Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-430/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyev Elnur Aləm oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qərarın qəbul edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti baxılmadan geri qaytarılmışdır. Həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətçi Şikayət verən şəxs verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirərək, belə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə apellyasiya şikayətindən imtina olunması əsası kimi qəbul edilməli və apellyasiya icraatına bu əsasla xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin qərardan digər proses iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından, cinayət prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən şikayətçi Şikayət verən şəxs imtinası barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Zamin Ibrahimov Elnur Nuriyev
Məhkəmə qərarları › İş №6(3-6)-430/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-430/2026
24.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver