Məhkəmə qərarları › İş №6(3-6)-426/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-426/2026

23.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-426/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsi qərara alınmışdır. Şikayətçi sözügedən qərardan apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunması və şikayətin təmin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı zamanı şikayətçi Şikayət verən şəxs ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəməm kollegiyası proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətçinin ərizəsini müzakirə edib hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına onun şikayətindən imtina etməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz apellyasiya tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından onun tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyindən, həmin qərardan digər proses iştirakçılarının apellyasiya şikayətləri və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar