Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-427/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimov Anar Firdovsi oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun iştirakları ilə, Şikayət verən şəxs Hüseyn oğlunun Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs Hüseyn oğlu Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “cinayət hadisəsi haqqında Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə fakt üzrə cinayət işi başlanılmasına dair qərar qəbuluna dair **-**-**** saylı, ## ###### 2025-ci il tarixli ərizə göndərmişdir. Bu ərizəyə bir aydan çox müddət keçməsinə baxmayaraq cavab almamışdır. Bu hal Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1-ci maddəsi tələbi əleyhinə cinayət haqqında ərizədən imtinadır. Göstərilənlərə əsasən, Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi məhkəmədən xahiş edilmişdir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş şikayətin icraata qəbul edilmədən ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu qərarın qanunsuz və əsassız olmasını qeyd edərək, apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və ilkin şikayətin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunu dinləyərək belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, bundan əvvəl də şikayətçi oxşarməzmunlu ərizələrlə məhkəməyə müraciət etmiş, hər dəfəsində sonuncuya qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq təkrar-təkrar eyniməzmunlu şikayətləri tərtib edərək məhkəməyə göndərir. Belə ki, sonuncu dəfə 21 may .2026-cı il tarixdə şikayətçinin eyni məzmunlu ərizəsi məhkəməyə daxil olmuş, həmin şikayətdə eyni əsaslarla *(*-**)-***/**** saylı qərarla baxılmadan geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı şikayətdə şikayətçinin irəli sürdüyü tələb onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə ünvanladığı ərizəsinə cavab verilməməsi ilə bağlı həmin baş idarənin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Sözügedən şikayətin məhkəmə nəzarətinin predmetinə aid edilməsi üçün müvafiq hüquqi və faktiki əsasların mövcud olması tələb edilir. Belə ki, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməsi üçün şikayətçinin həqiqətən cinayət haqqında ərizə və ya müraciət etməsi, həmin müraciətin qanunvericiliyə uyğun qaydada qəbul edilməsi və qeydiyyata alınması, müraciətin təqdim edildiyi tarix, məzmun və ünvanlandığı orqan üzrə obyektiv təsdiqedici sübutların mövcudluğu, müraciət üzrə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq prosessual qərar qəbul edilməli olan mərhələnin formalaşması və ya prosessual qərarın qəbulundan yayınma hallarının baş verməsi məhkəməyə təqdim edilmiş materiallarla ən azı ilkin səviyyədə təsdiq olunmalıdır. Lakin iş materiallarından görünür ki, Şikayət verən şəxs Hüseyn oğlu şikayət ərizəsinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə müraciət etməsini təsdiq edən hər hansı sənəd, o cümlədən müraciətin surəti, qəbul edilməsi barədə bildiriş, qeydiyyat nömrəsi, elektron müraciət təsdiqi, poçt qəbzi, çatdırılma bildirişi və ya digər təsdiqedici sübutlar əlavə etməmişdir. Sonuncu şikayətinə əlyazma ilə həmin Idarəyə yazılmış məktub əlavə etsə də, həmin ərizənin istintaq orqanına göndərilməməsi işin mübahisəsiz tərəfidir. Belə ki, faktiki olaq həmin ərizə qələmlə yazılmışdır və ilk dəfə hazırki şikayətə əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə nəzarəti qaydasında şikayət yalnız iddianın irəli sürülməsi ilə kifayətlənməməli, barəsində şikayət verilən prosessual davranışın (hərəkət və ya hərəkətsizlik) mövcudluğunu ən azı ilkin səviyyədə təsdiq edən materiallarla əsaslandırılmalıdır. Əks təqdirdə məhkəmənin məhkəmə nəzarətinin predmetini müəyyən etməsi, şikayət edilən prosessual hərəkət və ya qərarın mövcudluğunu, subyektini və predmetini müəyyənləşdirməsi mümkün olmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlər şikayətin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayətinin təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Anar Ibrahimov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №6(3-6)-427/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-427/2026
24.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver