Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-421/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi X6 iştirakları ilə, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin Şikayət verən şəxs Nizami Rayon Polis Idarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə yoxlama materialı üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin Şikayət verən şəxs Nizami Rayon Polis Idarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə yoxlama materialı üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi məqsədilə məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs Nizami RPI 24-cü PBnin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə aparılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş, həmin qərar əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində əlavə araşdırma aparılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, R X8, Şikayət verən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində əlavə araşdırma aparılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası DIN BNMI-nin əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, Şikayət verən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şikayət verən şəxs ünvan 1 ünvanında saxlanılaraq Nizami RPI-nin 24-cü PB-nə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq saxladığı psixotrop maddə aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman Şikayət verən şəxs qarşı heç bir psixoloji və fiziki zor tətbiq edilməmiş, heç kim onu vurmamış və döyməmişdir. DIN BNMI-nin əməliyyat müvəkkili X4 izahatında bildirmişdir ki, Şikayət verən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş, sonuncunun saxlanılması idarənin digər əməkdaşları tərəfindən həyata keçirilmişdir. Alınmış ##.##.2025-ci il tarixli, 3-13-52/2-2-**** №-li məktubla müəyyən edilmişdir ki, Nizami RPI 24-cü Polis Şöbəsində mövcud olan videogörüntü cihazlarında yaddaş qurğularının yaddaş həcmi məhdud olduğundan və göstərilən tarixdən hazıradək uzun müddət keçdiyindən ##.##.2024-cü il tarixə qeydə alınmış videogörüntülərin təqdim edilməsi mümkünsüz hesab olunur. Əlavə araşdırma zamanı ** saylı vəkil bürosunun vəkili Salmanlı Mirkəbir Əliheydər oğlunun izahatı alınmış və sonuncu bildirmişdir ki, 2024-cü ildən müqavilə əsasında Şikayət verən şəxs hüquqlarını müdafiə edir. Şikayət verən şəxs onun hüquqlarını müdafiə etdiyi müddətdə konfidensial söhbət zamanı sonuncu ona Nizami RPI 24-cü PŞ-də fiziki zor tətbiqə məruz qaldığını bildirmiş, bununla bağlı o, dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlər ünvanlanmışdır. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinin qeyd olunan faktla bağlı qəbul edilmiş qərarlardan Səbail rayon məhkəməsinə şikayət vermiş və nəticədə məhkəmə tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərarlar ləğv edilmişdir. Istintaq zamanı Şikayət verən şəxs müdafiəçisi olmamış, yalnız məhkəmə nəzarəti caydasında müraciətlərə baxılarkən hüquqlarını təmsil etmişdir. Beləliklə aparılmış əlavə araşdırma zamanı Şikayət verən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddesinə əsasan cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin Əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 139.0.3-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə Əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 145.3-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Prokuror yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.1, 84, 207 və 212-ci maddələrinin tələblərini rəhbər tutaraq toplanmış material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə istinad edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2026-cı il tarixdə qərar qəbul etmişdir. Aşağıdakılara əsasən həmin qərar əsassız olduğundan ləğv edilməlidir: Şikayət verən şəxs istər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqı zamanı bildirmişdir ki, anası onu reabilitasiya mərkəzinə qoymuş və müalicə olunmuşdur. Onun "Ipone" markalı mobil telefonu Nurlan adlı şəxs tərəfindən oğurlanmış və o bu barədə polisə məlumat vermişdir. Onun telefonundan kimlərə və nə üçün smslər yazılmasından xəbərsizdir. Həmin telefonun oğurlanmasına dair 20-ci PB-nə etdiyi şikayət və onların məktubu cinayət işinə əlavə edilmişdir. Bundan sonra o, Reablitasiya mərkəzində olanda Seymur adlı polis əməkdaşı Reablitasiya mərkəzinə gələrək onu soruşmuşdur. Daha sonra onu polis əməkdaşları güdməyə başlamışlar. Hətta o evə gələn zaman arxası ilə mülki geyimli "Hyunday Santafe" markalı avtomobillə şəxslərin gəldiyini görərək tez anasına və polisə müraciət etmişdir. Həmin vaxtı anası vaxtında gəlib çıxmış və onun anası ilə həmin polis əməkdaşları əlbəyaxa olmuş, hətta onların foto şəkilləri məhkəməyə təqdim edilmişdir. Həmin vaxtı onun anası xəsarətlər almışdır. Cinayət işinin başlanılması rədd edilsə də, IXM-nin 157- ci maddəsi ilə iş başlanılmış, həmin şəxsin şəxsiyyəti müəyyən edilmədiyi üçün barəsində axtarış elan edilmişdir. Bundan bir müddət sonra evlərinin yaxınlığında OBA marketdən çıxan zaman ona mülki geyimli şəxslər yaxınlaşmış və onu 24-CI PB-nə aparmışlar. X2 və Hakim adlı təhqiqatçılara təhvil vermişlər. Onu orada dəhşətli şəkildə döyərək işgəncələr vermişlər. Yelmar Vahabov orada ona "gör indi sənin üstünə necə narkotiki qoyaraq içəri göndərəcəm" demişdir. O, onlara heç bir narkotik vasitə üzərində olmadığını, ümumiyyuətlə müalicə alıb qutardığını bildirsə də, ona bildirmişlər ki, videogörüntüyə görə başına oyun açacağıq. O bu videonu məcburi şəkildə və narkotik təsiri altında çəkildiyini bildirsə də, onlar inanmamış və döyməyə davam etmişlər. Daha sonra ondan üzr videosu çəkmişlər, o da həqiqətən həmin videoya görə üzr istədiyini bildirmişdir. Hətta Bakı Istintaq Təcridxanasında olan zaman ondan adını bilmədiyi dövlət orqanı həmin video barədə soruşmuşlar və o da video müraciəti təzyiq altında verdiyini onlara bildirmişdir. Onu 24-ci PB-nə gətirən zaman o, 30 dəqiqadan çox maneəsiz şəkildə qapının ağzında gözləmişdir. Üzərində narkotik vasitə olsaydı, həmin narkotiki oradaca ata bilərdi və ona heç kim mane olmurdu. Ümumiyyətlə, o narkotikin satışı ilə qəti şəkildə məşğul olmamış, narkotikdən aslılığı olsa da, reablitasiya mərkəzində müalicə olunmuş və həmin müalicədən sonra narkotikdən asılılığı bitmişdir. Onun həbs edilməsinə və barəsində cinayət işinin başlanılmasına səbəb narkotik təsiri və Ilkinlə Nurlanın məcburi şəkildə video çəkdirməsi olmuşdur. Bakı Istintaq təcridxanasında olduğu müddətdə Şikayət verən şəxs ##.##.2024-ci il tarixdə böyrək nahiyyəsində ağrılardan şikayət etmişdir. Bunu nəzərə alaraq USM müayinəsindən keçirilmiş və ambulator müalicə təyin edilmişdir. ##.##.2024-c il tarixdə sol gözün görmə zəifliyindən şikayət etmişdir". O, döyülməsi və işgəncələrə məruz qalması barədə həm dövlət hesabına təyin edilmiş vəkilinə, həm də evlərinə bildirmişdir. Döyülməsi barədə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar araşdırma aparılmadan qəbul edilmiş və əsasız olduğundan 2 dəfə Səbail rayon məhkəməsi tətəfindən ləğv edilmiş və əlavə araşdırma aparılması qərara alınmışdır. Bununla belə, araşdırmalar səthi aparılır və göstərdiyi dəlillərin araşdırılmasına cəhd edilmir. Vəkil sorğusuna cavab olaraq Bakı Istintaq Təcridxanasının verdiyi arayışda qeyd edilmişdir ki, “Müayinə zamanı bədənində hər iki bazunun ön və içəri səthində çoxsaylı xırda ölçüdə olan bənövşəyi qançırları aşkar olunmuşdur. Sorğu zamanı həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bakı Istintaq təcridxanasında olduğu müddətdə ##.##.2024-ci il tarixdə böyrək nahiyyəsində ağrılardan şikayət etmişdir. Bunu nəzərə alaraq USM müayinəsindən keçirilmişdir və ambulator müalicə təyin edilmişdir. ##.##.2024-c il tarixdə sol gözün görmə zəifliyindən şikayət etmişdir" O, döyülməsi və işgəncələrə məruz qalması barədə həm dövlət hesabına təyin edilmiş vəkilinə, həm də evlərinə bildirmişdir. Döyülməsi barədə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar əsasızdır və araşdırma aparılmadan qəbul edilmişdir. Göründüyü kimi, Şikayət verən şəxs döyərək işgəncə vermiş şəxslər çağırılaraq izahatları alınmamış, izahatı alınan şəxslər isə əməliyyatın həyata keçirilməsi hissəsindən danışaraq saxlanılan zaman və polis idarəsində baş verən işgəncə hallarına toxunmamışlar. Hadisənin birbaşa iştirakçıları dindirilməmiş, binanın təhlükəsizlik kamera görüntüləri işə əlavə edilməmiş, şəxsin xəsarət və döyülməsi ilə bağlı ekspertiza rəyinə qiymət verilməmiş cinayət işinin başlanılması üçün kifayət qədər sübutların mövcudluğuna baxmayaraq cinayət işi başlanılmamışdır. Polis əməkdaşlarının ifadələrinə əsasən Şikayət verən şəxs ## ### 2024-cü il tarixdə saat 16:45 radələrinda saxlanarkən və 24cü PB-də olarkən bədənində hər hansı xəsarət izləri olmamış, ona qarşı hər hansı zorakılıq göstərilməmişdir. Istintaq təcridxanası həmin gün Şikayət verən şəxs saxlanmaya qəbul edərkən bədəni üzərində hər iki bazunun ön və içəri səthində çoxsaylı xırda ölçüdə olan bənövşəyi qançırları aşkar olunmasını qeydə almışdır. Sorğu zamanı həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə tibb ekspertizasının rəyinə əsasən həmin xəsarətlər Şikayət verən şəxs özü tərəfindən yetirilməyə uyğun deyildir. Belə halda Şikayət verən şəxs həmin xəsarətlərin işgəncə nəticəsində yetirilməsi barədə ifadəsi mötəbər sayılmalı və məhkəmə tərəfindən ittihamın qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Bundan başqa, Şikayət verən şəxs ifadəsində bildirmişdir ki, saxlanılıb Polis Bölməsinə gətirildikdən sonra ən azı 30 dəqiqa sərbəst şəkildə bölmənin çöl qapısında sərbəst şəkildə gözləmişdir. Bu da öz növbəsində narkotik vasitənin onun üzərində olmadığını, əgər olsaydı sərbəst qaldığı müddətdə həmin narkotiki öz üzərindeu atamaq üçün kifayət qədər vaxtının və imkanın olduğunu göstəricisi kimi qiymətləndirilməli və onun üzərinə baxış keçirilməsinə dair video çəkilişin reallığı əks etdirmədiyini, ciddi şübhələri ortaya qoyur. Qeyd edilməlidir ki, Şikayət verən şəxs 3-4 nəfərin və həmçinin Yelmar Vahabovun onu döyməsini bildirmişdir. Yoxlama aparılarkən Şikayət verən şəxs və həmin şəxslərin heç birinin izahatları alınmamışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən onların izahatları alınmamış, onlara hüquqi qiymət verilməmiş, göstərilən ərazilərin video kameralarına baxış keçirilməmiş, Polis Bölməsinin daxili kameralarına baxış keçirilməmiş, xəsarətlərin yerləşdiyi bədən nahiyyələrinin yəni hər iki bazunun ön və içəri səthində çoxsaylı xırda ölçüdə olan bənövşəyi qançırların, sol gözünün zəifləməsinə Əsas olan zərbələrin haradan meydana gəlməsi səbəbləri araşdırılmamışdır. Iş materiallarından görünür ki, təqsirləndirilən Şikayət verən şəxs saxlanılması, üzərində axtarış və götürmə aparılması haqda protokollar heç bir zəruri səbəb olmadan hadisə yerində deyil, PIdə tərtib edilmiş və bu proses ciddi qanun pozuntuları ilə həyata keçirilmişdir. Belə ki, təqsirləndirilən şəxs PI-də bir otaqda üst axtarışına məruz qalmış, bir otaqda sorğu sual edilməklə dindirilmiş və protokol tərtib edilmiş, onların istintaq orqanının mülahizələrini əks etdirəcək şəkildə eyni cür ifadə verməsi təmin edilmiş, yazılmış protokoldakı sözləri sonradan olduğu kimi ifadələrinə salınmış, daha doğrusu köçürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin saxlanılması, üsünə axtarış edilməsi və götürmə aparılması əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşlarının izahat və ifadələri biri birindən köçürmə olmaqla, tərtib edilmiş protokolla eyniyyət təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, Şikayət verən şəxs narkotik aludəçiliyinə cəlb edilməsində, onun və anasının şantaj edilərək əmlaklarının ələ keçirilməsində iştirak etmiş X3 Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə AR CM-nin 182.2.1 və 234.4.3 mad. ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cinayətin dişər iştirakçısı Ilkin adlı digər şəxs isə hazırda axtarışla tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Apellyasiya instansiyası hadisənin faktiki halları üçün əhəmiyyətli olduğundan bu iş üzrə nəticəni gözləməli olduğu halda, bunu etməmişdir. Bundan əlavə, Səbayil rayon məhkəməsinin işgəncə faktlarının araşdırılmasının məcburiliyi barədə ## #### 2025-ci il tarixli qərarının icrası uzun müddət davam etmiş, prokurorluq əməkdaşının səthi yoxlama aparılmasıyla əsassız şəkildə cinayət işi başlanması rədd edilmişdir. Bütün bunlar "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını göstərən hal sayılsa da, məhkəmə işə baxarkən bunlara heç bir hüquqi qiymət verməmişdir. Yoxlayıcı araşdırmamışdır ki, tutularkən Şikayət verən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər işgəncə nəticəsində yetirilməmişsə və özü özünə yetirilməyə xarakterik deyildirsə, bu xəsarətlər necə və hansı şəraitdə əmələ gəlmişdir. Şikayət verən şəxs Nizami RPI 24-cü PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə yoxlama materialı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin Şikayət verən şəxs Nizami Rayon Polis Idarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə yoxlama materialı üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə Şikayət verən şəxs müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə belə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs anası X6 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, qızının əvəzindən etibarnamə üzrə nümayəndəsi olduğunu, şikayəti özünün yazdığını və məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, CPM-nin 449.2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malik olan şəxslərin sırasında şəxsin etibanamə üzrə nümayəndəsinin qərardan şikayət vermək hüququ müəyyən edilmədiyindən şikayətə baxıla bilməz və verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı tarixli qərarından X6 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermək səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən baxılmadan geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Murad Məmmədov
Məhkəmə qərarları › İş №6(3-6)-421/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-421/2026
21.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver