Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-412/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Əli İrfan oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Sadıqova Ləman Şahmar qızının katibliyi, Şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən ona geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025ci il tarixli hökmü ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı sübutlar saxtalaşdırılmış, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov həmin sübutlara əsaslanaraq onun barəsində ittiham hökmü çıxarmışdır. O, hakimin cinayət əməlləri barədə Hərəkətindən (qərarından) şikayət verilən orqan şikayət etsə də, onun cinayət haqqında ərizəsi icraata qəbul edilməkdən imtina edilmişdir. Buna görə də Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkət və ya hərəkətsizliyinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdir.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsini və müvafiq araşdırılma aparılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Şikayət verən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı sübutlar saxtalaşdırılmış, birinci instansiya məhkəməsinin hakimi tərəfindən cinayət prosesi gedişində qanunun pozulması haqqında verdiyi şikayət və vəsatətləri yoxlanılmamış, habelə təmin edilməmişdir. Müstəntiq və hakimin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qanun pozuntusu ilə əldə edilmiş sənədlər sübut kimi qəbul olunaraq Konstitusiyada təsbit edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. O, törədilmiş cinayət hadisəsi haqqında Prokurorluğa ərizə vermiş, lakin Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən cinayət hadisəsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət ilə müraciət etsə də, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmadan əsassız qərar çıxarılaraq şikayət ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək və həmin şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Hərəkətindən (qərarından) şikayət verilən orqan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən prokurorluq orqanının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb və şikayət vermiş şəxs Şikayət verən şəxs dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-ci maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-nin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsi və təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş şikayətdən göründüyü kimi, Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı təsdiq edilərək aidiyyəti məhkəməyə göndərilmişdir. Şikayətçi məhkəməyədək icraat zamanı yol verildiyini iddia etdiyi bütün pozuntuları, o cümlədən mümükünsüz sübutlar barədə dəlillərini icraat çərçivəsində irəli sürə və onların tam və hərtərəfli araşdırılmasını tələb edə bilər. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Şikayət vermiş şəxsin ərizəsində qeyd etdiyi xüsusatların araşdırılması məhkəmə nəzarətinin predmetinə daxil deyildir. Şikayətçi birinci instansiya məhkəməsinin qərarından narazı qaldığı təqdirdə onu yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, CPM-in 449.1-ci maddəsində qərar və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət verilə bilən şəxslərin dairəsi dəqiq olaraq göstərilmişdir. Şikayət vermiş şəxs Şikayət verən şəxs göstərdiyi xüsusatlar isə həmin maddədə müəyyən edilmiş tələblərin dairəsinə aid deyil. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs müstəntiqin hərəkətlərindən ver miş olduğu şikayət təmin edilərək müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi üçün hazırki vəziyyətdə əsaslar, eləcə də cinayət-prosessual qanunvericiliyin və digər qanunların tələblərinin pozulması halları müəyyən edilmədiyindən məhkəmənin həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 451-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən ona geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-412/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-412/2026
16.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver