Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-420/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs Şikayət verən şəxs Hüseyn oğlunun iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Hüseyn oğlu ## ###### 2026-cı il tarixli müraciəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən cinayət hadisəsi haqqında * saylı istintaq təcridxanasından ##.##.2026-cı il tarixli **/*-**** saylı ərizəni Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərmişdir. Ona qanunla 1 (bir) ay ərzində müvafiq prosessual qərarla rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli **/*-**** saylı cinayət barəsində ərizəsinə 1 (bir) ay ərzində müvafiq prosessual qərarla cavab verilməməsini, onun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar materialı araşdırıb, iclasda iştriak edən şəxsi dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və IV hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. CPM-nin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət 122.2.3-cü maddəyə uyğun olaraq bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə. CPM-nin 119.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. CPM-nin 119.3.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçısı qismində tanınması üçün ərizə verildiyi gündən 1 (bir) ay müddətində onun ərizəsi üzrə qərar çıxarılmadıqda, ərizəyə baxmalı olan cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəməyə şikayət vermək və ya məhkəmə vasitəsi ilə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək hüququ nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələri kimi müəyyən edilmişdir. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsi). Məhkəmə nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli və “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxan məhkəmə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini yoxlayır. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449- cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair ## #### 2024-cü il tarixli Qərarına əsasən məhkəmə nəzarəti, bir qayda olaraq, məhkəməyədək icraat mərhələsində işə düşsə də, cinayət prosesi iştirakçılarının mübahisələndirilməsi mümkün olan prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi məhkəməyədək icraatla məhdudlaşdırılmamışdır.Belə məhdudlaşdırma pozulmuş hüquqların bərpasına istiqamətlənmiş bu icraat növünün məqsədi və təyinatı ilə uyğunlaşmayaraq, məhkəmə nəzarətinin səmərəliliyini şübhə altına alardı. Cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxan məhkəmə isə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini yoxlayır. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. CPM-nin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər həmçinin aşağıdakı halla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi. CPM-nin 207-ci maddəsi törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydasını müəyyən edir. CPM-nin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Hazırki şikayət üzrə Şikayət verən şəxs Hüseyn oğlu ## ###### 2026-cı il tarixdə Baş Prokurorluğa **/*-**** nömrəli ərizə ilə müraciət etdiyini bildirsə də həmin ərizənin hansı tarixdə, kim tərəfindən qeydiyyata alınması və müraciət edən şəxsə məlumat verilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Əksinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev ## #### 2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş Şikayət verən şəxs Hüseyn oğlunun müraciəti əsasında Baş İdarədə hər hansı cinayət xarakterli material və cinayət işinin ibtidai istintaqı aparılmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmünə əsasən Şikayət verən şəxs Hüseyn oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi vəzifə tutmaq, həmçinin hüquqi xidmətlər göstərmək fəaliyyətindən məhrum edilməklə, 02 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən, ## ####### 2023-cü il tarixdən ## ####### 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 günü 01 (gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi vəzifə tutmaq, həmçinin hüquqi xidmətlər göstərmək fəaliyyətindən məhrum edilməklə, 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarxili, *(***)-****/**** nömrəli qərarına əsasən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı şikayət ərizəsində qeyd olunan məsələlərlə əlaqədar məhkəmə istintaqı zamanı müraciət edə biləcəyi halda müraciət etməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət vermiş şəxs Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-420/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-420/2026
20.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver