Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-413/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 Səbail Rayon Məhkəməsinə şikayətlə müraciət edərək həbsdə saxlanılan şəxs - Şikayət verən şəxs istintaq təcridxanasında telefonla danışmaq və ailəsi ilə görüşmək hüququnun qadağan edilməsinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət icraata qəbul edilməmiş və geri qaytarılmışdır. Qərardan narazı qalan Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və məhkəmə nəzarəti qaydasında verdikləri şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ## ###### 2025-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və sonradan həbsdə saxlanılma müddəti məhkəmədən tətəfindən uzadılmışdır. Ərizəçi ## ###### 2025-ci il tarixdən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. Ərizəçi bildirir ki, istintaq təcridxanasında onun telefon danışıqlarına və görüşünə məhdudiyyətin qoyulması onun Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulan özəl həyatına hörmət hüququnu pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şikayət verən şəxs və onun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şikayət verən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: -təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); -tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; -əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; -ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: şikayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi: tutulma və həbsdə saxlanılması; tutulmuş şəxsin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi: cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyataxtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarı). Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxan məhkəmə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 19.8-ci maddəsinə əsasən tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Razim Əmiraslanlı Azərbaycana qarşı» ## #### 2024-cü il tarixli *****/** nömrəli iş üzrə qərarında məhkəmə nəzarəti qaydasında şikayət verməzdən əvvəl ilk növbədə prokurorluq və ya istintaq orqanlarına şikayət verilməli olduğunu müəyyən etmişdir. Ona görə bu qəbildən olan şikayətlərə baxılmasının mümkünsüz olduğunu əsas götürən milli məhkəmələrin yanaşmasını tamamilə düzgün hesab edən Avropa Məhkəməsi yekdilliklə həmin ərizənin icraata götürülməsindən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki şikayətçi Şikayət verən şəxs müdafiəçiləri tərəfindən birgə verilmiş şikayət ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451-453-cü maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-413/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-413/2026
15.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver