəmə nəzarəti qaydasında mövcud şikayət bir dəfə araşdırılaraq yekun qərar qəbul edilmiş və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII Fəsli ilə təsbit edilmiş məhkəmə nəzarəti institutu, məhkəməyədək icraat mərhələsində şəxslərin Konstitusiya ilə təminat altına alınmış fundamental hüquq və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyan xüsusi və müstəsna bir icraat növüdür. Bu icraatın predmeti qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. CPM-in 449.3-cü maddəsi məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək prosessual hərəkət və qərarların tam və qapalı siyahısını təqdim edir. Həmin siyahıya cinayət işinin başlanmasının rədd edilməsi, tutulma, həbs, icraatın dayandırılması və ya xitam verilməsi kimi, birbaşa şəxsin hüquqi statusuna və azadlıqlarına təsir edən qərarlar və hərəkətlər daxildir. Belə ki, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarlardının icra edilməməsi ilə bağlı Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə müraciətinə məhkəmədə baxılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə qeyd olunan müraciəti təmin edilməmişdir. Şikayət verən şəxs müraciətinin təmin edilməməsinə dair qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı ilə təmin edilməmiş və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında mövcud şikayət bir dəfə araşdırılaraq yekun qərar qəbul edilmiş və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli Qərarında gösətirilir ki, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və yuxarda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.6, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar